Pakistanın “Diplomatic Star” jurnalında Milli Məclisə seçkilərlə bağlı məqalə dərc edilib
18.11.2015 [10:14]
Pakistanın “Diplomatic Star” jurnalında İslamabad Münaqişələrin Həlli İnstitutu düşüncə mərkəzinin icraçı direktoru, tanınmış siyasi ekspert Sabah Aslamın “Azərbaycanda keçirilmiş parlament seçkiləri və onun regional əhəmiyyəti” sərlövhəli analitik məqaləsi dərc edilib.
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalənin girişində xalqın iştirakı ilə formalaşdırılmış hakimiyyətin mahiyyəti izah edilir, maksimum siyasi iştirak və rəngarəngliyin demokratik hakimiyyətdə mövcud olduğu bildirilir. Qeyd olunur ki, cəmi 24 illik müstəqillik tarixinə baxmayaraq, Azərbaycanda xalqın tələbləri əsasında qurulan, cəmiyyətin müxtəlif sinif və qruplarını əhatə edən demokratik idarəçilik bərqərar etmək mümkün olub. Azərbaycan rəhbərliyinin xalqa sadiqliyi və bu yolda qərarlı olması ölkənin sürətli inkişafının əsasında duran başlıca amildir. Ölkə rəhbərliyi daxili və xarici siyasət xəttini müəyyənləşdirərkən milli maraqları əsas götürməklə əsl vətənpərvərlik nümayiş etdirir. Bu da dövlətin rifahını və tərəqqisini şərtləndirir. Uzaqgörən siyasət nəticəsində indi Azərbaycanı regionun sülh adası adlandırmaq mümkündür.
Müəllif xatırladır ki, Azərbaycan İslam dünyasında demokratik respublika üsul-idarəsini ilk dəfə təsis etmiş ölkə kimi tanınır. 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkilərində də Azərbaycan xalqının rifah, tərəqqi, sülh və sabitliyə dərin inamını aydın görmək mümkün olub. Müxtəlif siyasi partiyaların mənsubu və bitərəf 767 namizəd Milli Məclisin 125 mandatı uğrunda mübarizə aparıb. Yeni Azərbaycan Partiyası bu mandatlardan 70-ni qazanıb. Seçici fəallığı 55 faiz təşkil edib. Gənclərin və qadınların seçkilərdə iştirakı, habelə seçki komissiyalarındakı fəaliyyətləri dövlətin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ekspert seçkiləri 66 min yerli və 40 beynəlxalq təşkilatı təmsil edən 503 beynəlxalq müşahidəçinin izlədiyini diqqətə çatdırıb. Müəllif vurğulayıb ki, Pakistan senatorlarından ibarət nümayəndə heyətinin rəhbəri Müşahid Hüseyn seçkiləri yüksək səviyyədə təşkil olunan, demokratik, şəffaf və heç bir insident baş vermədən keçirildiyini qeyd edib.
Müəllif Azərbaycanın müxtəlif inkişaf mərhələlərindən keçdiyini, respublikanın iqtisadi tərəqqisinin ölkə rəhbərliyinin düşünülmüş siyasət yürütdüyünü sübut etdiyini, Azərbaycanın beynəlxalq arenada mövqeyini gündən-günə möhkəmləndirdiyini bildirib.
Bölgədə əməkdaşlığın inkişafından danışan ekspert Azərbaycan iqtidarının regional işbirliyinə, həmçinin Azərbaycan-Pakistan münasibətlərinə böyük önəm verdiyini qeyd edib. O, hakim partiyanın parlament seçkilərində qələbəsinin regional və ikitərəfli əlaqələrin daha da genişlənməsinə mühüm təsir edəcəyini diqqətə çatdırıb.
Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrindən bəhs edən müəllif Pakistanın Azərbaycanın təhsil və iqtisadi təcrübəsindən faydalana biləcəyini qeyd edib. Həmçinin Bakı-İslamabad birbaşa aviareysləri vasitəsilə mövcud iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə çatdırıla biləcəyi xüsusi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

