Çanaqqala döyüşündə şəhid olmuş azərbaycanlıların xatirəsi əbədiləşdiriləcək
20.03.2009 [17:58]
Qeyd edək ki, məşhur çanaqqala döyüşlərində türklərlə çiyin-çiyinə xeyli sayda azərbaycanlı da könüllü olaraq düşmənə qarşı vuruşub və şəhid olublar. Amma təəssüf ki, həm Azərbaycan, həm də Türkiyə ictimaiyyəti həmin qəhrəman qazilərimiz və şəhidlərimiz barədə çox az məlumatlıdırlar.
Beynəlxalq Diaspora Mərkəzi (Bakı) və Azərbaycanlılar Dayanışma Dərnəyi (İstanbul) 1915-ci ildə çanaqqalada şəhid olmuş azərbaycanlıların qəhrəmanlıqları barədə məlumatların tapılması, dəqiqləşdirilməsi və yayılması barədə xeyli vaxtdır ki, konkret işlər görməyə başlayıb. Bu sahədə isə atılan ilk addım çanaqqala döyüşündə canlarını qurban vermiş azərbaycanlıların şərəfinə hazırlanmış bukletlər olub.
Məlumat üçün bildirək ki, hər il mart ayının 18-də bütün Türkiyə tarixi çanaqqala döyüşünün ildönümünü böyük təntənə ilə qeyd edir. Bu il də çanaqqala döyüşünün 94-cü il dönümü keçirilib. Təşkil olunmuş tədbirlərdə iştirak etmək üçün Beynəlxalq Diaspora Mərkəzi (BDM) və Azərbaycanlılar Dayanışma Dərnəyi (ADD) nümayəndə heyəti bu tədbirlərə qatılıb. Bu məqsədlə BDM-in və ADD-nın təmsilçiləri martın 18-də İstanbuldan 356 km qərbdə yerləşən çanaqqalada ən yüksək səviyyədə keçirilən bütün tədbirlərdə iştirak ediblər.
çanaqqalada dövlət səviyyəsində keçirilən tədbirlər səhər tezdən şəhərin mərkəzində - Atatürk meydanında çanaqqala qəhrəmanlarının şərəfinə xatirə çələnglərinin qoyulması ilə başlayıb. Bu tədbir zamanı ilk dəfə olaraq Azərbaycan xalqı adından əklil qoyulub.
Sonra tədbirlər çanaqqala şəhər stadionunda davam etdirilib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın və ölkənin digər rəsmilərinin də qatıldığı tədbirlərdə ilk dəfə olaraq Azərbaycandan gəlmiş nümayəndə heyəti iştirak edib və tədbirlərdə Azərbaycan bayrağı dalğalanıb.
Əlavə edək ki, Azərbaycan nümayəndə heyətinin üzvlərinin gün ərzində çanaqqala döyüşlərinin 94-cü il dönümünə həsr edilmiş bütün tədbirlərdə yaxından fəal iştirakı Türkiyə mediası tərəfindən maraqla qarşılanıb.
Nümayəndə heyətinin üzvləri BDM-nin sədri İsmayıl Ağayev və professor Vaqif Arzumanlı səfər çərçivəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Türkiyənin müdafiə naziri Vecdi Gönül, çanaqqala bələdiyyəsinin sədri, çanaqqala valisi və bəzi digər rəsmi şəxslərlə də görüş keçiriblər. Həmin görüşlər zamanı Türkiyə rəsmiləri Azərbaycandan gələn qonaqların bu tarixi hadisə ilə əlaqədar tədbirlərdə aktiv iştirakını yüksək qiymətləndirib.
Keçirilmiş görüşlərdə Azərbaycan nümayəndə heyəti çanaqqalada şəhid olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsinin vacibliyini irəli sürüblər. Türkiyəli rəsmilər isə bu təklifi çox bəyənib və bu planın reallaşdırılması istiqamətində hərtərəfli köməkliklərin göstərilməsinə söz veriblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

