Ermənipərəst mərkəzlərin Batumi fiaskosu
25.11.2014 [09:33]
Azərbaycan nümayəndə heyətinin Forumdakı qələbəsi nəinki erməniləri, eləcə də “sapı özümüzdən olan baltaları” da məyus etdi
Ölkəmizdə vətəndaş cəmiyyətinin başlıca institutlarından olan qeyri-hökumət təşkilatları ictimai-siyasi proseslərdə mühüm rol oynayır. Onların fəaliyyəti üçün olduqca demokratik və hüquqi əsaslar formalaşdırılıb, bu istiqamətdə zəngin qanunvericilik bazası mövcuddur. Milli maraqlar və dəyərlər əsasında fəaliyyət göstərən QHT-lər vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr verirlər. Azərbaycanda QHT-lərin fəaliyyətini səmərəli edən mühüm faktorlardan biri də onların dövlət tərəfindən mütəmadi olaraq dəstəklənməsidir. İctimai birliklərin maliyyələşdirilməsi, öz növbəsində, həmin qurumların qeyri-şəffaf mənbələrdən asılılığına imkan verməməklə yanaşı, milli maraqların və dəyərlərin mühafizəsinə də əhəmiyyətli töhfələr bəxş edir. Bununla belə, bəzi QHT-lər var ki, onların yeganə məqsədi müəyyən ermənipərəst dairələrdən aldıqları maddi dəstək hesabına dövlətimizə qara yaxmaq, Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Ölkəmizdə həyata keçirilən mühüm hüquqi preventiv tədbirlər nəticəsində bu antimilli ünsürlərin fəaliyyət sferası daraldığından həmin “QHT-lər” xaricdə keçirilən tədbirlərdə öz məkrli niyyətlərini reallaşdırmağa səy göstərirlər.
Gürcüstanın Batumi şəhərində keçirilən Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramının Vətəndaş Cəmiyyəti Forumunun (VCF) 6-cı illik toplantısında yaşananlar bir daha bu həqiqəti ortaya qoydu.
Xatırlatmaq yerinə düşər ki, sözügedən forum bir sıra məqamları ilə yaddaqalan oldu. Belə ki, mənfur qonşularımızın, onları dəstəkləyən xarici qüvvələrin, eləcə də “sapı özümüzdən olan baltalar”ın ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin səyləri nəticəsində ölkəmizə qarşı məkrli şəkildə hazırlanan qərarların qəbul olunmasının qarşısı alındı, onların mənfur niyyətləri puç edildi.
Tədbirdə diqqət çəkən məqamlardan biri o idi ki, Azərbaycanı təmsil edən bəzi “hüquq müdafiəçiləri” Forumun həmsədrləri ilə salonun müxtəlif künclərində pıçıldaşmaqda idilər. Sən demə, bu, əbəs yerə deyilmiş, “sapı özümüzdən olan baltalar” ölkəmizə qarşı qarayaxmalarda onlar üçün ayrılmış rolları məharətlə ifa edəcəklərmiş. Yeri gəlmişkən, son seçkilərədək Forumun İdarə Heyətində Azərbaycanı 3 nəfər təmsil edib. Maraqlısı isə odur ki, Forumun gündəliyi həm Azərbaycan nümayəndə heyətinin üzvlərinə, həm də ölkə üzrə milli koordinator və İdarə Heyətinin üzvü Vüqar Bayramova bir məzmunda, ermənipərəst dairələrlə sinxron fəaliyyət göstərən azərbaycanlı “QHT” rəhbərlərinə isə başqa bir formada göndərilib. Və sonuncular, özlərinin də etiraf etdikləri kimi, Forumda Azərbaycanla bağlı ermənilər və onları dəstəkləyən anti-Azərbaycançı mərkəzlər tərəfindən hazırlanan və iftira, şantaj dolu materiallardan ibarət sərginin təşkil olunacağını hələ bir həftə öncədən biliblər. Azərbaycana qarşı ürəklərində gəzdirdikləri nifrət hissi onlara bu xəbəri Bakıya ötürməyə mane olub. Elə növbəti gün-Forumun ilk iş günü bunu aydın şəkildə sübuta yetirdi. Forumun keçirildiyi məkana gələn 26 nəfərlik nümayəndə heyətimizin əksər üzvləri foyedə nümayiş olunan və ölkəmizə qarşı çirkin şəkildə hazırlanan sərgiyə öz etirazlarını bildirdilər, onun yığışdırılmasını tələb etdilər. Bəlli oldu ki, Azərbaycana qarşı bu təxribatçı addımın müəllifi Çexiyanın ermənipərəst “People in Need” təşkilatıdır. O da aydınlaşdı ki, Çexiya təşkilatına bu sərginin təşkilində Forumda Ermənistandan olan milli koordinator, İdarə Heyətinin üzvü Boris Navasardyan yardımçı olub. Forumun həmsədrlərindən olan polşalı Kristof Bobinski bu tamaşada xüsusilə fəallıq nümayiş etdirirdi. Əlbəttə ki, onların niyyətləri bəlli idi - Azərbaycan nümayəndə heyətini iğtişaşa çəkməklə onların Forumda aktiv iştirak etmələrini və seçkili orqanlara namizəd irəli sürmələrini əngəlləmək, ölkə barədə Forum iştirakçılarında mənfi rəy formalaşdırmaq. Təəssüf ki, onlara bu işdə də yenə ölkəmizdə fəaliyyət göstərən bəzi “QHT” rəhbərləri-antimilli ünsürlər dəstək verirdi. Forumda ölkəmizə qarşı bu təxribatla bağlı informasiyalar Azərbaycan KİV-ində yayıldıqdan sonra Bakıdakı ermənipərəst qüvvələrin dərhal həmin materialları tərcümə edərək geriyə-Batumiyə ötürməsi isə vəziyyəti daha da gərginləşdirdi. İdarə Heyətindəki ermənipərəst qüvvələr dərhal hərəkətə keçərək Azərbaycan nümayəndə heyəti barədə, hətta səlahiyyətlərinin dayandırılmasını nəzərdə tutan sərt qərarlar qəbul edilməsini təklif etdi.
Forumun ikinci günü plenar iclaslar öz işini yekunlaşdırdıqdan sonra qətnamələrin müzakirəsi başlandı. Maraqlısı isə o idi ki, Forum adından ölkəmizlə bağlı olan qətnamənin müəllifi də erməni-Helsinki Vətəndaş Assambleyasının ölkə üzrə rəhbəri Artur Sakunç idi. Qətnamə layihəsində ölkəmizə qarşı daha hansı qarayaxmalar yox idi - ermənipərəst Leyla Yunusova və onun əri Arif Yunusov-Barseqyan, NİDA-çılar, guya hansısa “siyasi məhbuslar”, onların ailələrinə hansısa təzyiqlər və bu kimi digər absurd iddialar. Lakin İdarə Heyətindəki ermənipərəst qüvvələrin, eləcə də onlarla tam üz-üzə oturan “milli ermənipərəsətlərimiz”in ciddi-cəhdlərinə baxmayaraq, məsələ forum iştirakçıları tərəfindən lazımi dəstək almadı. Məsələni belə görən Boris Navasardyan və Kristof Bobinski israrla təklif etdilər ki, məsələ təkrar gizli səsverməyə çıxarılsın (!). Nümayəndə heyətimizin üzvləri bir-birinin ardınca söz alaraq, forum iştirakçılarına məsələnin səsverməyə çıxarılmasının məntiqsiz olduğunu izah etməyə çalışdılar. Beləliklə, 32 səs əleyhinə, 29 səs lehinə, 8 bitərəf olmaqla Azərbaycanla bağlı qətnamə qəbul olunmadı. Bu, Forumdakı “beşinci kolon” təmsilçilərinin tam məğlubiyyəti oldu.
Azərbaycana qarşı başqa bir təxribatın da qarşısı vaxtında alındı. Belə ki, Ermənistan nümayəndə heyəti Ağdam səmasında hərbçilərimizin vurduğu düşmən helikopteri məsələsini də qətnaməyə daxil etmişdilər və bu hadisənin regionda stabilliyə xələl gətirəcəyini bəhanə edərək, Azərbaycana qarşı sanksiyaların qəbul edilməsini tələb edirdi. Lakin Azərbaycan nümayəndə heyətinin uğurlu fəaliyyəti nəticəsində sənəd səsverməyə buraxılmadan, həmin bənd qətnamə layihəsindən çıxarıldı.
Beləliklə, Batumidə ölkə sərhədlərindən kənarda Azərbaycan əleyhinə təxribat cəhdləri və qara piar kampaniyalarında fəal təmsil olunan “5-ci kolon” təmsilçilərinin Vətənə, xalqımız və dövlətimizə olan mənfi, mənfur münasibətləri, bütövlükdə, antimilli mövqeləri bununla bir daha ortaya çıxdı. Onların QHT adı altında pərdələməyə çalışdıqları fəaliyyətlərinin məqsədinin, əslində, nə olduğu növbəti dəfə təsdiqini tapdı. Lakin Vətəninə, dövlətinə xəyanət yolunu tutanların niyyəti heç vaxt reallaşmadığı kimi, bu “5-ci kolon” təmsilçilərinin də Batumidəki uğursuz cəhdləri iflasa uğradı.
Səlim Balayev,
Bakı-Batumi-Bakı
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

