Paytaxtımız günü-gündən müasirləşir
13.03.2014 [14:40]
“Sovetski” adlanan ərazidə həyata keçiriləcək quruculuq işləri Bakının müasir görkəminə əlavə gözəllik qatacaq
İnkişafın yeni mərhələsinə daxil olan Azərbaycanda infrastrukturun yenidən qurulması istiqamətində iri layihələrin həyata keçirilməsi son illər daha geniş vüsət alıb. Bakı şəhərində və ölkənin bütün regionlarında sosial infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi ilə yanaşı, ən müasir standartlara cavab verən elm, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman obyektlərinin inşası, hündürmərtəbəli yaşayış binalarının, hotel komplekslərinin tikintisi, park və istirahət komplekslərinin, xiyabanların yaradılması istiqamətində silsilə tədbirlər həyata keçirilməkdədir. Məhz bu tədbirlərin nəticəsidir ki, ölkənin hər bir bölgəsi başdan-başa gözəlləşir, yaşıllıqlara bürünmüş ətraf ərazilər füsunkar gözəlliyi ilə insana zövq verir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, “Sovetski” adlanan ərazidə nəzərdə tutulan yenidənqurma və abadlıq işləri də şəhərimizin müasir görkəminə əlavə gözəllik qatacaq. Artıq bununla bağlı müəyyən layihələr, fikir və təkliflər də mövcuddur. Məsələn, dünyanın müxtəlif yerlərində çoxsaylı landşaft və park layihələrinin müəllifi memar Laura Peretti Bakının mərkəzində parkın yaradılması ilə bağlı maraqlı layihə təqdim edib. Onun sözlərinə görə, təklif etdiyi park özündə kəsişən avtomobil yollarından uzaq yaşıl zona yaratmağı nəzərdə tutur. Bu da şəhərin yeraltı və yerüstü hissələri arasında əlaqəni təmin edən yeraltı yol şəbəkəsi sayəsində mümkündür. Bu şəbəkə bəzi yolların genişləndirilməsini, eləcə də, yeraltı yolların inşasını nəzərdə tutur. “Bu, şəhərin səs-küyündən, necə deyərlər, qaçıb gizlənməyə imkan verən əsl təbii parkdır və bu məkan daha çox Nyu-York Mərkəzi Parkına bənzəyir. Mən bu parkı şəhərin “yaşıl ağciyərləri”nə bənzədərdim” - deyə memar vurğulayıb.
L.Peretti onu da deyib ki, sözügedən ərazidə hər hansı hündür bina inşa olunmayacaq. Layihənin strategiyasında ərazidə mövcud olan və Azərbaycanın memarlıq abidələri hesab olunan tikililərin, eləcə də artıq inşasına başlanmış tikililərin qorunub saxlanması nəzərdə tutulur. Nəhayət, Təzə Pir məscidinə açılan geniş ərazi sayəsində məscidi, hətta uzaqdan seyr etmək imkanı yaranacaq. Yeganə yeni tikinti böyük Azərbaycan ənənələri ruhunda “Şəbəkə” olacaq. Bu “Şəbəkə” uzun örtülü iki səviyyəli qalereya şəklindədir, bura geniş parkinq, bar, fitnes klub, uşaqlar üçün oyun meydançaları, mədəniyyət mərkəzləri, mağazalar və digər xidmətlər daxildir. Şəhər və park arasında keçid rolunu oynayan, Alov Qüllələri ilə İnşaatçılar prospektini vizual şəkildə birləşdirən “Şəbəkə” həmçinin, Bakının gecə həyatının mərkəzinə çevrilə bilər. Yuxarıdan baxanda “Şəbəkə” gecə işıqlarının nurunda böyük parlaq xalçaya bənzəyəcək.
Beləliklə, göründüyü kimi, şəhərin köhnə məhəlləsi müasirliklə əvəzlənəcək. Bu isə indiyə qədər həyata keçirilən işlərin davamı kimi dəyərləndirilə bilər. Axı, məhz həyata keçirilən işlərin nəticəsində Azərbaycan paytaxtının siması az qala hər gün dəyişir - gözəlləşir, müasirləşir. Köhnə binalar, obyektlər bərpa olunur, yeniləri tikilir, paytaxt sürətlə inkişaf edir.
Bakı şəhərinin bütün kənd və qəsəbələrinin istirahət, mədəniyyət, turizm obyektlərinin yenidən qurulmasını daim diqqət mərkəzində saxlayan dövlət başçısı İlham Əliyev bu istiqamətdə davamlı tədbirlərin görülməsi üçün büdcə ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitlərinin ayrılmasına qərar verir. Dövlət başçısının bu diqqət və qayğısının nəticəsidir ki, bu gün paytaxtımızda ən orijinal tikinti layihələri həyata keçirilir, sosial infrastruktur obyektləri yaradılır, zövqoxşayan istirahət kompleksləri istifadəyə verilir. Bakının bütün prospekt və küçələrinin kənarında və ətrafındakı binaların, park və mədəniyyət ocaqlarının müasir, zövq oxşayan forma və üslubda bərpası, yenidən qurulması işləri davam etdirilərkən həm milli ornamentlər və arxitektura normaları, həm də şəhərsalmanın ən modern üslubları tətbiq olunur.
Bir sözlə, Bakı mükəmməl panoramı ilə ölkə vətəndaşlarının və turistlərin zövqünü oxşayır. Abadlıq işlərinin aparılması göstərir ki, Bakı nəinki öz gözəlliyini qoruyub saxlayır, həm də dünyanın ən zövqlü şəhərinə çevrilir. Bütün bu yenidənqurma işləri paytaxtın simasının dəyişməsinə səbəb olmaqla yanaşı, insanların daha da rahatlığı və istirahəti üçün əlverişli imkanlar açır. “Sovetski” adlanan ərazidə həyata keçiriləcək quruculuq işləri isə Bakımızı daha da gözəlləşdirəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

