/ / “İki sahil” qəzeti “Əsrin müqaviləsi”nin 20 illiyinə və Neftçilər Gününə xüsusi buraxılış həsr edib
“İki sahil” qəzeti “Əsrin müqaviləsi”nin 20 illiyinə və Neftçilər Gününə xüsusi buraxılış həsr edib
23.09.2014 [09:36]
“İki sahil” qəzetinin Neftçilər Günündə işıq üzü görən 204 səhifəlik xüsusi buraxılışı Azərbaycan neft-qaz sənayesinin 20 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, illüstrasiya materiallarının zənginliyi və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.
Xüsusi buraxılış Ulu öndər Heydər Əliyevin bu sözləri ilə açılır: “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”.
Buraxılışda Prezident İlham Əliyevin neft sənayesi işçilərinin təltif edilməsi, onlara fəxri adların və Prezidentin fərdi təqaüdünün verilməsi haqqında 19 sentyabr 2014-cü il tarixli sərəncamları yer alıb. Həmçinin Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınaraq, 20 ildə imzalanmış beynəlxalq neft sazişlərinin iqtisadiyyatımızın dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılır.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin xüsusi buraxılışda dərc olunmuş bayram təbrikində bildirilir ki, Azərbaycan neftçiləri həmişə olduğu kimi, bu il də peşə bayramlarını sonsuz iftixar hissi və böyük ruh yüksəkliyi ilə qarşılayırlar.
Ölkəmiz son illər beynəlxalq qaz tədarükü sisteminə inamla daxil olaraq, bu sahədə yeni-yeni nailiyyətlərə imza atır. Bu inkişaf fonunda modern, innovativ, çevik, beynəlxalq səviyyəli sənaye kompleksinə çevrilmiş şirkət regional və qlobal əhəmiyyətli neft və qaz layihələrində dövlətimizi ləyaqətlə təmsil edir.
ARDNŞ-in prezidenti R.Abdullayevin “Azərbaycanın möhtəşəm enerji strategiyası” yazısında tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin əhəmiyyəti geniş təhlil olunur. Qeyd edilir ki, müqavilənin imzalanmasından ötən 20 il ərzində Azərbaycanın geosiyasi əhəmiyyəti və nüfuzu yüksəlib, Qərb dünyası ilə münasibətləri strateji müstəviyə keçib. Enerji müstəqilliyimiz tam təmin olunub, Azərbaycan təbii qaz idxal edən ölkədən beynəlxalq miqyasda mühüm qaz ixracatçısına çevrilib.
Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin, vitse-prezidentlər Süleyman Qasımovun, Elşad Nəsirovun, David Məmmədovun, Mikayıl İsmayılovun, Bədəl Bədəlovun, Xalik Məmmədovun, Rəhman Qurbanovun, Rəfiqə Hüseynzadənin, Tofiq Qəhrəmanovun, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyevin, “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru Rövşən Həsənovun, Bakı Ali Neft Məktəbinin rektoru, YAP Siyasi Şurasının üzvü Elmar Qasımovun, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin və başqalarının xüsusi buraxılışda yer almış məqalələrində “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəmizin neft-qaz sektorunda əldə olunan uğurlar Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təntənəsi kimi dəyərləndirilir. Yazı müəllifləri bu fikri xüsusi vurğulayırlar ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin neft strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir, təkcə regionun deyil, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Xüsusi buraxılış Ulu öndər Heydər Əliyevin bu fikirləri ilə tamamlanır: “Əsrin müqaviləsi”ndə qarşıya qoyulmuş vəzifələrə layiqincə əməl edilməsi, yeni neft strategiyamızın uğurla həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin daimiliyinin əsas qarantlarından biridir”.
Buraxılış ümumilikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, neft-qaz sənayesi işçilərinin fədakar əməyi və qazandıqları yüksək nailiyyətlər və qarşıda duran vəzifələr barədə dolğun təəssürat yaradır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59

