İsrailin “LiveU” şirkəti videomaterialların yayılması üçün AZƏRTAC-a öz məhsulunu təklif edir
23.07.2015 [09:30]
İyulun 22-də AZƏRTAC-da IP protokol əsasında birbaşa yayım rejimində mobil rabitə kanalları vasitəsilə videonun, habelə faylların ötürülməsi və idarə edilməsində peşəkar həllər sahəsində birincilərdən və lider olan “LiveU” şirkətinin məhsullarının təqdimatı keçirilib.
Təqdimatdan əvvəl Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanovun “LiveU” şirkətinin nümayəndələri - şirkətin MDB ölkələri üzrə prezidenti Svetlana Ginzburq və “LiveU”nun Azərbaycandakı tərəfdaşı “PROMIX” şirkətinin meneceri İbrahim Ağasıyevlə görüşü olub.
A.Aslanov bu ilin martında 95 illiyini qeyd edən AZƏRTAC-ın tarixindən söz açıb. AZƏRTAC-ın aparıcı informasiya agentlikləri ilə əlaqələrindən danışan baş direktor məlumat verib ki, 2016-cı ildə Azərbaycan paytaxtında iki nüfuzlu media qurumunun tədbirlərinin - Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi hüququnun əldə edilməsi agentliyin beynəlxalq media-məkanda geniş fəaliyyətinin nəticəsi olub. Bu tədbirlər keçiriləndən sonra AZƏRTAC 2016-2019-cu illərdə OANA-nın və Dünya Xəbər Agentlikləri Konqresinin sədri olacaq.
Baş direktor bildirib ki, AZƏRTAC 7 dildə informasiya yayır, onun 21 ölkədə və respublikanın bütün regionlarında müxbir məntəqələri var. “LiveU” nümayəndələrinin təklifini dinləyən A.Aslanov deyib: “Hazırda internet-jurnalistika formalaşır. Gələcək internet resurslarınındır. Buna görə də AZƏRTAC öz məhsullarını multimedia vasitələrinin köməyi ilə yaymağa üstünlük verir”.
Svetlana Ginzburq AZƏRTAC-ın texnoloji xidmətlərinin nümayəndələri üçün təqdimatda deyib: “LiveU” texnologiyası dünyanın hər hansı nöqtəsindən videosiqnalı birbaşa yaymağa imkan verir. Dünyanın 60-dan çox ölkəsinin ən iri şirkətləri materiallarını təcili ötürmək və mühüm hadisələri işıqlandırmaq üçün “LiveU”nun həllərindən istifadə edirlər”. O bildirib ki, “LiveU” birbaşa video yayımları üçün arxa çantaları və smartfonlardan tutmuş xarici antenalar ilə hibrid peyk və mobil rabitə sistemlərinə qədər qurğuların tam spektrini təklif edir. Bundan əlavə, “LiveU” videomateriallarının idarə olunması və yayılması üçün “Cloud” sistemlərinin imkanlarının genişləndirilməsini də təklif edir. “LiveU”nun həlləri şəbəkənin cari sürətindən asılı olaraq təsvirin keyfiyyətinin optimallaşdırılması imkanları ilə birlikdə 4G LTE/3G, HSPA+, WiMAX və Wi-Fi şəbəkələrinə çoxsaylı qoşulmanı dəstəkləyir. “LiveU”nun bütün məhsullarının təməlində bu dördüncü nəsil patentləşdirilmiş texnologiya dayanır.
S.Ginzburq sistemin buraxıcılıq qabiliyyəti, onun texniki parametrləri və s. barədə AZƏRTAC-ın əməkdaşlarının suallarını cavablandırıb. AZƏRTAC və “LiveU” videomaterialların təklif edilən sistemlər vasitəsilə ötürülməsi prosesini əyani nümayiş etdirmək üçün birgə onlayn-yayım keçirmək barədə razılığa gəliblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18

