Azərbaycan seçki prosesindəki nailiyyətlərinə görə dünyanın bir çox ölkəsinə nümunədir
04.03.2009 [16:47]
Səfir deyib ki, Azərbaycanda seçki prosesi daim təkmilləşir. Son prezident seçkisində bu mühüm siyasi tədbirə hazırlıq, səsvermənin gedişi və səslərin sayılması proseslərində nailiyyətlər əldə olunub, yerli icra orqanlarının seçkilərə müdaxiləsi halları aradan qalxıb. Bütün bu faktlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT\DTİHB) hesabatında da əksini tapıb.
A.Şahtaxtinski seçkilərin şəffaf və demokratik keçirilməsi üçün Azərbaycan Prezidentinin imzaladığı Fərman və Sərəncamları, Seçki Məcəlləsinə edilən əlavələri və dəyişiklikləri yüksək qiymətləndirib. Səfir bu tədbirlərin dövlətin demokratik seçki keçirmək əzminin göstəricisi olduğunu bildirib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat sessiyasının əhəmiyyətindən danışıb və bildirib ki, Azərbaycanda demokratik və şəffaf seçkilər keçirilməsi üçün hər cür şərait yaradılıb. 2008-ci ildə keçirilmiş prezident seçkilərində çox ciddi uğurlu nəticələr əldə olunub. Bu, ATƏT\DTİHB - nin son hesabatında da əksini tapıb və hesabat əvvəlkilərdən köklü surətdə fərqlənir.
MSK sədri deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropaya inteqrasiya edir. Bunun üçün seçkilərin demokratik keçirilməsi də əsas şərtdir. ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizin ilk illərində deyib ki, Azərbaycanın yeri demokratik dünyadadır. Bu gün Azərbaycan Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvüdür. Prezident İlham Əliyev demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini müasir dövrün tələblərinə uyğun surətdə uğurla davam etdirir və bunun nəticəsində biz, qısa müddətdə böyük nailiyyətlər qazanmışıq. Seçki prosesindəki nailiyyətlərinə görə, Azərbaycan indi dünyanın bir çox ölkələrinə nümunədir. MSK sədri deyib ki, bəzi problemlər də var. Seçki prosesi davamlı olduğu üçün biz həmin problemlərin həlli istiqamətində səylərimizi davam etdirəcəyik. Azərbaycanın kifayət qədər güclü intellektual potensiala malik ictimaiyyəti var və əminik ki, bunun sayəsində demokratik dəyərlərə tam sahib olacağıq.
M.Pənahov dairə seçki komissiyalarının bütün lazımi avadanlıq və digər zəruri texnika ilə təmin olunduğunu, məntəqə seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırıldığını, onların da texniki və digər problemlərinin həll olunduğunu bildirib.
Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, 2008-ci ildə ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə keçirilən bu cür tədbirlərin seçkilərin demokratik və şəffaf keçirilməsinə müsbət təsiri olub. Bugünkü tədbir də icra strukturları, dairə və məntəqə seçki komissiyalarının işinin təkmilləşdirilməsində mühüm rol oynayacaq. Azərbaycan hökuməti həmişə olduğu kimi, 18 mart referendumunu da demokratik və şəffaf keçirmək əzmindədir. Bunun üçün bütün tədbirlər görülür və görülməkdədir. Bu tədbirin məqsədi seçki institutlarına, mərkəzi və yerli icra strukturlarına seçkilərlə bağlı beynəlxalq tələblər, standartlar barədə bir daha məlumat verməkdir. Beynəlxalq təşkilatların tələbi odur ki, mərkəzi və yerli icra strukturları, seçki institutları öz səlahiyyətlərindən kənara çıxmasınlar, inzibati resurslardan səmərəli şəkildə, qanunauyğun istifadə edilsin, təşviqat qrupları üçün bərabər şərait yaradılsın, seçicilərin səsvermədə öz iradəsini sərbəst ifadə etməsinə yardım göstərilsin, səsvermə prosesinə qanunsuz müdaxiləyə yol verilməsin. Hökumət bunun üçün bütün lazımi addımları atıb. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə beynəlxalq təşkilatların rəy və təklifləri nəzərə alınmaqla bir sıra əlavə və dəyişikliklər edilib.
Ə.Həsənov bildirib ki, həm bu dəyişikliklər, həm də Prezident İlham Əliyevin seçkilərlə bağlı imzaladığı Sərəncamlar seçkilərin, eləcə də referendumun ədalətli və şəffaf keçirilməsi üçün möhkəm hüquqi baza yaradıb. Əminliklə demək olar ki, 18 mart referendumu da tam demokratik və şəffaf keçiriləcək.
Daha sonra tədbirdə rayon icra hakimiyyəti rəhbərlərinə, dairə seçki komissiyalarının sədrlərinə Seçki Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklər, seçki prosesinə müdaxiləyə yol verilməməsinə dair qanunda nəzərdə tutulmuş tələblər, eləcə də beynəlxalq seçki standartları ilə bağlı ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

