Türkdilli Ölkələrin Parlament Assambleyasının növbəti iclası Qazaxıstanda keçiriləcək
14.06.2014 [10:38]
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) növbəti iclası Qazaxıstanda keçiriləcək.
AzərTAc xəbər verir ki, bu barədə iyunun 13-də Bakıda TürkPA-nın V plenar iclasının yekunları ilə bağlı keçirilmiş brifinqdə məlumat verilib.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək TürkPA-ya üzv dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, birgə səylər nəticəsində qurumun fəaliyyət istiqamətləri daha da genişləndirilməlidir.
Cəmil Çiçək vurğulayıb ki, fərqli coğrafi mövqelərdə yerləşsək də əlaqələrimiz tarixi köklərə söykənir. TürkPA bu əlaqələri daha da möhkəmləndirmək, ortaq dəyərlərimizi gələcək nəsillərə ötürmək kimi vacib bir vəzifəni öz üzərinə götürüb. O, qeyd edib ki, TürkPA dövlət başçılarının zirvə görüşlərində aldıqları ortaq qərarları parlamentlər səviyyəsində daha da gücləndirmək və xalqı təmsil edən insanlar olaraq bu qərarların tezliklə reallaşdırılması məqsədilə iradə birliyini ortaya qoymaq üçün münbit şərait yaradır.
Türkiyə Böyük Millət Məclisinin sədri Qazaxıstanda reallaşacaq iclasa qədər V iclasda verilən tövsiyələrin böyük bir qisminin yerinə yetiriləcəyinə və bu qurumun daha da təkmilləşəcəyinə əmin olduğunu deyib.
Qırğızıstan Respublikası Jogorku Keneşinin sədri Asilbek Jeenbekov tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. O, məlumat verib ki, iclasda çox əhəmiyyətli qərarlar qəbul edilib, maraqlı müzakirələr aparılıb. Türkdilli ölkələr arasında əlaqələrin gücləndiyini və dərinləşdiyini deyən sədr TürkPA-nın fəaliyyətinin xalqlarımız arasındakı münasibətlərin daha da sıxlaşmasına gətirib çıxaracağını qeyd edib.
Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Kabibulla Djakupov vurğulayıb ki, TürkPA-nın fəaliyyəti gələcəkdə daha da genişlənəcək. O, deyib ki, qurumda fəaliyyət göstərən komissiyalara ekologiya komissiyası da daxil edilib. Gələcəkdə türkdilli ölkələrin Xəzər dənizinin ekoloji vəziyyəti mövzusunda məsələlər də müzakirə olunacaq.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov qeyd edib ki, TürkPA-nın artıq ikinci dövrü başlayır. Birinci dövrdə qurum olduqca böyük nailiyyətlər əldə edib. Çox yaxında TürkPA-nın tərkibi daha da artacaq.
Oqtay Əsədov V plenar iclasın çox səmərəli keçdiyini bildirib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadilələri aparıldığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19

