Siyasi partiyalar maliyyə hesabatı verirmi?
07.02.2015 [11:24]
Araşdırma zamanı məlum olub ki, Yeni Azərbaycan Partiyasından başqa, heç bir partiya hesabat vermir
Siyavuş Novruzov: Bu günə qədər Yeni Azərbaycan Partiyasından başqa heç bir siyasi partiya cəmiyyət qarşısında hesabat verməyib
Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu uğurla həyata keçirilib. Bunun bariz göstəricilərindən biri də ölkənin siyasi palitrasıdır. Belə ki, hazırda ölkəmizdə dövlət qeydiyyatından keçmiş 50-dən artıq siyasi partiya fəaliyyət göstərir. Bu partiyaların böyük bir hissəsinin fəallığı hiss olunmasa da, onların bir qismi seçkilərdə iştirak edərək siyasi mübarizəyə qoşulurlar. Təbii ki, bütün hüquqi dövlətlərdə təşkilatlar, o cümlədən siyasi partiyalar qanunvericiliyə əməl etməlidirlər. Azərbaycan qanunvericiliyinin tələblərindən biri də vaxtaşırı olaraq partiyaların maliyyə hesabatlarını təqdim etmələridir. Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda bütün siyasi partiyalar illik fəaliyyətlərinə, maliyyə fəaliyyətinə dair hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər. Bu hesabatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməli və ictimaiyyət məlumatlandırılmalıdır. Maliyyə hesabatları verməyən siyasi partiyalar isə cərimələnməlidirlər.
Bu amil onların şəffaf, qanunauyğun fəaliyyət göstərmələrinin əsas nümunələrindən biridir. Bəs, görəsən, Azərbaycanda siyasi partiyalar cəmiyyətə maliyyə hesabatlarını təqdim edirlərmi? Bu məsələ ilə bağlı “Trend” İnformasiya Agentliyinin sorğusu maraq doğurur. Belə ki, informasiya agentliyi bir sıra partiyalardan onların maliyyə hesabatı verib-vermədiklərini öyrənib.
“Trend”in sorğusuna əsasən məlum olub ki, Yeni Azərbaycan Partiyası (YAP) qanunvericiliyə uyğun olaraq maliyyə hesabatlarını təqdim edir. YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, “Siyasi partiyalar haqqında” Qanuna olan əlavə və dəyişikliklərə uyğun olaraq, siyasi partiyaların hər biri, istər dövlət büdcəsindən maliyyələşən, istərsə də dövlət büdcəsi tərəfindən maliyyələşməyən, üzvlük haqqı və ianələrlə öz büdcəsini formalaşdıran hər bir siyasi partiya ildə bir dəfədən az olmayaraq, həmçinin rüblük hesabat verməlidir.
Onun sözlərinə görə, qanunvericiliyə edilmiş yeni əlavə və dəyişikliklərə əsasən, bu hesabatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməlidir: “Burada ictimaiyyətin məlumatlandırılmasından söhbət gedir, həmçinin bu hesabatların verilməsindən. İstənilən an o hesabatların audit yoxlaması da MSK tərəfindən həyata keçirilə bilər. Bu günə qədər Yeni Azərbaycan Partiyasından başqa heç bir siyasi partiya cəmiyyət qarşısında hesabat verməyib. Biz qanun qəbul olunmamışdan da qabaq hər il bir dəfə illik maliyyə hesabatı dərc edirdik. Burada üzvlük haqları, ianələr, partiya büdcəsinə toplanan digər gəlirlər barədə hesabat verirdik. Bu günə qədər hesabatlar aidiyyəti orqanlara təhvil verilirdisə, indi onlar MSK-nın saytında da yerləşdirilməlidir. Siyasi partiyaların şəffaf fəaliyyət göstərməsi üçün, onların maliyyə mənbələrinin də şəffaf olması üçün bu hesabatlar vacibdir. Çünki qanuna görə, siyasi partiyalar xarici təşkilatlardan, xarici vətəndaşlardan, dini və digər qurumlardan maliyyələşə bilməz. Bu baxımdan da şəffaflığı təmin etmək üçün qanunda olan düzəlişlərə siyasi partiyalar mütləq əməl etməlidir”.
Sorğuya cavab olaraq BAXCP, ADP, MDHP, AMİP-in rəhbər şəxsləri maliyyə hesabatları ilə bağlı müxtəlif cavablar verib, onların bəziləri maliyyə hesabatlarını müvafiq qurumlara təqdim etdiklərini desələr də, amma nədənsə bunun ictimaiyyətə açıqlanmasının tərəfdarı olmadıqlarını bildiriblər. Bu da demokratiyadan, şəffaflıqdan danışan partiyaların əslində bu prinsiplərə əməl etmədiklərini göstərir.
Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı isə deyib ki, 2014-cü ilin hesabatı mart ayının sonuna qədər verilməlidir: “Hesabat hazırlanır və təqdim ediləcək”.
Mart ayına isə elə də çox vaxt qalmayıb və “Müsavat”ın hesabat verib-verməyəcəyi dəqiq aydınlaşacaq. Ən qəribə cavabı isə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı verib. Belə ki, F.Qəhrəmanlının sözlərindən aydın olur ki, guya AXCP-də heç bir maliyyə əməliyyatı aparılmır. Ona görə də, hər hansı maliyyə hesabatı verilmir. Əslində bu mövqe AXCP-nin və onun sədri Əli Kərimlinin “siyasi” fəaliyyətinin mahiyyətini ortaya qoyur. Bu da ondan ibarətdir ki, AXCP qeyri-şəffaf fəaliyyətlə məşğuldur. Əlbəttə, Ə.Kərimlinin xaricdəki anti-azərbaycançı dairələrin, o cümlədən, erməni lobbisinin əlində alət olması cəmiyyətə çoxdan məlum olan faktdır. Məhz bu dairələrin maliyyə vəsaiti hesabına Ə.Kərimli ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq üçün yollar axtarır, eləcə də, Azərbaycan haqda beynəlxalq müstəvidə mənfi imic formalaşdırmaqla məşğuldur. Məhz çirkli pullar hesabına fəaliyyət göstərdiyi üçün AXCP-nin maliyyə hesabatı açıqlanmır. Ona görə də, hansısa bir təşkilatda maliyyə hesabatının aparılmadığını iddia etmək absurd məsələdir. Əgər belədirsə, o partiya özünü, işçilərini necə saxlayır? Ə.Kərimli bahalı maşınları hansı vəsait hesabına alıb, cangüdənlərini hansı pulla saxlayır, yaxud da xaricdə təhsil alan övladının yüksək məbləğdəki təhsil haqqını necə ödəyir? Təbii ki, Ə.Kərimli həmişə bu suallardan yayınıb. Ona görə ki, AXCP qeyri-şəffaf fəaliyyət göstərir, maliyyə mənbələri isə xaricdə Azərbaycanı istəməyən dairələrdir.
Paradoksal haldır ki, qeyri-şəffaf fəaliyyətlə məşğul olan, öz maliyyə hesabatını cəmiyyətdən gizlədən Ə.Kərimli həmişə demokratiya və şəffaflıqdan danışır. Onun rəhbərlik etdiyi AXCP-nin maliyyə mənbələrini gizlətməsi isə demokratiya və şəffaflıq anlayışı ilə daban-dabana ziddir. Burada bir atalar məsəli yada düşür: “Utanmasan, oynamağa nə var ki...”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

