“Reklam haqqında” yeni qanun bu sahədə fəaliyyətin daha səmərəli tənzimlənməsinə xidmət edir
08.04.2015 [09:43]
Millət vəkilləri qanunu təkmil sənəd kimi dəyərləndiriblər
Məlum olduğu kimi, Milli Məclisin aprelin 3-də keçirilən iclasında “Reklam haqqında” yeni qanun layihəsi qəbul edilib. 4 fəsil 39 maddədən ibarət olan qanun Azərbaycan Respublikasında reklam istehsalının, onun mallar, işlər və xidmətlər (əmtəə) bazarında yerləşdirilməsi və yayımının dövlət tənzimlənməsinin hüquqi əsaslarını, reklam fəaliyyəti subyektlərinin özünütənzimləmə sahəsində vəzifələrini və səlahiyyətlərini müəyyən edir. Qanun ölkə ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımlanması, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir.
Sənədin təqdimatı ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ilk dəfə parlament 1997-ci ildə “Reklam haqqında” qanunu qəbul edib: “Həmin vaxt ölkənin sosial-iqtisadi vəziyyəti aşağı idi. İndi o vaxtdan 15 ildən artıq müddət keçib və Azərbaycan sosial-iqtisadi sahədə ciddi uğurlara nail olub. Buna görə də, müasir dövrün tələblərinə uyğun reklam fəaliyyətinin daha səmərəli tənzimlənməsinə ehtiyac var”.
Komitə sədri deyib ki, müstəqilliyimizin qorunması, ölkə iqtisadiyyatının davamlı inkişafı üçün Ulu öndər Heydər Əliyevin uğurlu iqtisadi siyasətinin reallaşması nəticəsində çox böyük nailiyyətlər əldə olunub. Onun fikrincə, iqtisadi həyatın bütün sahələrində böyük inkişaf prosesi gedir: “Bu dövrdə reklam sistemində də müəyyən uğurlarımız əldə olunub. Lakin açıq demək lazımdır ki, müasir dövrün tələblərinə uyğun reklam fəaliyyətinin daha səmərəli tənzimlənməsinə ehtiyac var. Yəni, dünya ölkələri ilə müqayisədə Azərbaycanın reklam bazarındakı göstəricilər iqtisadiyyatın ümumi parametrləri ilə uyğunlaşmır. Reklam sahəsinə ciddi yanaşmaya, bu layihəyə iqtisadçı, siyasətçi və vətəndaş gözü ilə yenidən baxmağa ehtiyac var. Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün geniş potensialımız var”.
Qanunda reklama dair anlayışlar verilib, eləcə də, reklam yayımlanması vəsaitlərinin, müxtəlif əmtəələrin reklamının xüsusiyyətləri, reklam sahəsində dövlət nəzarəti və s. məsələlər əksini tapıb.
Onu da bildirək ki, qanun layihəsində bir sıra qadağalar nəzərdə tutulur. Belə ki, yeni qanun layihəsinə əsasən, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən, tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağandır. Eyni zamanda, Azərbaycanda dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər, albom, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz. Həmçinin, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin, alkoqollu içkilərin reklamı qadağandır. Bununla yanaşı, teatr tamaşasının gedişində və kinofilmlərin nümayişi zamanı reklamın yayımlanması dövlət və bələdiyyə orqanlarının yerləşdiyi binalarda, tarixi və memarlıq abidələrinə aid edilmiş tikililərdə reklamın yerləşdirilməsi qadağan edilir.
Eyni zamanda, Azərbaycan ərazisində hərbi təyinatlı bütün növ silahların, texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağan edilir. Yeni qanuna əsasən, hərbi təyinatlı silahların və texnikanın reklamı Azərbaycanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə ola bilər.
Həmçinin, yeni qanun layihəsinə əsasən, mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil, səhiyyə müəssisələrindən ən azı 100 metr uzaqda olan reklam daşıyıcılarında yerləşdirilməlidir.
Qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər. Məsələn, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, dərsliklərin və dərs ləvazimatlarının üzərində reklam şəkilləri ləğv edilməlidir: “Məsələn, dəftərin üzərində futbolçu Messinin şəkli var. Onun əlində isə pepsi butulkası var. Halbuki onun yanında top olmalıdır. Hamımız da bilirik ki, bu növ içki vasitələri uşaqlar üçün necə zərərlidir. Bununla da uşaq bu içkiyə meyilli olur və ondan istifadə etməyə maraq göstərir”.
Millət vəkili alkoqollu içkilərin reklamına da münasibət bildirib. Onun fikrincə, rəsmi idman yarışları zamanı alkoqollu içkilərin reklamına qadağa qoyulmalıdır. Deputat, ümumiyyətlə, spirtli içkilərin reklam edilməsinin əleyhinədir.
Millət vəkili Sahibə Qafarova isə təklif edib ki, mərc oyunlarının reklamı zamanı vaxt məhdudiyyətləri qoyulmalıdır.
Ümumiyyətlə, müzakirələr zamanı millət vəkilləri xeyli təkliflər irəli sürüblər. Bu təkliflərin gələcəkdə nəzərə alınması istisna deyil. Amma bütövlükdə deputatlar “Reklam haqqında” yeni qanun layihəsini təkmil sənəd kimi dəyərləndiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55

