/ / ATƏT PA-nın sessiyasında Milli Məclisin deputatının müəllifi olduğu qətnamənin lehinə Ermənistan parlamentarisi də səs verib
ATƏT PA-nın sessiyasında Milli Məclisin deputatının müəllifi olduğu qətnamənin lehinə Ermənistan parlamentarisi də səs verib
10.07.2015 [10:02]
ATƏT-in Parlament Assambleyasının Helsinkidə keçirilən yay sessiyasında Milli Məclisin deputatı, Assambleyanın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin hazırladığı “ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamə qəbul edildikdən bir gün sonra - iyulun 8-də Ermənistan nümayəndə heyəti aranı qatmağa cəhd edib.
Azay Quliyevin hazırladığı qətnamə yenidən diqqətə gətirilib və bildirilib ki, iyulun 7-də keçirilən iclasda qətnaməyə dəyişikliklə bağlı bir təklif yaddan çıxaraq səsləndirilməyib. Bu təklif Büro Katibliyi tərəfindən dəstəklənib və qətnamə yenidən müzakirəyə çıxarılıb.
Belə bir hadisə ATƏT PA-nın tarixində ilk dəfə yaşanır. A.Quliyev verilən təklifi çəkinmədən müzakirəyə çıxarıb, qətnamə bir daha səsə qoyulub və əvvəlki səsvermədən fərqli olaraq bu dəfə daha çox deputatın səsini qazanaraq qəbul edilib. Ən qəribəsi budur ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan özü də qətnamənin lehinə səs verib.
Qətnamənin qəbul ediləcəyindən ciddi narahat olan A.Geqamyan ona dəyişiklik edilməsi ilə bağlı yersiz təkliflərlə çıxış etsə də, bu təkliflərin heç biri iclasın ilk günündə avropalı deputatlar tərəfindən qəbul edilməmişdi. ATƏT PA-nın ötən sessiyasından sonra Ermənistan mətbuatı A.Geqamyanı savadsızlıqda, diplomatik bacarıqsızlıqda, Azərbaycan tərəfinə daim məğlub olmaqda qınamışdı. İndi ermənistanlı deputatı ölkəsində nələrin gözlədiyini hiss etmək çətin deyil.
Xatırladaq ki, qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud olan münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin, münaqişələr nəticəsində məcburi köçkün düşmüş insanların doğma yurdlarına qeyd-şərtsiz qaytarılmalarının zəruriliyi qeyd edilir. On doqquz maddədən ibarət qətnamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri dəstəklənir.
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13

