Qarabağ bölgəsində IV Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix konfransı keçirilib
28.10.2014 [09:45]
Türkiyədən gəlmiş həkimlər Qarabağ bölgəsində Beynəlxalq Qarabağ Universitetinin yaradılmasını təklif ediblər
Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Qastreonteroloji Vakfının (TQV) birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə oktyabr ayının 24-25-də Qarabağ bölgəsində - Xocavənd qəsəbəsində “IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı” keçirilib. Konfransda Bakıdan və Türkiyədən gəlmiş alim və həkimlərlə yanaşı, Bərdə, Beyləqan, Xocavənd, Füzuli, Ağdam, Tərtər, Goranboy, Naftalan və Xocalıdan olan həkimlər də iştirak ediblər. Qeyd edək ki, ATXƏM-lə TQV daha öncə 2008-ci ildə Gəncə və Bakı şəhərlərində, 2010-cu ildə isə Naxçıvanda eyniadlı beynəlxalq konfrans həyata keçirib.
“IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı”nın Qarabağda, cəbhə bölgəsində keçirilməsi elmi əhəmiyyətlə yanaşı, mühüm siyasi məna da kəsb edib. Konfrans Qarabağ bölgəsinin həkimlərinin qastreonteroloji, ağciyər, böyrək xəstəlikləri və s. məsələlərlə bağlı Türkiyənin Ankara, İstanbul, İzmir və s. şəhərlərindən gəlmiş alim-uzman həkimlərlə təcrübə mübadiləsi aparmaları üçün şans yaratmaqla bərabər, gələn nüfuzlu qonaqların respublikamızın inkişafı, bölgələrdə aparılan abadlıq-quruculuq işləri, Qarabağ bölgəsinin tarixi və adət-ənələrini öyrənmək baxımından da əhəmiyyətli olub.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzərək, xatirəsini ehtiramla yad ediblər.
Konfransın açılışında çıxış edən Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini Rəfael Mustafayev belə bir tədbirin xocavəndli məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə keçirilməsinə görə ATXƏM-ə və Türkiyə Qastreonteroloji Vakfına minnətdarlığını bildirib.
ATXƏM-in sədri İlham İsmayılov konfransın keçirilməsində əsas məqsədin Qarabağ bölgəsinin həkimlərinin qastroenteroloji, ağciyər, böyrək xəstəlikləri və səhiyyənin digər aktual məsələləri ilə bağlı Türkiyədən gəlmiş mütəxəssislərlə təcrübə mübadiləsi aparmasından ibarət olduğunu qeyd edib. Türkiyə və Azərbaycan həkimləri arasında əlaqələrin genişlənməsində, tibbi biliklərin təkmilləşdirilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
ATXƏM-in sədri qeyd edib ki, son dövrlər Azərbaycanda tibb işçilərinin ixtisaslarının artırılmasına əhəmiyyətli dərəcədə fikir verilir. “Bununla belə, həkimlərin geniş kontingentinin, xüsusən də bölgələrdə çalışan həkimlərin beynəlxalq səviyyəli iş təcrübəsi Bakı ilə müqayisədə bir qədər aşağıdır. Bütün bunları nəzərə alaraq, ATXƏM Azərbaycanın bölgələrində, xüsusən Qarabağ bölgəsində çalışan tibb işçilərinin beynəlxalq təcrübə ilə tanış etmək üçün konfransın bu ərazidə keçirilməsini məqsədəuyğun hesab edib. Türkiyə Qastroenteroloji Vakfının rəhbəri prof.dr. Ali Özden başda olmaqla beynəlxalq iş təcrübəsinə malik alim-həkimlər bu tədbirə qatılıblar. Bu toplantıların tarixi əhəmiyyətinə gəldikdə qeyd edə bilərəm ki, Türkiyə qastroenteroloqlarının zəngin bilik təcrübələrinin azərbaycanlı həkimlərlə paylaşmalarının çox böyük önəmi var. İnanıram ki, bu tədbirlərdən sonra da iki ölkə həkimləri arasında zəngin təcrübə mübadiləsi davam etdiriləcəkdir”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərindən danışaraq, tədbirin Qarabağda, cəbhə bölgəsində keçirilməsinin siyasi əhəmiyyət kəsb etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb. Qafar Əliyev qeyd edib ki, Türkiyə Qastreonteroloji Vakfı zamanın çağrışına səs verərək, səhiyyə sahəsində qazanılmış qabaqcıl təcrübənin bütün Türkdilli dövlətlərə yaymaq kimi nəcib təşəbbüs göstərib, bu istiqamətdə artıq bir neçə mötəbər elmi konfrans və seminarlar keçirib. “İndi isə Türkiyə Qastreonteroloji Vakfı ilə ATXƏM yeni bir nəcib təşəbbüs göstərərək, bu konfransı Qarabağ bölgəsində təşkil etmişlər. Bu toplantıda əsas məqsəd qədim Qarabağ torpağının sosial-iqtisadi həyatında elm, təhsil, mədəniyyət, tibb və digər sahələrdə əldə etdiyi nailiyyətlərlə tanış olmaq və həmçinin də Qarabağ bölgəsində qastreonteroloji sahədə çalışan həkimlərə faydalı məsləhətlər vermək, onlarla fikir mübadiləsi aparmaqdır”.
Türkiyə Qastreonteroloji Vakfının sədri professor Ali Özden vurğulayıb ki, mütəmadi keçirilən konfranslar Azərbaycan və Türkiyə həkimləri arasında təcrübə mübadiləsi, tibb sahəsində əməkdaşlıq üçün gözəl imkanlar yaradır. Ali Özden qeyd edib ki, elmdə irəliləməyin yolu elmdə irəli getmiş ölkələrin yol xəritəsini izləməkdən keçir: “Biz tibbin Cümhuriyyətlərimizin və elmin simvolu olduğunu anlamalıyıq. Ağıl və elm yolunda məlumatlanma prosesini hər nə yolla olursa-olsun davam etdirməliyik”.
Sonra Türkiyədən və Azərbaycandan olan mütəxəssis həkimlərin məruzələri dinlənilib. Məruzəçilərdən prof.dr. Tanqut İlter, prof.dr. Yılmaz Çakaloğlu, prof.dr.Ahmet Musaoğlu, prof.dr. Ömer Özütümiz, prof.dr. Nuru Bayramov, doç.dr Zeyqəm Süleymanov tibb sahəsindəki yeniliklərlə bağlı məlumat verərək, öz bilik və təcrübələrini bölüşüblər.
Tədbirdən sonra Türkiyədən gəlmiş həkimlər Xocavənd rayon xəstəxanasında seanslar təşkil edib, bölgədən olan xəstələri müayinə ediblər.
* * *
Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Qastreonteroloji Vakfının təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində keçirilən IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransının ikinci günü “Qarabağ: tarixi, bu günü və problemləri” mövzusuna həsr olunub.
Mətbuat Şurasının sədri Əflatun Amaşovun moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə “Ya Qarabağ, ya ölüm” və Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı hazırlanmış “Həqiqətin böyüyü” filmləri nümayiş olunub.
Tədbirdə çıxış edən ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, konfransın Qarabağda, xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə keçirilməsinin əhəmiyyəti böyükdür. Qarabağ təkcə buradan köçkün düşmüş insanların deyil, bütün türk dünyasının nisgilidir.
Türkiyə Qastreonteroloji Vakfının sədri professor Ali Özden bildirib ki, türk dövlətlərinin problemlərinin həlli üçün ilk növbədə dildə, fikirdə, işdə birlik olmalı, təhsilə xüsusi fikir verilməlidir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xocavənd” qəzetinin redaktoru Gültəkin Ağayeva konfransda çıxış edərək, qədim Azərbaycan torpağı olan Qarabağın zəngin tarixindən danışıblar. Çıxışlarda, həmçinin Qarabağ xanlığının yaranmasından, XIX əsrin birinci yarısından başlayaraq çar Rusiyası tərəfindən bu bölgədə məskunlaşdırılan ermənilərin XX əsrdə baş qaldıran ərazi iddialarından, Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağın dağlıq hissəsinin və ətraf rayonların işğal edilməsindən söhbət açılıb. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın işğaldan tezliklə azad ediləcəyinə əminlik ifadə olunub.
Tədbirdə Türkiyədən gəlmiş alim və həkimlər bölgədə Beynəlxalq Qarabağ Universitetinin yaradılması təşəbbüsü ilə çıxış ediblər. Daha sonra qonaqlara xatirə hədiyyələri təqdim edilib.
ATXƏM-in Mətbuat xidməti
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06

