Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması...
18.10.2014 [10:59]
İşğalçı ölkəni Dağlıq Qarabağ separatçılarına hərbi yardımdan da məhrum edəcək
Oktyabrın 10-da Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclasından günlər ötdükcə, Ermənistan hakimiyyətinin xalqına “bəh-bəh”lə təqdim etməyə çalışdığı Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyün işğalçı ölkəyə hər hansı bir dividend, yaxud üstünlük gətirməyəcəyi daha da aydınlaşır. Maraqlısı isə odur ki, Serj Sarkisyanın ölkədə yürütməyə çalışdığı siyasətin paxırını elə onun öz komandasının üzvləri açırlar. Ermənistanda dövri mətbuat üzərində Sarkisyan rejiminin nə qədər güclü təsirinin olduğunu, KİV-lərin strateji məsələlərdə həmişə hakimiyyətin mövqeyindən çıxış etdiyini nəzərə alsaq, son günlər yerli mətbuatda gedən yazılardan belə aydın olur ki, Aİİ-yə üzv olması Ermənistan iqtidarını çətin vəziyyətə salıb.
Belə ki, işğalçı ölkədə siyasi gərginlik artmaqda davam edir və bütün məsələlərə Ermənistan müxalifətinin gələn cümə günü keçirəcəyi ümumrespublika mitinqində aydınlıq gətiriləcək. Məsələ burasındadır ki, saxta seçkilərlə hakimiyyəti qəsb etmiş, xalq tərəfindən etimadını itirmiş, hakimiyyəti hərbi-polis rejimi ilə zorla əlində saxlamağa çalışan Sarkisyan rejimi uzun illərdən bəri xalqına yalan vədlər verməklə, müxtəlif vasitələrlə narazı kütləni sakinləşdirməyə, beləliklə də öz hakimiyyətinin ömrünü uzatmağa çalışır. Və Ermənistanın Aİİ-yə qoşulması da, məhz belə vasitələrdən biridir. Çünki Aİİ-nin təsisçiləri olan Rusiya, Belarus və Qazaxıstanla dövlət sərhədi olmayan Ermənistanın bu birlikdən hər hansı bir iqtisadi mənfəət, yaxud gəlir götürə bilməyəcəyi hər kəsə bəllidir. Digər tərəfdən isə, hər ötən gün Avrasiya İqtisadi İttifaqının nizamnaməsinin prinsipləri daha da aydınlaşdıqca Ermənistanın bu təşkilata qoşulmaqla necə acınacaqlı bir duruma düşdüyü bir daha isbatlanır. Məsələn, yerli mətbuatın (http://ru.1in.am) yazdığına görə, 1 yanvar 2015-ci ildən gömrük postlarının fəaliyyətə başlaması təkcə idxal-ixrac əməliyyatlarında ərzaq və digər məişət mallarına nəzarəti həyata keçirməyəcək. Bu prosedur, eyni zamanda, hərbi texnika və yardımlara da şamil olunacaq. Başqa sözlə, Ermənistan Aİİ-yə “Dağlıq Qarabağ”sız üzv qəbul edildiyindən ümumiyyətlə qondarma quruma rəsmi İrəvan tərəfindən hərbi yardımların edilməsinə də əngəllər yaranacaq. Separatçı rejimin “baş naziri” Ara Artunyan jurnalistlərə müsahibəsində, etiraf edib ki, bu məhdudiyyətlər, eyni zamanda, ixrac əməliyyatlarına da şamil olunacaq. Bu isə öz növbəsində separatçı rejimin nəzarətində olan Azərbaycan torpaqlarında məcburən yaşamaqda olan ermənilərin vəziyyətini daha da ağırlaşdıracaq. Doğrudur, qondarma “DQR”in “hökumət” başçısı jurnalistlərlə söhbətində gələn ildən Ermənistanla olan sərhəddə gömrük postlarının fəaliyyətə başlayacağına inanmadığını söyləyib. O, bunun çətin bir prosedur və ilin sonunadək qalan 3 ay ərzində Ermənistana bir neçə istiqamətdə gedən yollarda gömrük məntəqələrinin qurulmasının praktiki cəhətdən imkansız olduğunu deyib. Amma Aİİ-nin təsisçiləri öz qərarlarında israrlı kimi görünürlər. Çünki adından da göründüyü kimi, yeni qurulan təşkilat öncə hər bir ölkənin iqtisadi maraqlarınının təmin olunmasını qarşısına məqsəd qoyub. Bu isə o deməkdir ki, səfalət içində yaşamaqdan bezmiş daha çox sayda vətəndaş qarşıdakı aylarda Ermənistandan köç edəcək, işğalçı ölkədə siyasi gərginlik daha da artacaq.
Yeri gəlmişkən, yuxarıda bəhs edilən saytın Ermənistan Statistika İdarəsinin məlumatına istinad yazdığına görə, cari ilin ilk 9 ayı ərzində İrəvan və Gümrüdən hava nəqliyyatı ilə ölkəni tərk edənlərin sayı gələnlərin sayından 50 min nəfər çox olub. Sayt yazır ki, ölkədə yoxsul vəziyyətdə olan insanların sayı həddən artıq çox olduğundan, hamı təyyarədən istifadə edə bilmir və ölkəni tərk etmək istəyənlərin böyük əksəriyyəti avtobuslardan istifadə edir. Bu rəqəmləri topladıqda isə Ermənistanı həmişəlik tərk edənlərin sayı 100 minlərlə ölçülür. Mənbə, həmçinin, bildirir ki, cari ilin ilk 9 ayında Rusiya Federasiyasında vətəndaşlıq almış ermənilərin sayı 10 min nəfərdən artıq olub: “Onların Ermənistan vətəndaşlığından tam imtina etdikləri hələ bəlli deyil. Yalnız bir şey tam dəqiq bilinir ki, onlar psixoloji cəhətdən artıq özlərini Ermənistan vətəndaşları hesab etmirlər”.
Bütün bunların fonunda, Serj Sarkisyan işğalçı ölkədə yaranmış böhranlı vəziyyətdən çıxış yolu axtarmaqda davam edir və Minskdən geri dönər-dönməz konstitusiyada təcili dəyişikliklər etmək qərarına gəlib. Dəyişikliklərin məzmunu hələlik bəlli olmasa da, saytın yazdığına görə, həmin maddələr artıq müxalifət təmsilçilərinə də təqdim olunub. Müxalifət cəbhəsinin Sarkisyanın öz hakimiyyətinin ömrünü uzatmaq üçün qurduğu bu tələyə düşəcəyi az inandırıcı görünür. Belə ki, saytın yazdığına görə, oktyabrın 24-nə təyin olunan müxalifətin ümumrespublika mitinqində Sarkisyana “yox” deyiləcəyi də istisna olunmur.
Bir sözlə, Ermənistanda saxta seçkilərlə hakimiyyəti ələ keçirmiş Sarkisyan rejiminin ölkədə yaranmış bu siyasi gərginliyə tab gətirib-gətirməyəcəyi gələn cümə bəlli olacaq.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13

