AZƏRTAC və TASS arasında əməkdaşlıq müasir dövrün çağırışlarına uyğunlaşdırılır
21.11.2015 [10:27]
Noyabrın 20-də AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Rusiyanın TASS agentliyinin fotoinformasiya xidmətinin rəhbəri Konstantin Leyferlə görüşüb. AZƏRTAC xəbər verir ki, Konstantin Leyfer Bakıya iki informasiya agentliyi arasında təcrübə mübadiləsi çərçivəsində səfər edib.
Aslan Aslanov görüşdə vurğulayıb ki, AZƏRTAC ilə TASS arasında münasibətlər yüksək səviyyədədir və onlar beynəlxalq informasiya təşkilatları çərçivəsində bir-birinə hərtərəfli dəstək verir. Agentliklər fotoinformasiya mübadiləsi sahəsində də uğurla əməkdaşlıq edirlər. Bu il iyun ayında Bakıda keçirilmiş Birinci Avropa oyunlarından çəkilmiş fotomaterialların qarşılıqlı mübadiləsi buna yaxşı nümunədir.
“Təsadüfü deyil ki, Asiya-Sakit Okean Xəbər Agentlikləri Təşkilatı (OANA) çərçivəsində keçirilmiş “Mükəmməlliyə görə mükafat” müsabiqəsinin beş ən yaxşı layihəsi sırasına Yonhap, Sinxua və Anadolu agentlikləri ilə yanaşı, AZƏRTAC-ın və TASS-ın layihələri də daxil olub. Həmin müsabiqənin nəticələri OANA-nın İcraiyyə Komitəsinin noyabrın 16-da Seulda keçirilmiş iclasında elan edilib” - deyə Baş direktor vurğulayıb.
TASS agentliyinin fotoinformasiya xidmətinin rəhbəri Konstantin Leyfer müasir və qədim memarlıq ənənələrinin ahəngdar şəkildə birləşdiyi Bakıda müşahidə etdiyi möhtəşəm dəyişikliklərdən danışaraq deyib ki, Azərbaycan bu heyrətamiz nəticələrə ölkə rəhbərliyinin məqsədyönlü siyasəti sayəsində nail olub.
Rusiyanın və Azərbaycanın aparıcı informasiya agentlikləri olan TASS və AZƏRTAC arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən K.Leyfer fotoinformasiya mübadiləsinin, bu sahədə qazanılmış təcrübənin bölüşdürülməsinin vacibliyini də diqqətə çatdırıb.
Söhbət zamanı bildirilib ki, 2016-cı il noyabr ayında OANA-nın Bakıda keçiriləcək Baş Assambleyasında bu təşkilata sədrlik TASS-dan AZƏRTAC-a keçəcək. AZƏRTAC, eyni zamanda, 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə də sədrlik edəcək.
Görüşdə xüsusi vurğulanıb ki, sosial media bumu şəraitində kəskin rəqabətə davam gətirmək, istifadəçi auditoriyasını itirməmək üçün əməkdaşlığı dərinləşdirmək, müştərək layihələr həyata keçirmək, vaxtaşırı təcrübə mübadiləsi aparmaq zəruridir. İki agentlik arasında əməkdaşlığın müasir dövrün bu çağırışlarına uyğunlaşdırılmasını həyat özü tələb edir.
Həmin gün TASS ilə AZƏRTAC arasında təcrübə mübadiləsi haqda saziş çərçivəsində Konstantin Leyfer Azərbaycan Dövlət İnformasiya Agentliyində fotoinformasiyaya dair ustad dərsi keçib. Məşğələ zamanı TASS agentliyinin aparıcı fotomüxbirlərinin işlərindən ibarət slayd-şou nümayiş etdirib, materialın təqdim edilməsinin incəliklərindən danışıb.
AZƏRTAC-ın əməkdaşları onları maraqlandıran suallarla qonağa müraciət edib, müasir fotoxəbər xidməti barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Konstantin Leyfer Bakı ilə tanışlıq zamanı Xalça Muzeyində, Dövlət Bayrağı Meydanında, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuda olub. Görüşdə də qeyd etdiyi kimi, gördükləri və Azərbaycan paytaxtının müasir siması, burada müşahidə etdiyi inkişaf K.Leyferdə unudulmaz təəssürat yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

