/ / “Amnesty İnternational” və “Human Rights Watch” kimi təşkilatlar qərəzli mövqelərini davam etdirirlər
“Amnesty İnternational” və “Human Rights Watch” kimi təşkilatlar qərəzli mövqelərini davam etdirirlər
06.03.2015 [09:58]
Azərbaycan ictimaiyyətinin nümayəndələri bəhs olunan təşkilatların qərəzli və subyektiv çağırışlarını narazılıqla qarşılayırlar
Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin, inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı hüquqi islahatların həyata keçirilməsidir. Bununla yanaşı, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, səmərəli beynəlxalq əlaqələrə malik olan, qlobal miqyasda etibarlı strateji tərəfdaş kimi tanınan ölkəmizdə ictimai-siyasi institutlar, o cümlədən, media qurumları qanunlar çərçivəsində sərbəst və azad fəaliyyət mexanizminə malikdirlər.
Lakin Azərbaycanın dinamik inkişafından, müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi dairələr “demokratiya”, “insan hüquqları” kimi institusional məfhumlardan istifadə edərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bu istiqamətdə beynəlxalq QHT-lərin xidmətlərindən istifadə edilir. Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi xarici dairələr, onlara bağlı olan beynəlxalq QHT-lər və media qurumları Azərbaycana və Avropa Olimpiya hərəkatına qarşı qərəzli kampaniyaya start veriblər. “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının I Avropa Oyunlarını “boykot” çağırışı, xarici KİV-lərdə ölkəmiz əleyhinə qərəzli, qeyri-obyektiv materialların sayının artması həmin dairələrin yenidən fəallaşdığını göstərir. Əlbəttə, bu iki təşkilatın hesabatlarında Azərbaycanın daim qara rəngdə təsvir olunması, guya Azərbaycanda insan haqlarının pozulması iddiaları təəccüblü deyil və təsadüfi xarakter daşımır.
Öz növbəsində, Azərbaycan ictimaiyyətinin nümayəndələri - ekspertlər, millət vəkilləri, ziyalılar bəhs olunan təşkilatların qərəzli və subyektiv çağırışlarını narazılıqla qarşılayırlar. Ümumi qənaət ondan ibarətdir ki, bütün hallarda, Azərbaycanı gözdən salmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək. Azərbaycan Avropa ailəsinin ona göstərdiyi etimadı doğruldaraq Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, “Human Rights Watch”, “Amnesty İnternational” kimi qurumlar Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatlarıdır. S.Fətəliyeva qeyd edib ki, bu təşkilatlar Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmirlər. “Digər tərəfdən, sözügedən təşkilatlar ölkəmizin inkişafını, müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin tribunasına çevrilib”, – deyə komitənin sədr müavini vurğulayıb.
Belə çağırışların təəssüf doğurduğunu deyən millət vəkilinin fikrincə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, ölkəmizdə demokratiya sahəsində də ciddi irəliləyişlər əldə edilib.
“Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, mövqeyi xeyli güclənib. Ölkəmiz Cənubi Qafqaz regionunda liderdir. Təbii ki, bu nəticələr uğurlu, düzgün siyasətin, iqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsi sayəsində əldə olunub. Azərbaycanın demokratik inkişaf və insan hüquqlarının qorunması sahəsində qazandığı nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Belə olan halda, “Human Rights Watch”, “Amnesty İnternational” kimi təşkilatların ölkəmizə qarşı tənqidlərinin heç bir əsası yoxdur”, - deyə S.Fətəliyeva qeyd edib.
Milli Məclisin deputatı Kamilə Əliyeva isə deyib ki, vəzifəsi dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyərlərin qorunması vəziyyətini araşdırmaq olan “Human Rights Watch”, “Amnesty İnternational” təşkilatları, çox təəssüf ki, bu missiyasından tamamilə uzaqlaşıblar: “Bu təşkilatlar bir sıra güc mərkəzlərinin, islamofob dairələrin əlində vasitə, alət rolunu oynayır və onların maraqlarının ifadəçisi qismində çıxış edirlər”.
Onun sözlərinə görə, “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatlarının sonuncu çağırışları bu qurumların nə qədər qərəzli, qeyri-obyektiv fəaliyyət göstərdiyini ortaya qoydu. “Bu təşkilatların reallıqlara qeyri-adekvat münasibət bildirdiyini, faktları təhrif etdiyini və subyektiv yanaşdığını təkcə Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe sübut etmir. Ümumiyyətlə, bu təşkilatların ayrı-ayrı dövlətlərdə baş verənlərə verdikləri “qiymət” onların ikili standartdan çıxış etdiklərini göstərir. Bu təşkilatlar konkret qüvvələrin tapşırıqlarını icra edir”, - deyə deputat qeyd edib.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə diqqətə çatdırıb ki, “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatlarının çağırışlarında Azərbaycanla bağlı fikirlər ikili standartların mövcud olduğunu, müxtəlif subyektiv fikirlərin daha çox üstünlük təşkil etdiyini göstərir və qərəzli xarakter daşıyır.
A.Hüseynov deyib ki, müxtəlif vaxtlarda fərqli qərəzli təşkilatların, qrupların Azərbaycandakı siyasi, iqtisadi, sosial, hüquqi islahatlara kölgə salmağa çalışan qərəzli hesabatları olub: “İstər “Human Rights Watch”, istərsə də “Amnesty İnternational” qeyri-obyektiv, ədalətsiz hesabatlar hazırlamaqla və qərəzli çağırışlar etməklə özlərini nüfuzdan salırlar. Azərbaycan ictimaiyyəti bu cür subyektiv, qərəzli və ədalətsiz çağırışlara kəskin etiraz edir. Cəmiyyət üzvləri bu təşkilatların hesabatlarına və çağırışlarına etibar etmir. Çünki ədalət prinsipinin pozulduğu yerdə səmimiyyətdən, obyektivlikdən və hörmətdən danışmaq imkansızdır”, - deyən A.Hüseynov əlavə edib ki, bütün bunlar ölkəmizdə həyata keçirilən sistemli, davamlı islahatlar nəticəsində əldə olunmuş mühüm uğurlara təsir edə bilməz.
Onun sözlərinə görə, Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin olunub və etibarlı şəkildə qorunur. Azərbaycanın hər bir sahəsində olduğu kimi, insan və vətəndaş hüquq və azadlıqlarının təmini və müdafiəsi sahəsində də həyata keçirilən tədbirlər bu gün uğurla davam etdirilir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

