/ / Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin təhsil nazirləri bir sıra vacib məsələləri müzakirə ediblər
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin təhsil nazirləri bir sıra vacib məsələləri müzakirə ediblər
29.11.2014 [11:40]
Noyabrın 28-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvü olan ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhidlər xiyabanını ziyarət edən tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər qoyublar.
Daha sonra qonaqlar şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyublar.
Görüşdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən proqram və islahatlardan, əldə edilən uğurlardan danışıb. Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasının əsas məsələlərdən olduğunu diqqətə çatdıran nazir qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
M.Cabbarov bildirib ki, TDƏŞ-nin üzvü olan ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın nümayəndə heyətləri iştirak edir. Beynəlxalq təşkilat kimi təşəkkül tapmış bu qurum üzv ölkələr arasında müxtəlif sahələrdə dialoq və əməkdaşlığın formalaşması istiqamətində uğurlu addımlar atır.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 oktyabr tarixli Sərəncamının gələcək üçün təhsilin əsas prioritetlərini müəyyən edən mühüm sənəd olduğunu qeyd edib. Bildirilib ki, Dövlət Strategiyasının əsas hədəfi ölkəmizin müasirləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdir. Dövlət Strategiyası, həmçinin “qara qızılı insan kapitalına çevirmək” fəlsəfəsini qarşıya əsas vəzifə kimi qoyub. Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu günədək 3 mindən çox gəncin təhsil aldığını vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.
Görüşdə TDƏŞ-nin baş katibi Ramil Həsənov çıxış edərək şuranın fəaliyyətinə göstərdiyi daimi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. R.Həsənov Şuranın üzvü olan ölkələrin təhsil nazirliklərinin sıx əməkdaşlıq edəcəyinə, bundan sonra da dövlətlərimizin ümumi maraqlarına xidmət edən yüksək nəticələr əldə olunacağına əminliyini bildirib.
Türkiyənin təhsil naziri Nəbi Avcı toplantının ölkələrimiz üçün faydalı və önəmli olacağını bildirib. O deyib ki, gələcəyimizin təminatı olan gənclər arasında ortaq düşüncələrin inkişafı çox vacib məsələdir. Bu tədbirdə ümumi və tam orta təhsil sahəsində ortaqlıq, ortaq tarix və ədəbiyyat kitabları, ortaq televiziyanın yaradılması müzakirə ediləcək. Bu gün dərin intellektə malik gənc nəsillər yetişdirməyə daha çox ehtiyacımız var.
Qırğızıstanın təhsil naziri Kanat Sadıkov, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliyə Qalimova və başqaları görüşün ölkələrimiz arasında təhsil sahəsində faydalı olacağına əminliklərini ifadə edib, onun işinə uğurlar arzulayıblar. Natiqlər tədbirin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələr arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin inkişafının əsas istiqamətləri, o cümlədən mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi, Türk Akademiyasının Elmi Şurasının yaradılması və digər məsələlər müzakirə edilib.
Sonda Protokol qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

