Mingəçevirdə Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı konfrans keçirilib
13.12.2014 [11:51]
Dünən Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar birgə elmi-nəzəri konfrans keçirib. Konfrans iştirakçıları öncə şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, öz dərin ehtiramlarını bildiriblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən filmə baxıblar.
Daha sonra konfrans öz işini “dəyirmi masa” ətrafında davam etdirib. Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müasir, müstəqil, qüdrətli Azərbaycan dövlətinin təməlini qoymuş Ulu öndər Heydər Əliyevin keçən əsrin 60-cı illərindən başlayaraq hakimiyyətdə olduğu dövrdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı üçün yürütdüyü uzaqgörən siyasətdən və əldə edilən uğurlardan danışıb. Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini müasir dövrün tələblərinə uyğun həyata keçirməklə dövlətimizin regionda ən qüdrətli ölkəyə çevrilməsinə nail olub.
Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, AzİES-in direktoru, YAP Mingəçevir şəhər təşkilatının İdarə Heyətinin üzvü Bəhmən Nəcməddinov, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev çıxış edərək, Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, Vətənə və xalqa sədaqətlə xidmətindən danışıblar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

