Xaçmazda KİV nümayəndələrinin iştirakı ilə regional konfrans keçirilib
28.11.2014 [09:46]
Noyabrın 27-də Xaçmazda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun şərhi sahəsində region KİV-lərinin maarifləndirilməsi” mövzusunda regional konfrans keçirilib.
SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Xaçmaz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şimal bölgəsində fəaliyyət göstərən KİV-lərin təmsilçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli regional konfransın məqsədinin informasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı maarifləndirməni həyata keçirməkdən, informasiya almaq hüququnun səmərəliliyini təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri olduğunu vurğulayan V.Səfərli KİV-lərin inkişafına və fəaliyyətinin təkmilləşdirilməsinə dövlət dəstəyinin müasir dövrün tələblərindən birinə çevrildiyini diqqətə çatdırıb.
Jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə dövlətimiz tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyini bildirən V.Səfərli Bakı şəhərində jurnalistlər üçün 17 mərtəbəli yaşayış binasının inşa edilərək istifadəyə verildiyini, daha bir binanın isə tikilməkdə olduğunu söyləyib.
Konfransda KİVDF-nin Müşahidə Şurasının sədr müavini, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu mövzu ətrafında məruzələrlə çıxış ediblər. Çıxışlarda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrası istiqamətində dövlət qurumları, bələdiyyələr və jurnalistlər qarşısında duran vəzifələrdən danışılıb.
Tədbirdə çıxış edən regional KİV-lərin təmsilçiləri mövzu ilə bağlı təkliflərini səsləndirib, onları narahat edən məsələlər barədə ekspertlərə suallar ünvanlayıblar.
Konfrans iştirakçılarına fondun maliyyə dəstəyi ilə çap edilən “İnformasiya əldə etmək haqqında” qanunvericilik kitabçası paylanılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

