/ / Gintaras Visotskas: Azərbaycanın Dağlıq Qarabağ bölgəsi hərbi əməliyyatlar nəticəsində zəbt edilib
Gintaras Visotskas: Azərbaycanın Dağlıq Qarabağ bölgəsi hərbi əməliyyatlar nəticəsində zəbt edilib
03.10.2015 [11:15]
Litvanın www.slaptai.lt portalında bu İnternet resursunun rəhbəri, tanınmış jurnalist Gintaras Visotskasın “Ermənistanın qarşısında yaltaqlanmağa nə vaxt son qoyacağıq?” sərlövhəli məqaləsi dərc edilib. Litvalı jurnalist sual edir: Ən böyük dövlətləri belə tənqid etməkdən çəkinməyən Litva Ermənistana münasibətdə tənqiddən nə üçün çəkinir?
Mürəkkəb Ermənistan-Azərbaycan münasibətlərini illər boyu diqqətlə izləyən müəllif səmimiyyətlə soruşur: Azərbaycanın əzəli torpaqlarını işğal etmiş Ermənistanın hərəkətləri nə üçün hiddət doğurmur, amma Avropa ilə səmimi dostluğa çalışan, beynəlxalq humanitar forumlar, “Eurovision” mahnı müsabiqəsi və birinci Avropa Oyunlarını keçirən Azərbaycana şübhəli münasibət təzahür edir?
Litvalı jurnalist qeyd edir ki, bu gün - suriyalı, iraqlı və əfqanıstanlı qaçqınlar mövzusu bütün Avropa üçün aktual olduğu bir vaxtda Azərbaycanın təcrübəsi bu baxımdan dəyərlidir. Erməni silahlıları bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından qovanda azərbaycanlılar məğrurluğunu qoruyub saxladılar, heç kəsə şikayət etmədilər, heç kəsdən kömək gözləmədilər. Onlar yaranmış çətinliklərin öhdəsindən özləri gəldilər, həm öz qaçqınlarının qeydinə qaldılar, həm də Çeçenistandan və Özbəkistandan 10 minlərlə qaçqını qəbul etdilər.
G.Visotskas yazır ki, rəsmi Bakı italyan, yunan, alman, fransız siyasətçilərinə çox dəyərli məsləhətlər verə bilərdi, lakin azərbaycanlı qaçqınlar mövzusu Avropa üçün xoşagəlməz mövzudur. Çünki bu halda Avropa etiraf etməli olardı ki, Dağlıq Qarabağ və ona bitişik 7 rayon - ümumilikdə Azərbaycan ərazisinin 20 faizi hərbi əməliyyatlar, soyqırımı və digər beynəlxalq hərbi cinayətlər nəticəsində işğal edilib.
Jurnalist qeyd edir ki, insan hüquqları mövzusu da aktualdır. Avropa Parlamentinin üzvü Pyatras Auştryaviçyus bu il iyunun 5-də 15min.lt portalında “İnsan hüquqlarının tapdalandığı yerdə “təmiz oyun” haqqında” sərlövhəli məqalə dərc edib. Litvalı siyasətçi Azərbaycanda Avropa Oyunlarının keçirilməsinin qeyri-mümkün olduğunu sübut etməyə çalışır, çünki onun sözlərinə görə bu ölkədə insan hüquqlarına riayət edilmir. G.Visotskas oxucuların diqqətinə çatdırır ki, Avropa İttifaqının hətta ən demokratik dövlətində, elə Litvanın özündə də ideal qayda yoxdur. Lakin dünyada heç bir bəsirətli siyasətçi Litvanı “insan hüquqlarının tapdanmasında” ittiham etmir.
G.Visotskas təəccüblə soruşur: Başa düşmək olmur, biz avropalılar Azərbaycandan nə istəyirik, bu qərəzliliyin mənbəyi nədir? Məgər beynəlxalq idman oyunları, beynəlxalq humanitar forumlar təşkil edən, ərazisində xarici hərbi bazalar olmayan Azərbaycan qonşularına hücum edən Ermənistandan pisdirmi? Avropa Parlamentinin üzvü P.Auştryaviçyus Azərbaycanı tənqid edəndə və Ermənistanı tənqid etməyəndə çoxlu suallar doğur. Soruşmaq istərdik, həm Litvada, həm də Avropa İttifaqının üzvü olan digər dövlətlərdə Ermənistana rəğbət bəsləyənlər bu yaxınlarda Azərbaycana qaçmış və orada siyasi sığınacaq istəmiş erməni Vano Martirosyanın bəyanatları barədə nə fikirləşirlər? Azərbaycanda demokratiyanın vəziyyətindən daim narazılıq bildirən insan hüquqlarının müdafiəçiləri Ermənistanda əslində nələr baş verdiyinə nə vaxt maraq göstərəcəklər?
Litvalı jurnalist məqaləsinin sonunda yazır ki, əgər Ermənistanda demokratiya bir qədər çox olsaydı, onda Avropadakı erməni lobbisi üçün xoşagəlməz olan daha bir həqiqət üzə çıxardı - hamı bilərdi ki, məhz Azərbaycanda yaşamaq istəyən ermənilər də var.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

