/ / Əli Həsənov: Ferqyuson və Baltimorda baş verən hadisələr insan hüquqlarının durumunun ABŞ-da da yaxşı olmadığını göstərdi
Əli Həsənov: Ferqyuson və Baltimorda baş verən hadisələr insan hüquqlarının durumunun ABŞ-da da yaxşı olmadığını göstərdi
30.06.2015 [10:17]
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin 2014-cü ildə dünya ölkələrində insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatı ilə bağlı jurnalistlərə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.
Hesab edirik ki, heç bir ölkə hakim qismində çıxış edərək ayrı-ayrı dövlətlərdə bu və ya digər məsələləri öz maraqlarına uyğun şərh və təqdim etmək hüququna malik deyildir. Bu baxımdan ABŞ Dövlət Departamentinin məlum hesabatını ciddi qəbul etməmək və orada əks olunmuş mülahizələrə münasibət bildirməmək də olardı. Lakin bu tipli açıqlamalar media tərəfindən yayıldığına və dünyada mənfi rəyin formalaşmasına səbəb olduğuna görə, Azərbaycanın da mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması zəruridir.
Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edib. Bu gün ölkədə onlarla siyasi partiya, yüzlərlə qeyri-hökumət təşkilatı və kütləvi informasiya vasitəsi tam sərbəst fəaliyyət göstərir. İnsanların sərbəst toplaşmaq, öz fikirlərini müstəqil şəkildə ifadə etmək hüququna heç bir maneə törədilmir. Azərbaycanın iqtisadi və maliyyə potensialının güclənməsi, dinamik inkişafı həm də vətəndaş cəmiyyəti institutlarına hərtərəfli dövlət dəstəyinin həyata keçirilməsi üçün geniş imkanlar yaradıb.
Bütün bunları nəzərə alaraq ABŞ Dövlət Departamentinin məlum hesabatında Azərbaycan ilə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını, subyektiv və qərəzli xarakter daşıdığını bildiririk. Hesabatda ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir.
Hesabatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə səthi şəkildə toxunulmuş, lakin işğal və təcavüz faktı, BMT-nin məlum qətnamələrinin, ayrı-ayrı beynəlxalq təşkilatların sənədlərinin Ermənistan tərəfindən rədd edilməsi, rəsmi Yerevanın destruktiv mövqeyi səbəbindən bu münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olması barədə bir kəlmə belə deyilməmişdir.
Əgər ABŞ həqiqətən də dünya ölkələrində demokratiyanın, insan hüquq və azadlıqlarının vəziyyətini şərh etmək niyyətindədirsə, obyektiv görünmək üçün, ilk növbədə, beynəlxalq hüquqa hörmətlə yanaşmalı və təcavüzkar Ermənistandan BMT qətnamələrinin icrasını tələb etməlidir. Bundan başqa, insan haqlarının vəziyyətinin dəyərləndirilməsi ilə bağlı bütün dünya ölkələrinə, o cümlədən ABŞ-ın özündə yaşanan proseslərə də vahid standart müəyyənləşdirilsin və qiymət verilsin. Hər halda, Ferqyuson və Baltimorda baş verən hadisələr insan hüquqlarının durumunun ABŞ-da da yaxşı olmadığını göstərdi. Həmçinin ABŞ başda olmaqla, bəzi Qərb dairələrinin siyasəti nəticəsində Şərqdə, müsəlman dünyasında hökm sürən acınacaqlı vəziyyətin günahkarlarının və məsuliyyətinin araşdırılması, fikrimizcə, Azərbaycandakı demokratiyanın mikroskop altında təhqiqindən daha aktual görünür.
Bütün bu məsələlərə aydınlıq gətirilmədən ABŞ-ın demokratiya və insan haqlarının durumuna görə hər hansı ölkəni ittiham hədəfinə çevirməsi özünüifşadan başqa bir şey deyildir və dünyada Birləşmiş Ştatlara olan-qalan inamın tam itməsinə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

