Yaşar Əliyev: Ermənistan suriyalı qaçqınlarla bağlı böhrandan öz maraqları üçün istifadə edir
25.11.2015 [10:07]
Noyabrın 23-də BMT Baş Məclisinin 61-ci plenar iclası keçirilib. Miqrantların, o cümlədən qaçqın statusu almaq istəyənlərin Aralıq dənizi hövzəsində üzləşdiyi faciə barədə qlobal məlumatlandırma məsələlərinə həsr edilmiş iclasda Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxış edib.
Azərbaycanlı diplomat davam edən münaqişələrin sülh işinə vurduğu zərərdən söhbət açaraq qeyd edib ki, bu münaqişələr çox böyük humanitar nəticələrlə müşayiət olunur. Hazırda dünyada qaçqınların sayı İkinci Dünya müharibəsi dövründən bəri ən yüksək həddə - 60 milyona çatıb, onların yarısı uşaqlardır. Yaşar Əliyev bildirib ki, bu böhran həm qaçqınların sayı ilə, həm də bu insanların humanitar ehtiyaclarının miqyası ilə əlamətdardır. O vurğulayıb ki, əgər bu insanlara vaxtında müvafiq yardım göstərilməsə, nəticələr daha ciddi ola bilər.
Azərbaycanlı diplomat Suriyada olan qaçqınlarla bağlı böhrana diqqəti cəlb edərək vurğulayıb ki, Suriya əhalisinin az qala yarısı öz daimi yaşayış yerlərini tərk etməyə məcbur olub, dörd milyondan çox insan bu ölkəni tərk edib. Hələ davam edən bu prosesin nə vaxt başa çatacağı məlum deyil, beləliklə, qaçqınların mənşə ölkələri, onların yolundakı tranzit dövlətlər və son təyinat məntəqəsi olan ölkələr üçün əvvəllər görünməmiş problemlər yaranır. Y.Əliyev qaçqınlara sığınacaq verilməsi və yardım göstərilməsi məsələsində Türkiyə, İordaniya, Livan və başqa ölkələrin gördüyü tədbirləri bəyəndiyini bildirərək qeyd edib ki, Azərbaycan BMT Baş Katibinin qaçqınlara kömək göstərən ölkələrin sayının az olması və onlara münasibətdə məsuliyyətin başqa dövlətlər arasında bölüşdürülməsinin zəruri olması fikrinə şərikdir. Dövlətlər öz miqrasiya siyasətini müəyyən etməli, bu məsələyə hərtərəfli yanaşmalı, miqrantlar, qaçqınlar və sığınacaq istəyən insanlar barəsində ayrı-seçkilik, ksenofobiya siyasətindən çəkinməlidirlər.
Y.Əliyev daha sonra auditoriyanın diqqətini Ermənistanın silahlı təcavüzü, Azərbaycan ərazilərini işğal etməsi və bu ərazilərdə uzun müddət qanunsuz əməllər törətməsi faktlarına cəlb edib. O deyib ki, Suriyadan olan etnik ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə, o cümlədən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Zəngilan, Laçın və Xocalı rayonlarına köçürülməsinin Ermənistan rəhbərliyi tərəfindən dəstəklənməsi və buna şərait yaradılması ciddi narahatlıq doğurur. Ermənistanın bu cür məqsədyönlü hərəkətlərini təsdiq edən informasiya həm beynəlxalq mənbələrdə, həm də Ermənistanın özünün kütləvi informasiya vasitələrində hamı üçün əlyetərlidir.
Şübhəsiz, Ermənistanın əsl niyyəti heç də qaçqınlara humanitar yardım göstərmək deyil. Ermənistan humanizm və həmrəylik şüarı altında özünün işğalçı və təcavüzkar məqsədlərinə nail olmaq üçün suriyalı qaçqınların faciəsindən sui-istifadə edir. Bu, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il tarixli Dördüncü Cenevrə Konvensiyasının və digər protokolların ciddi pozulması deməkdir. Beynəlxalq birlik, xüsusən mandat verilmiş məsul tərəflər Ermənistanın qanunsuz hərəkətlərinə son qoyulması və onun məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görməlidir.
Y.Əliyev vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz torpaqlarından qovulmuş bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, bunun ölkə üçün doğurduğu sosial-iqtisadi nəticələrə baxmayaraq, Azərbaycan 2012-ci ildə suriyalı qaçqınların saxlanması şəraitini yaxşılaşdırmağa töhfə verib, İordaniyada məskunlaşmış bu qaçqınlara Beynəlxalq İnkişaf və Yardım Agentliyi vasitəsilə birbaşa maliyyə yardımı göstərib.
Azərbaycanın daimi nümayəndəsi çıxışının sonunda potensial münaqişələrin qarşısının alınması və mövcud münaqişələrin nizamlanması üçün sülh və təhlükəsizlik naminə mümkün olan bütün tədbirləri görməyə çağırıb.
Xatırladaq ki, 1992-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilib, nəticədə 650 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovulub. BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsini pisləyən, erməni silahlı qüvvələrinin həmin ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunmuş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının bu qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar tərəfindən erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca başqa qətnamə, o cümlədən Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli qətnaməsi, İslam Konfransı Təşkilatının (İslam Əməkdaşlıq Təşkilatının) 10/11, 10/37 nömrəli qətnamələri və digər sənədlər qəbul edilib.
Son illərdə Ermənistan hökuməti Suriyadan qaçan etnik ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılmasını intensivləşdirməklə, 1949-cu il Cenevrə Konvensiyasının 49-cu maddəsini pozur. Hərçənd, həmin qaçqınların Ermənistanın özündə məskunlaşması üçün kifayət qədər yer var, çünki öz ölkəsini tərk edən ermənilərin sayı getdikcə çoxalır. 1992-ci ildən bəri bir milyon Ermənistan vətəndaşı bu ölkəni tərk edib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

