Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş hazırlığı yoxlanılıb

Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş hazırlığı yoxlanılıb

08.05.2015 [09:17]

Birinci Avropa Oyunları ərəfəsində ölkənin hava məkanının etibarlı qorunması məqsədilə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, mayın 7-də Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələrinin döyüş hazırlığı yoxlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim-döyüş tapşırığının yerinə yetirilməsi poliqonda “Osa” AK(M) tipli zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.
Tapşırığın yerinə yetirilməsi zamanı hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.
Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31