Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

24.04.2014 [09:15]

Azərbaycan Respublikasında səfərdə olan İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyonun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Paylaş:
Baxılıb: 896 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31