Pakistanın “Diplomatic Star” jurnalı Azərbaycan səfirinin müsahibəsini dərc edib
13.11.2015 [10:09]
Pakistanın “Diplomatic Star” jurnalının noyabr buraxılışında Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Azərbaycanla Pakistan arasında çox böyük ticarət potensialı mövcuddur” sərlövhəli müsahibəsi dərc olunub.
Jurnalın baş redaktoru Raca Əmir Mahmud Battinin hazırladığı müsahibədə Azərbaycan-Pakistan əlaqələri, iqtisadi əməkdaşlıq, investisiya mühiti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər öz əksini tapır.
Müsahibədə Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana səfərinin ikitərəfli münasibətlər baxımından mühüm mərhələ təşkil etdiyi, strateji tərəfdaşlığa dair Birgə Bəyanat qəbul olunduğu, ADA Universiteti ilə Pakistan Xarici Xidmət Akademiyası və Azərbaycan Tibb Universiteti ilə ZAB Tibb Universiteti arasında anlaşma memorandumları imzalandığı, eyni zamanda Bakıda hər iki ölkənin aparıcı biznes dairələrinin iştirakı ilə biznes forum keçirildiyi qeyd olunur. Diplomat səfərin siyasi, iqtisadi və humanitar əlaqələrin dərinləşməsinə töhfə verdiyini də bildirir.
Azərbaycan-Pakistan münasibətlərinin gələcəyindən danışan səfir qeyd edir ki, Pakistan ölkəmizin müstəqilliyini ilk tanıyan ölkələrdəndir.
Diplomatik münasibətlərimizin 20 illik tarixi ərzində dövlət başçılarının beş qarşılıqlı səfəri olub. Ölkələrimiz bütün beynəlxalq forumlarda eyni mövqedən çıxış edir və bir-birinin mövqeyini dəstəkləyir.
Azərbaycanın iqtisadi inkişafından və xarici investisiya mühitindən bəhs edən səfir ölkəmizdə xarici sərmayə üçün əlverişli şərait yarandığını, tanınmış transmilli şirkətlərin ölkəmizdə fəaliyyət göstərdiyini, fiziki və hüquqi şəxslərin qeydiyyatı və xarici valyuta dövriyyəsinə heç bir məhdudiyyət qoyulmadığını vurğulayır. O, Pakistan investorlarını Azərbaycana sərmayə qoymağa çağırır.
Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz son 10 ildə sürətli iqtisadi inkişafa nail olub, regionun aparıcı iqtisadi güclərindən birinə çevrilib. Azərbaycanda enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirilir.
Diplomat Azərbaycanın əsas nəqliyyat qovşağına çevrildiyini qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin yüklərin Şərqdən Qərbə daşınmasının asanlaşması ilə yanaşı, Azərbaycan iqtisadiyyatına töhfə verəcəyini də vurğulayıb.
D.Şikarov qeyd edib ki, ölkəmizin inkişafına əsas maneə tarixi Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğal olunmasıdır. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, ancaq bu qətnamələrə hələ də əməl olunmur.
Diplomat deyib ki, 2015-ci il sentyabr ayının 30-dan etibarən İslamabad-Bakı birbaşa təyyarə reysi həyata keçirilir və bu da ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafına təkan verəcək.
Səfir Heydər Əliyev Fondunun 2005-ci ildə Pakistanda baş verən dəhşətli zəlzələdən dərhal sonra bu ölkədə fəaliyyətə başladığı, Müzəffərabadda 500 şagirdin təhsil aldığı qızlar məktəbi inşa etdiyi barədə də məlumat verib. O bildirib ki, Heydər Əliyev Fondunun Pakistanın bütün əyalətlərində və bölgələrində mütəmadi olaraq apardığı xeyriyyəçilik işləri bu gün də davam etdirilir. Bu fəaliyyət Pakistanın müxtəlif əyalətlərini, hətta Dera İsmayıl Xan, Tank, Lakki Marvat kimi ucqar bölgələri də əhatə edir. Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistan Prezidenti Məmnun Hüseyn tərəfindən “Hilal-e Pakistan” ali ordeni ilə təltif olunması birinci xanımın bu fəaliyyətinin Pakistanda yüksək qiymətləndirildiyini göstərir.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 1994-cü ildən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların bir nəticə vermədiyini, Azərbaycan rəhbərliyinin humanizm prinsipləri və dinc yollarla münaqişənin həllinə çalışdığını diqqətə çatdırıb.
O, Pakistanın birmənalı olaraq bu məsələdə Azərbaycanı dəstəklədiyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığını qeyd edib. Diplomat Pakistan Senatının 2012-ci il fevralın 1-də qəbul etdiyi qətnamə ilə Xocalı soyqırımını rəsmən tanıdığını, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, 2013-cü ilin oktyabrında Pakistan Senatının daimi komitəsi daha bir qətnamə ilə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Müsahibədə vurğulanıb ki, Azərbaycan Kəşmir məsələsinin beynəlxalq normalara uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməsinə tərəfdardır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09

