Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib
03.05.2014 [10:04]
Dünən Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.
Gündəlik təsdiqləndikdən sonra cari məsələlər müzakirə olunub. Müzakirələr zamanı Oqtay Əsədov bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamə icra olunmalıdır. Milli Məclisin sədri ATƏT-in Minsk Qrupunun qurumun Parlament Assambleyasında hesabat verməsi təklifini irəli sürüb, bu məsələnin təşkilatın Bakıda keçiriləcək sessiyasının gündəliyinə, yaxud gələcək iclaslarının birinə salınmasının vacibliyini diqqətə çatdırıb. Təklif deputatlar tərəfindən qəbul olunub.
Deputatlar Beynəlxalq Şəffaflıq Təşkilatının Milli Məclislə bağlı yaydığı hesabata da münasibət bildiriblər. Qeyd edilib ki, təşkilatın Milli Məclis haqqında yaydığı hesabatın heç bir əsası yoxdur və Azərbaycanın qanunverici orqanına qarşı belə sənədlə çıxış etmək qərəzli mövqedir.
Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıb. Əvvəlcə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında qanun layihələri müzakirə edilib.
Bildirilib ki, 20 maddədən ibarət olan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsi 2009-cu il yanvarın 26-da Bonn şəhərində imzalanıb. Nizamnamə davamlı inkişaf naminə bərpa olunan enerji mənbələrindən geniş istifadəni və bu istiqamətdə təbliğatın aparılmasını nəzərdə tutur.
Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət-Prosessual məcəllələrində, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılıb) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılıb) əşyaların siyahısı haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılıb.
İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə əsasən bu Məcəllənin 151. 4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər 1 il ərzində 20 və daha çox bal topladıqda inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.
“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II hissəsinin birinci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatına) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və elektron ünvanını, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları 3 gün ərzində yeniləməlidirlər. Əks halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsi ilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.
Sonda “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi ikinci və üçüncü oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin yaz sessiyasının növbəti iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

