Ayrı-ayrı beynəlxalq təşkilatlar ikili standartların alətinə çevriliblər
08.08.2014 [09:40]
Görəsən, əllərinə “lupa” götürüb Azərbaycan cəmiyyətində “nöqsanlar” axtaran Qərb institutları nəyə görə Ermənistanda insan hüquqlarının buxovlanmasından, söz və məlumat azadlığının sərt şəkildə məhdudlaşdırılmasından danışmırlar?
Məlum olduğu kimi, müasir dövrdə, qloballaşma şəraitində dünyanın bir bölgəsində yaranan tendensiyaların, baş verən kataklizmlərin, o cümlədən də müharibələrin təsiri və əks-sədası tez bir zamanda bəşəriyyətin digər qütblərində özünü bu və ya digər şəkildə büruzə verir. Bu mənada dünyada sülhün, əmin-amanlığın bərqərar edilməsinə, ədalətsizliyin aradan qaldırılmasına, faciələrin qarşısının alınmasına bütün dünya əl-ələ verərək, insanlar, xalqlar və ölkələr arasında heç bir milli, dini, irqi, coğrafi fərq qoymadan birgə səy göstərməlidir. Burada iqtisadi-hərbi potensialı baxımından real güc amilinə çevrilən iri dövlətlərin, beynəlxalq hüquq yaradıcıları və qoruyucuları missiyasını daşıdıqlarını bəyan edən BMT, ATƏT kimi təşkilatların üzərinə, necə deyərlər, daha ağır “yük” düşür. Onlar öz nümunələri və dünyanın bu və ya digər regionunda baş verənlərə obyektiv münasibətləri ilə Yer üzündə ədalət tərəzisinin gözünün əyilməsinə imkan verilməyəcəyini nümayiş etdirməlidirlər.
Fəqət, bu gün biz nələrin şahidi oluruq? Təəssüf doğuran haldır ki, sivilizasiyanın yüksək həddə çatdığı indiki dövrdə də dünyanın mənzərəsi bir sıra hallarda bu və ya digər ölkələrdə baş verənlərə subyektiv və selektiv yanaşmalarla, birinə “olar”, digərinə “olmaz” prinsipinin üstün tutulması ilə xarakterizə olunur. Hansısa ölkə özünü “ərköyün uşaq” kimi apararaq beynəlxalq təşkilatların tribunalarından səsləndirilən tələblərə məhəl qomur və ona “gözün üstə qaşın var” deyən tapılmır. Başqa bir ölkə, xalq pozulmuş haqqını geri qaytarmaq, beynəlxalq hüququn təsbit etdiyi normaların, ədalətin bərpasına nail olmaq istəyir, ona dərhal barmaq silkələnir...
Bir sözlə, özünün iqtisadi, hərbi potensialı ilə öyünən ayrı-ayrı böyük dövlətlərin, həmçinin, bir sıra beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədikləri mövqe onların ikili standartlardan çıxış etmələrinə bariz nümunədir. ABŞ, Fransa, Rusiya kimi dövlətlərin həmsədrliyi ilə münaqişənin həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun 20 ildən artıq müddətdə “fəaliyyəti” təcavüzkar Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoymaqdan uzağa getməyib. Dünyanın ən böyük təşkilatı sayılan BMT isə işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsi ilə bağlı çıxardığı 4 qətnamənin Ermənistan tərəfindən icrasına hələ də nail ola bilməyib və buna heç cəhd də göstərmir...
Dünya miqyasında güc amili rolunda çıxış edən iri dövlətlərin və ayrı-ayrı beynəlxalq təşkilatların eyni məzmunlu, beynəlxalq birlik üçün eyni təhdid yükü olan məsələlərə, regional və qlobal miqyaslı münaqişələrə münasibətdə gah qaşlarını qaldırıb gözlərini ağartmaları, gah da özlərini bivec, heyrət doğuracaq soyuqqanlı aparmaları son günlərdə Ermənistan-Azərbaycan cəbhə xəttində ermənilərin növbəti təxribatları nəticəsində vəziyyətin yenidən gərginləşməsi, atəşkəs rejiminin intensiv şəkildə pozulması və bunun hər iki tərəfdən canlı qüvvə itkisi ilə müşayiət olunması ilə əlaqədar yaydıqları bəyanatlarda, səsləndirdikləri açıqlamalarda bir daha bütün cəhətləri ilə diqqəti cəlb etdi.
Məlumdur ki, avqustun əvvəllərində qoşunların təmas xəttində baş verənlərə ABŞ, Fransa, Böyük Britaniya da daxil olmaqla ayrı-ayrı Qərb dövlətlərindən, eləcə də BMT və Avropa İttifaqından reaksiyalar gəlib. Lakin sadalanan ölkələr və beynəlxalq təşkilatlar yaydıqları sənədlərdə yenə də işğalçı dövlət olan Ermənistana barmaq uzatmaqdan vaz keçərək hər iki tərəfi “güc tətbiq etməkdən çəkinməyə”, “atəşkəs rejimini gözləməyə”, “etimad mühitini möhkəmlətməyə”, “münaqişə riskini azaltmağa çalışmağa” çağırıblar(?!) Budurmu, haqq-ədalət? Budurmu, beynəlxalq hüquq?
Bu məqamda qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, son günlərdə qoşunların təmas xəttində atəşkəsin davamlı olaraq pozulması ayrı-ayrı beynəlxalq təşkilatların Azərbaycanla bağlı məsələlərə subyektiv baxış bucağından yanaşmalarına yeganə nümunə deyil. Qərb dövlətlərinin və ayrı-ayrı beynəlxalq təşkilatların ikili standartları və ədalətsiz iddiaları insan haqları məsələsində ayrı-ayrı ölkələrə selektiv yanaşmada da özünü açıq büruzə verir. Görəsən, əllərinə “lupa” götürüb Azərbaycan cəmiyyətində “nöqsanlar” axtaran Qərb institutları nəyə görə Ermənistanda insan hüquqlarının buxovlanmasından, söz və məlumat azadlığının sərt şəkildə məhdudlaşdırılmasından danışmırlar?
Qonşu Gürcüstanda “Qızıl gül” inqilabından sonra Qamsaxurdiya və Şevardnadze dövründən qalma siyasi-mədəni elitanın, siyasi rəqiblərin sıxışdırılması ən yüksək həddə çatıb. Həmin şəxslərin mühüm bir hissəsi ölkəni tərk edərək Rusiyaya, Yunanıstana və Fransaya mühacirət etməyə məcbur olub. Gürcüstanın hazırkı hakimiyyəti isə Saakaşvilinin həbsi ilə bağlı qərar çıxarır, onun tərəfdarlarını sıxışdırır, media orqanlarına təzyiq edir.
Ukraynanın hazırkı hakimiyyəti Yanukoviçə yaxın olan siyasətçiləri sıxışdırır, qanuni təsisatların fəaliyyətinə xitam verilir, hətta parlamentin buraxılması üçün tədbirlər görülür. Keçmiş hakimiyyətə yaxın olan media ən sərt şəkildə susdurulur.
ATƏT məkanına daxil olan digər ölkələrdə, hətta Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə də insan hüquq və azadlıqlarının pozulması, müstəqil bloggerlərin, hakimiyyətləri tənqid edən medianın sıxışdırılmasına dair çoxsaylı faktlar mövcuddur. Lakin nədənsə ölkəmizi hədəfə alan Qərb institutları həmin ölkələrdə baş verənləri görməzdən gəlirlər.
Daha dəqiq desək, yuxarıda sadalanan faktlarla müqayisədə Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması sahəsində vəziyyət, necə deyərlər, yerlə-göy qədər fərqlənir. Ölkəmizdə hakimiyyəti sərt şəkildə tənqid edən müxalifətin, daim tənqidi mövqedə dayanan medianın (bu tənqid əksər hallarda obyektivlikdən uzaq olsa belə-red.) sərbəst fəaliyyətinə hər hansı şəkildə məhdudiyyət qoyulmur. Əksinə, dövlət hansı mövqedə dayanmasından asılı olmayaraq KİV-lərə davamlı olaraq maddi dəstək verir.
Bütün bunların müqabilində Qərb institutlarının Azərbaycanı özlərinin “qara siyahıları”na salmalarının yeganə adı belədir: Ayrı-ayrı ölkələrdə məsələlərə ikili standartlardan, subyektiv baxış bucağından çıxış etərək qərəzli yanaşma. Aydın görünür ki, bir sıra beynəlxalq təşkilatlar ikili standartların alətinə çevriliblər...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17

