Böyük Britaniya parlamentində İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik görüşü keçirilib
09.12.2014 [10:02]
Böyük Britaniya parlamenti İcmalar Palatasının məşhur Çörçill zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam yeməyi keçirilib.
Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva, Britaniya tərəfdən həmsədr Lord German, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, həmçinin cəmiyyətin üzvləri, Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan diasporunun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.
Lord German İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri olaraq ilk dəfə ənənəvi şam yeməyində iştirak etməkdən məmnunluğunu bildirib. Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayevaya qurumun fəaliyyətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Cəmiyyətin həmsədri olmaqdan şərəf hissi duyduğunu ifadə edən Lord German həm qurumun bundan sonrakı fəaliyyətində, həm də ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib. Bildirilib ki, cəmiyyətin ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsində qarşıya qoyduğu məqsədlərə və missiyalara nail olduğunu görmək həqiqətən qürurvericidir.
Cəmiyyətin yaranma tarixindən bəhs edən Lord German qurumun Britaniya ilə Azərbaycan arasında dostluq və qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib.
Əməkdaşlığımızın müxtəlif sahələri əhatə etdiyini diqqətə çatdıran həmsədr təhsil və mədəniyyət sahələrinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Çıxışının sonunda Lord German cəmiyyətin fəaliyyətinə dəstək verən hər kəsə minnətdarlığını bildirib.
Professor Nərgiz Paşayeva qarşıdan gələn yeni il münasibətilə qonaqları təbrik edib. İngiltərə-Azərbaycan Cəmiyyətinin hər iki ölkə üçün əhəmiyyətini diqqətə çatdıran Nərgiz Paşayeva təşkilatın yeni ildə yeni uğurlar əldə edəcəyinə əminliyini bildirib. Lord German ilə birgə çalışmaqdan şad olduğunu deyən Nərgiz Paşayeva onun cəmiyyət üçün fəaliyyətini yüksək qiymətləndirib.
Professor Nərgiz Paşayeva çıxışının sonunda Britaniya və Azərbaycan xalqlarına yeni nailiyyətlər arzu edib.
Səfir Tahir Tağızadə İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına töhfələrini yüksək qiymətləndirib. Cəmiyyətin həmsədrlərinin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirən səfir gələcəkdə daha böyük uğurlar əldə ediləcəyinə əminliyini söyləyib.
Tədbir çərçivəsində gənc azərbaycanlı skripkaçı Nəzrin Rəşidova və britaniyalı arfa ustası Sali Prays Azərbaycan və dünya klassiklərinin əsərlərindən parçalar ifa ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

