Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

12.11.2015 [10:08]

Noyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il 6 noyabr tarixli iclasının protokolu təsdiq edilib. Sonra 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb və Komissiya nəzdindəki ekspert qrupunun üzvü tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada ətraflı araşdırılmış müraciətlə bağlı müvafiq qərar qəbul olunub.
Müraciətlə əlaqədar aparılan müzakirələrdən sonra 63 saylı Sabirabad birinci seçki dairəsinin 13 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasına qərar verilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31