Bakıda Məhkəmə-Hüquq Şurasının 10 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
26.05.2015 [10:11]
Xəbər verdiyimiz kimi, mayın 22-də Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Akademik Zərifə xanım Əliyevanın da məzarı önünə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimlərinin, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) rəhbərliyinin, Türkiyə Hakimlər və Prokurorlar Ali Şurasının, Ali Məhkəməsinin, Ali Baş Prokurorluğunun və Ədliyyə Akademiyasının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri tədbirdə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə bağlı qısametrajlı sənədli film nümayiş etdirilib.
Konfransı açan Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov “Məhkəmə-Hüquq Şurasının yaradılması Azərbaycanda hüquqi islahatların bəhrəsidir” mövzusunda məruzə ilə çıxış edib.
Fikrət Məmmədov deyib ki, Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş Ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına mühüm əhəmiyyət verib. Ulu öndərin müəllifliyi ilə 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyamız islahatların başlanmasına əsas olub. Keçmiş Sovet İttifaqından miras qalmış məhkəmə və hüquq sistemi qısa müddət ərzində demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub.
Ölkəmizdə hakimlərin seçiminin təşkili üçün yeni qurumun təsisi bugünkü Məhkəmə-Hüquq Şurasının əsasını qoyub və Ulu öndər həm də məhkəmə hakimiyyətinin gələcək inkişaf strategiyasını müəyyən edib.
Qeyd edilib ki, Ümummilli liderin dövlətçilik kursunu əzmlə davam etdirən Prezident İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən 2004-cü ildə Avropa Şurası ilə birgə işçi qrupları yaradılaraq qanunvericilik ətraflı tədqiq edilib və onun Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılıb. Aparılmış təhlillər nəticəsində Azərbaycanda yeni qurum - məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanının yaradılması qənaətinə gəlinib. Bu barədə Avropa Şurasında ekspertizadan keçirilmiş qanunvericilik layihələri Prezident tərəfindən dəstəklənib və qanunvericilik təşəbbüsü əsasında qəbul olunub. Bununla da Avropada ən mütərəqqi təcrübələrə əsaslanan, hakimiyyətin heç bir qoluna tabeliyi olmayan, tam müstəqil bir orqan kimi Məhkəmə-Hüquq Şurası yaradılıb.
Məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların, iqtisadi, sosial və digər sahələrdə müşahidə olunan sürətli inkişafın məntiqi davamı olduğunu deyən Fikrət Məmmədov vurğulayıb ki, ölkə başçısının Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin fəaliyyətində fərqlənən bir qrup şəxsləri yüksək dövlət təltiflərinə və fəxri adlara layiq bilməsi hər birimizi daha məsuliyyətlə və əzmlə çalışmağa sövq edir.
Şuranın on illik yubileyi münasibətilə dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına təbriklərini çatdıran Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Məhkəmə-Hüquq Şurasının üzvü Fuad Ələsgərov “Məhkəmə-Hüquq Şurasının məhkəmə sisteminin fəaliyyətinin təmin edilməsində rolu” mövzusunda məruzə ilə çıxış edib.
Fuad Ələsgərov dövlətimizin başçısının Azərbaycanda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış məhkəmə-hüquq islahatlarının davam etdirilməsinə, məhkəmə sisteminin təkmilləşdirilməsinə və müasirləşməsinə böyük önəm verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu islahatların həyata keçirilməsi prosesində inkişaf etmiş dövlətlərin təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, eyni zamanda, xalqımızın dövlətçilik tarixi, ənənələri rəhbər tutulur. Məhz bunun nəticəsində biz hüquqi dövlət quruculuğu işində böyük uğurlar əldə etmişik.
Prezident Administrasiyasının rəsmisi on il bundan əvvəl Məhkəmə-Hüquq Şurasının yaradılmasının ölkəmizdə həyata keçirilən hüquq islahatlarının tərkib hissəsi olmaqla məhkəmə sisteminin inkişafına böyük töhfə verdiyini bildirib. Qeyd edib ki, ötən illər ərzində Məhkəmə-Hüquq Şurası məhkəmələrin fəaliyyətinin təmin olunmasında böyük rol oynayıb. Bu rol bu gün də artmaqdadır. Məhkəmə-Hüquq Şurası haqqında qanunvericiliyə son illər ərzində edilmiş dəyişikliklər bu qurumun məhkəmə hakimiyyətinin özünüidarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı səlahiyyətlərini daha da genişləndirib. Nəticədə Şura məhkəmələr və hakimlərlə bağlı məsələlərin səmərəli həlli üçün əlavə hüquqi vasitələr əldə edib.
Fuad Ələsgərov Məhkəmə-Hüquq Şurasının öz fəaliyyətini ilk növbədə müstəqillik, qanunçuluq, şəffaflıq, yaxşı idarəçilik, qərəzsizlik və obyektivlik prinsipləri əsasında qurduğunu və bunun nəticəsində cəmiyyətimizdə nüfuz qazandığını bildirib. Vurğulayıb ki, Şuranın müxtəlif hakim vəzifələrinə təyin edilməsi üçün Azərbaycan Prezidentinə təklif etdiyi namizədlərin təsdiq olunması dövlətimizin başçısının Hakimlərin Seçki Komitəsinin və Məhkəmə-Hüquq Şurasının işinə etimadının göstəricisidir.
Fuad Ələsgərov deyib ki, Azərbaycan Prezidentinin Məhkəmə-Hüquq Şurasına göstərdiyi dəstək səmərəli və ədalətli məhkəmə sisteminin bu günün ən mühüm tələblərindən biri olması ilə bağlıdır. Məhkəmələrin qəbul etdiyi qərarlar cəmiyyətimizin həyatının bir çox sahələrinə təsir göstərir. Bu baxımdan hakim korpusunun formalaşmasında, hakimlərin yüksək peşə hazırlığının və intizamının təmin edilməsində əsas rol oynayan Məhkəmə-Hüquq Şurasının üzvləri üzərinə düşən böyük məsuliyyəti hiss etməli və vəzifələrinin icrasına prinsipial yanaşmalıdırlar.
Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayev “Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinin perspektivləri” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi zamanı görülmüş ən önəmli işlərdən biri də heç şübhəsiz ki, Məhkəmə-Hüquq Şurasının yaradılması olub. Əminliklə qeyd etmək olar ki, son 10 il ərzində məhkəmə sahəsində köklü islahatların həyata keçirilməsinə Məhkəmə-Hüquq Şurası bir qurum olaraq mühüm töhfələr verib.
“Mükəmməl qanunvericilik bazası məhkəmə sisteminin inkişafının əsasıdır” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və onun əlçatımlığının artırılması, fəaliyyətinin qanunlar çərçivəsində vətəndaşların hüquqlarının qorunması səviyyəsində həyata keçirilməsi işində mühüm uğurlar Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonrakı dövrə təsadüf edir. Müstəqilliyini yeni bərpa etmiş ölkənin bütün istiqamətlərdə inkişafının təmin edilməsi istiqamətində qanunların, eləcə də məhkəmə sisteminin müasir tələblərə cavab verməsi ilə bağlı ciddi qanunvericilik aktlarının qəbul olunmasına ehtiyac var idi. Əlbəttə ki, bunun əsasını Azərbaycan Respublikasının Konstitusiyası, onun VII fəslində məhkəmə hakimiyyətinin səlahiyyətlərinə və vəzifələrinə həsr olunan bölmə təşkil edir. Azərbaycan Konstitusiyasına, qoşulduğumuz beynəlxalq konvensiyalara, üzv olduğumuz beynəlxalq təşkilatlar qarşısında üzərimizə götürdüyümüz öhdəliklərə uyğun olaraq ötən illərdə qanunverici orqanda bu sahəni tənzimləyən qanunlar üzərində ciddi fəaliyyət göstərilib və həmin qanunları zamanın tələbinə uyğunlaşdırmaq üçün addımlar atılıb.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Konstitusiya nəzarətinin məhkəmə hakimiyyətinin təkmilləşdirilməsinə təsiri” mövzusunda məruzəsində deyib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin dövlət idarəçilik sisteminin müstəqil qolu kimi təşəkkül tapması, eləcə də Məhkəmə-Hüquq Şurası kimi kollegial orqanın yaradılması bir çox ölkələr üçün nümunədir. Məhkəmə-Hüquq Şurasının mövcudluğu və fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Hakimlərin seçilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi prosesi ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə sisteminin müstəqilliyinin, hakimlərin obyektivliyinin və qərəzsizliyinin təmin edilməsinə yönələn ən vacib vasitələrdən biridir.
“Hüquq sisteminin inkişafında Məhkəmə-Hüquq Şurası ilə prokurorluğun əməkdaşlığının rolu” mövzusunda məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov Məhkəmə-Hüquq Şurasının fəaliyyətə başladığı ilk gündən prokurorluğun da həmin qurumda təmsil olunduğunu söyləyib.
Baş prokuror bildirib ki, ötən 10 il ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin müasir tələblər səviyyəsində təşkili, icra intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə genişmiqyaslı tədbirlər görülüb. Həmçinin, aparılmış məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası tətbiq olunub.
Sonra Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Filip Buayanın təbrik məktubu oxunub.
Konfransda Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vitse-prezidenti İrakli Adeişvili, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri Ganna Yudkivska, Dmitri Dedov, Xanlar Hacıyev, Türkiyə Ədliyyə Akademiyasının prorektoru Mustafa Artuç, Hakimlərin Seçki Komitəsinin sədri, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev məruzələrlə çıxışlar ediblər.
Konfransdan sonra qonaqlar Məhkəmə-Hüquq Şurasının binasında Şuranın və Hakimlərin Seçki Komitəsinin üzvləri üçün yaradılan iş şəraiti ilə tanış olublar.
Daha sonra ədalət mühakiməsinin tarixinə və Ümummilli lider Heydər Əliyevin müasir məhkəmə sistemimizin yaradılmasında roluna həsr edilən Muzeyin açılışı olub. Burada konfrans iştirakçılarının bir qrupuna fəxri fərmanlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26

