/ / İƏT üzvü olan ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Fəaliyyət Planı qəbul olunub
İƏT üzvü olan ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Fəaliyyət Planı qəbul olunub
19.06.2014 [09:43]
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin Bakıda keçirilən iclası dünən başa çatıb. İki gün davam edən iclasda Komitəyə 9 üzv ölkənin (Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziya) aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, İƏT-in Katibliyi və tabe təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edib.
İclasda qeyd olunan Çərçivə sənədinin icrası məqsədilə hazırlanmış Fəaliyyət Planının layihəsi geniş və işgüzar müzakirələrdən sonra, iclas iştirakçılarının təklifləri də nəzərə alınmaqla qəbul olunub. Fəaliyyət Planında İƏT-ə üzv ölkələr arasında əməyin təhlükəsizliyi və sağlamlığının inkişafı üzrə 2014-2016-cı illər üçün texniki əməkdaşlıq istiqamətləri (əməyin təhlükəsizliyi və sağlamlığı üzrə göstəricilər, qlobal səviyyədə sistem (GHS), neft-qaz sənayesində, kimyəvi istehsal sahələrində, tikinti sektorunda əməyin təhlükəsizliyi və sağlamlığının inkişafı və s.) əksini tapır. Həmçinin, bu illər ərzində üzv ölkələrdə əməyin təhlükəsizliyi və sağlamlığı standartlarının geniş şəkildə tətbiqi, cari il ərzində isə Dövlət Əmək Müfəttişliyi Xidmətləri üçün vahid əməyin təhlükəsizliyi və sağlamlığı anlayışları üzrə tətbiqetmə siyasətlərinin hazırlanması nəzərdə tutulur. Planda əmək bazarı üzrə statistik məlumatların toplanmasının təşkili işlərinin əlaqələndirilməsi (2014-2015-ci illər), miqrant işçilərlə bağlı birgə məlumat bazasının yaradılması (2014-2016-cı illər) da yer alıb.
Bununla yanaşı, Fəaliyyət Planı məhbusların və məcburi köçkünlərin iqtisadi cəhətdən inteqrasiyasına yönələn təlim sistemi (2014-2016-cı illər), işçi hüquqlarının müdafiəsi və əmək bazarı üzrə qanunvericilik (2014-2015-ci illər) sahələrində də əməkdaşlığın həyata keçirilməsini, habelə İƏT-in Əmək bazarı və peşə təlimi mərkəzinin yaradılmasını nəzərdə tutur. Səsləndirilən təkliflərə uyğun olaraq, istehsalat qəzaları ilə bağlı sosial sığorta sisteminin tətbiqi, habelə əmək və məşğulluq problemlərinin həllinə islami prinsiplərdən yanaşma kimi məsələlər də ayrıca bəndlər kimi sənədə daxil edilib. Sənəddə qeyd olunan məsələlərin həlli ilə əlaqədar sponsor tərəflər də müəyyən olunub.
İclas çərçivəsində Malayziya tərəfinin Dövlət Məşğulluq Xidmətləri üzrə Şəbəkəyə dair təqdimatı olub. Tədbirin nəticələri kimi həmçinin İƏT-in əmək nazirlərinin növbəti konfransına təqdim olunmaq üçün hesabat və İcra Proqramının layihəsi də nəzərdən keçirilərək qəbul edilib. Xatırladaq ki, İƏT-in əmək nazirlərinin növbəti konfransı 2015-ci ildə İndoneziyada keçiriləcək. Həmin vaxta qədər İƏT-in Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəyə sədrliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

