/ / Beynəlxalq təşkilatlar işğalçı ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı müvafiq tədbirlər görməlidirlər
Beynəlxalq təşkilatlar işğalçı ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı müvafiq tədbirlər görməlidirlər
06.08.2014 [09:47]
Son hadisələr Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirir
Ermənistan ordusunun son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın etməsi, həmçinin, düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstərməsi bir sıra məsələləri yenidən gündəmə gətirib. Əvvəla, son hadisələr göstərdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində status-kvonun saxlanılması üçün təxribatçı fəaliyyətini davam etdirir. Hətta görünən odur ki, ermənilərin işğalçılıq eyforiyası yenidən baş qaldırıb. Belə ki, bu zamana qədər təcavüzkar ritorika ilə çıxış edən Ermənistan rəhbərliyi yeni separatçı davranışlar həvəsində olduğunu nümayiş etdirir. İkincisi, bütün bunlar göstərir ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına biganə yanaşır. Məhz son hadisələr Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirir.
Bir sözlə, görünən odur ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. İşğalçı ölkə, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur.
Əlbəttə, işğalçı ölkənin bu cür davranışında beynəlxalq ictimaiyyətin - BMT, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu kimi təşkilatların bu məsələyə laqeyd yanaşması, ikili standartlara istinad etməsi faktı da xüsusi rol oynayır. Bunun nəticəsidir ki, beynəlxalq ictimaiyyətin laqeyd münasibəti Ermənistanı neqativ kontekstdə ruhlandırır. Yəni, işğalçı ölkə ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə sayır.
Məhz bütün bunlara görə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı müvafiq tədbirlər görməlidirlər. Bununla bağlı beynəlxalq təcrübədə kifayət qədər nümunə mövcuddur. Məsələn, buna misal olaraq beynəlxalq miqyasda son proseslər kontekstində Yaxın Şərq ölkələri, Rusiya və digər dövlətlərə qarşı sanksiyaların tətbiq olunmasını göstərmək olar.
Eyni zamanda, bəllidir ki, Ermənistan başda BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. Əslində, bununla da bağlı imperativ və operativ səciyyəli tədbirlərin görülməsinə dair beynəlxalq təcrübə mövcuddur. Yəni, BMT qəbul etdiyi 4 qətnamənin icrası ilə bağlı daha effektiv islahedici metodlara istinad etməli və işğalçı ölkəyə qarşı prinsipial mövqe sərgiləməlidir. Liviyaya müdaxilə ilə bağlı BMT Təhlükəsizlik Şurasında 1973 saylı imperativ səciyyəli qətnamənin qəbulundan dərhal sonra aktiv əməliyyatlara başlanması faktı deməyə əsas verir ki, sözügedən təşkilat və Təhlükəsizlik Şurasında təmsil olunan aparıcı dövlətlər beynəlxalq hüquq normalarını əsas götürsələr, məhz bu zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hüquqi əsaslara söykənən qəti tədbirlər görmək mümkün olar, eyni zamanda, Ermənistana qarşı sanksiyalar tətbiq edilə bilər.
Amma təəssüflər olsun ki, bu beynəlxalq qurum, o cümlədən beynəlxalq ictimaiyyət bəhs olunan son hadisələrə ikili standartlar əsasında yanaşıb. Eyni zamanda, BMT-nin Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəs haqqında razılaşmaya əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb. Baş katib Minsk qrupu həmsədrlərinin səylərini tam dəstəklədiyini bildirib. Digər tərəfdən, ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psakinin brifinqdə Ermənistanın təxribatçı fəaliyyətindən yan keçərək yalnızca tərəfləri atəşkəs sazişinə hörmət etməyə çağırması Azərbaycan ictimaiyyətində dərin narahatlıq yaradıb. Dövlət Departamentinin nümayəndəsinin “Biz ənənəvi olaraq bu məsələlər üzrə dialoqun davam etdirilməsi üçün tərəflərin görüşlərini dəstəkləməyə hazırıq” deməsi təmsil etdiyi qurumun mövqeyinin sırf ikili standartlara söykəndiyini nümayiş etdirib.
Belə olan halda ortaya sual çıxır: necə olur ki, bəhs edilən qurumlar bundan öncəki məsələlərdə, eləcə də Ukrayna problemi ilə əlaqədar sanksiyaların tətbiq edilməsinin zəruriliyini vurğulayır, amma Ermənistanın qeyri-konstruktiv, aqressiv fəaliyyətinə biganə qalırlar?
Görünən odur ki, beynəlxalq ictimaiyyət hələ ki, məsələyə laqeyd və tərəfləri eyniləşdirən bir yanaşma ilə münasibət göstərir. Bu isə beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulmasıdır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

