Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mərkəzi Seçki Komissiyasında siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə dair seminar keçirilib

Mərkəzi Seçki Komissiyasında siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə dair seminar keçirilib

10.07.2015 [10:03]

İyulun 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasında siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunan seminar keçirilib. Bu barədə MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib.
Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində keçirilən tədbirdə Komissiyanın və aidiyyəti dövlət qurumlarının təmsilçilərinin təqdimatında siyasi partiyaların maliyyə hesabatlarına dair tələblər, onların səlahiyyətli orqana göndərilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsi, siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində müstəqil auditorun rolu, hüquq və vəzifələri, auditor rəyinə və hesabatına dair tələblər, hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onlarla işin xüsusatları, eləcə də maliyyə hesabatlılığına dair qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət mövzularında çıxışlar dinlənilib.
Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan seminar siyasi partiyaların maliyyə hesabatları ilə bağlı müxtəlif mövzularda müzakirələrlə davam edib, həmçinin meydana çıxan suallar cavablandırılıb.
Tədbirdə siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı Mərkəzi Seçki Komissiyası Katibliyinin müvafiq struktur bölmələrinin, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

 
Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31