Seçkilərdə medianın əsas vəzifəsi prosesləri obyektiv işıqlandırmaqdır
24.10.2015 [12:06]
Seçkilərdə medianın əsas vəzifəsi bütün prosesləri obyektiv şəkildə işıqlandırmaqdan ibarətdir.
AZƏRTAC “Secki-2015.az” saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev Avropa Şurası tərəfindən Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Seçkilərin mediada işıqlandırılması” mövzusunda seminardakı çıxışında bildirib.
Vüqar Əliyev qeyd edib ki, beynəlxalq standartlara uyğun demokratik seçkilərin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş normadır. Bu günədək keçirilən seçkilərdə media böyük təcrübə toplayıb.
Bu gün Azərbaycanın istər elektron, istərsə də internet mediası həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni sahələri işıqlandıran 300-dən artıq fəal onlayn media mövcuddur. Bu gün Azərbaycanda sosial şəbəkələrdən çox geniş istifadə olunur. Artıq sosial şəbəkə istifadəçilərinin sayı 2 milyondan artıqdır. Təbii ki, belə bir mühitdə Azərbaycanda demokratik seçkilərin keçirilməsi, cəmiyyətin bütün üzvlərinin bu prosesdə iştirakının təmin olunması üçün xüsusi səy göstərmək, hansısa tədbirlər keçirməyə ehtiyac qalmır. Bu, artıq formalaşmış bir normadır.
Şöbə müdirinin müavini deyib ki, Azərbaycanda sivil birgəyaşayış forması tətbiq olunur. İnsanların fikirlərinə baxsaq onlar özləri cəmiyyətdə çaxnaşmaların, qarşıdurmaların yaradılmasından, namizədlər haqqında kompromatların mediaya ötürülməsindən və digər məsələlərdən daha çox həmin namizədlərin seçki dövründə proqramlarının nədən ibarət olacağı, cəmiyyətin inkişafı ilə bağlı öz seçildikləri dairələrdən insanlara nə verə, nə təklif edə biləcəkləri ilə bağlı maraqlanırlar. Bu, bir daha onu təsdiq edir ki, Azərbaycanda insanları hansısa mənfi emosiyalar, sivil cəmiyyətə xas olmayan xüsusiyyətlər deyil, demokratik cəmiyyətlərdə mövcud olan ab-hava maraqlandırır.
Qeyd edilib ki, cəmiyyətdə baş verən hadisələr, o cümlədən seçki prosesi ilə bağlı həm seçicilərə, həm namizədlərə, eləcə də seçki prosesini izləyən digər insanlara həqiqətlərin çatdırılması sahəsində medianın rolu böyükdür. Əsas şərt ondan ibarətdir ki, media seçki prosesini tam obyektiv işıqlandırsın, məlumatlandırma funksiyasını qərəzsiz həyata keçirsin.
Diqqətə çatdırılıb ki, Mərkəzi Seçki Komissiyasında 40-dan artıq media orqanı qeydiyyatdan keçib. Onlayn mediada və sosial şəbəkələrdə seçki prosesi ilə əlaqədar gərgin müzakirələr keçirilir, namizədlər müxtəlif təbliğat vasitələrindən istifadə edirlər. MSK-nın fəaliyyəti də mediada obyektiv şəkildə işıqlandırılır.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

