Milli Məclisin sədri Pakistanın Azərbaycandakı səfirliyinin iqamətgahında olub
20.12.2014 [13:07]
Milli Məclisin sədri Oqtay Əsədov Pakistanın Peşavar şəhərində çoxsaylı insan tələfatına səbəb olan terror aktının qurbanlarının ailələrinə və Pakistan xalqına başsağlığı vermək məqsədilə dekabrın 19-da bu ölkənin Bakıdakı səfirliyinin iqamətgahında olub.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Pakistanın ölkəmizdəki səfiri Xalid Usman Qayser ilə söhbət zamanı Oqtay Əsədov qeyd edib ki, Pakistan Azərbaycana dost ölkədir və orada baş verən qanlı faciə xalqımızı həddən artıq sarsıdıb. Hər bir Azərbaycan vətəndaşı Pakistan xalqının kədərinə şərik olur və gələcəkdə bu cür hadisələrin baş verməməsini arzulayır. Milli Məclisin sədri bildirib ki, Azərbaycan terrorizmin ağrı-acısını bilən ölkə kimi hər zaman terroru pisləyir və terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe tutur. Oqtay Əsədov deyib ki, Azərbaycan dövləti və xalqı bu ağır günlərdə Pakistan xalqının daim yanındadır və inanırıq ki, Pakistan dövləti terrorizmin aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edərək bu bəlanın kökünü kəsəcək.
Başsağlığına görə minnətdarlığını bildirən Xalid Usman Qayser Pakistanın Peşavar şəhərindəki hərbi məktəbə silahlı hücum və terror nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı barədə Oqtay Əsədova məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyev bu dəhşətli terror hadisəsi ilə əlaqədar Pakistan Prezidenti Məmnun Hüseynə öz adından və Azərbaycan xalqı adından başsağlığı verərək terrorizmin dəhşətli bəla olduğunu və onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini vurğulayıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan Pakistana dost və qardaş ölkədir və Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətlidir.
Səfir Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlıq edib.
Milli Məclisin sədri Oqtay Əsədov səfirliyin xatirə kitabına ürək sözlərini yazıb və bir daha Pakistan xalqına başsağlığı verib.
Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45

