/ / NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı müxtəlif mövzularda sessiyalarla davam edib
NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı müxtəlif mövzularda sessiyalarla davam edib
18.06.2014 [09:59]
Bakıda NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı iyunun 17-də işini müxtəlif mövzularda sessiyalarla davam etdirir.
AzərTAc xəbər verir ki, “Azərbaycanda təhlükəsizlik sektorunda islahatlar” mövzusunda keçirilən birinci sessiyada Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi strategiya və müdafiə planlaşdırılması idarəsinin rəisi, polkovnik Elman Səmədov çıxış edərək bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra bölgədə gərgin vəziyyət yaranıb və bu gərginlik Azərbaycandan da yan keçməyib. O deyib ki, Azərbaycanda ötən illər ərzində müdafiə sahəsinin inkişafı istiqamətində bir sıra sənədlər, xüsusilə Milli Müdafiə Konsepsiyası qəbul edilib. Bu sənədlərdə ölkənin müdafiəsi ilə bağlı əsas prioritetlər müəyyən olunub. Keçən il müdafiə sahəsində strategiyanın qəbul olunduğunu deyən E.Səmədov bildirib ki, bu sənəd beynəlxalq hüquq normaları əsasında hazırlanıb. Sənəddə terrorizmə qarşı mübarizə nəzərdə tutulub. Strategiya dəniz və hava qüvvələri tərəfindən icra olunan əsas sənəddir. Bu sənəd ölkənin müdafiə sahəsinin daha da inkişaf etdirilməsinə yönəlib.
E.Səmədov qeyd edib ki, regionda ən böyük hərbi qüvvəyə malik Azərbaycan NATO-nun üzvü olan bir sıra ölkələrin təcrübəsini öyrənib və bu proses davam edir. Ölkədə müdafiə sahəsində islahatlar NATO standartlarına uyğun həyata keçirilir. Bu tədbirlər zamanı həm də vacib proseslərə start verilib, xüsusilə də korrupsiyaya qarşı mübarizə sahəsində mühüm irəliləyişlərə nail olunub.
Bolqarıstan Elmlər Akademiyasının Təhlükəsizlik və Müdafiə İdarəçiliyi Mərkəzinin rəhbəri, keçmiş müdafiə naziri Todor Taqayev “Müdafiə idarəçiliyi sahəsində islahatlar və bütövlüyün qurulması” mövzusunda çıxış edib. O bildirib ki, hazırda regionda əsas məsələ Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır. Hər iki ölkə NATO-nun müdafiə sahəsində dəstəyini alıb. Todor Taqayev vurğulayıb ki, Silahlı Qüvvələrdə islahatlar davamlı olmalıdır. Əks halda bu, gələcəkdə həmin qüvvələrin vəzifələrini normal yerinə yetirməsinə mane olacaq. Todor Taqayev müdafiə sektorunda dürüstlüyün təmin olunmasının vacibliyinə toxunub.
Sessiya işini müzakirələrlə davam etdirib.
NATO PA-nın Müdafiə və Təhlükəsizlik Komitəsinin baş məruzəçisi Yulio Miranda Kalhanın moderatorluğu ilə keçirilmiş “Krım böhranı: Cənubi Qafqaz üçün nəticələri” mövzusunda sessiyada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” və Rusiya məsələləri üzrə tədqiqat proqramının direktoru Arkadi Moşez Ukraynada baş verən prosesləri təhlil edib və bu hadisələrin digər ölkələrə təsirindən danışıb.
Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov Ukraynada baş verən hadisələrin regiona təsiri haqqında məlumat verib. O, bildirib ki, bu böhran Ermənistanın Avropaya inteqrasiya prosesini dayandırıb. Bu hadisə zamanı da biz Azərbaycana qarşı ikili standartlarla yanaşmanın bir daha şahidi olduq.
Avropa Siyasəti Məsələləri Mərkəzinin nümayəndəsi, siyasi təhlilçi Amanda Paul Ukraynada baş verən proseslərin yaratdığı siyasi nəticələrdən danışıb. O, çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasındakı uğurlu əməkdaşlığı xüsusi qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Amanda Paul bu münaqişədən bəzi qüvvələrin regionda vasitə kimi istifadə etdiyini bildirib. O vurğulayıb ki, Cənubi Qafqazla bağlı vahid strategiya olmalıdır.
“Gürcüstanın Avratlantik yolu: Perspektivlər və qalan çağırışlar” mövzusunda sessiya NATO PA-nın Alyansın tərəfdaşları alt komitəsinin məruzəçisi Pasa Yukneviçenenin moderatorluğu ilə keçirilib.
Sessiyada Avropa və Avratlantik İnteqrasiya üzrə dövlət nazirinin birinci müavini David Dondua Gürcüstan-Rusiya münasibətlərindən danışıb.
Gürcüstan İnstitutunun ictimai məsələlər məktəbinin hüquq və siyasət fakültəsinin nümayəndəsi Tornike Şaraşenidze Gürcüstanın NATO standartları çərçivəsində gördüyü işlər barədə məlumat verib.
“Enerji təhlükəsizliyi: Cənubi Qafqaz və Xəzər regionlarında yeni imkanlar” mövzusunda sessiya NATO PA-nın Aralıq dəniz və Yaxın Şərq Xüsusi Qrupunun sədr müavini Paolo Allinin moderatorluğu ilə keçirilib. Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Gülmirə Rzayeva Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışıb. O bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır.
G.Rzayeva iştirakçılara “Cənub” qaz dəhlizi, Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) layihələri haqqında məlumat verib, Azərbaycan qazının Avropa bazarlarına nəqlində bu layihələrin əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, TANAP layihəsinin davamı olaraq, Azərbaycandan ixrac olunan qazın Avropaya nəqli istiqamətində bir sıra yollar təklif olunsa da, nəticədə 2013-cü ildə “Şahdəniz” Konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik qaz kəməri layihəsini seçib. Eyni zamanda, Azərbaycanın gələcəkdə nəzərdə tutulmuş enerji layihələri barədə məlumat verilib.
Enerji məsələləri üzrə baş təhlilçi Xristov Van Aqt çıxışında Xəzər regionunun neft bazarına verdiyi töhfədən danışıb. O, qeyd edib ki, çoxtərəfli əməkdaşlıq Xəzərin səciyyəvi xüsusiyyətidir.
Sessiyanın sonunda müzakirələr keçirilib. Müzakirələrdə vurğulanıb ki, NATO boru kəmərlərinin təhlükəsizliyinin təminatında rol oynaya bilər. Çünki bu layihələrdən ən çox yararlanan da məhz NATO-ya üzv ölkələrdir. Vurğulanıb ki, Ermənistan da bu enerji layihələrində iştirak edə bilərdi. Lakin bu ölkənin işğalçı siyasəti Ermənistan tərəfini həmin layihələrdən yararlanmaqdan məhrum edib.
NATO PA-nın 86-cı Rouz-Rout seminarı iyunun 18-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

