Azərbaycanda insan hüquq və azadlıqları təmin olunur
28.02.2014 [09:24]
Prezident İlham Əliyev: Bizdə mətbuat azadlığı, vicdan azadlığı, bütün siyasi azadlıqlar var
Məlum olduğu kimi, Azərbaycan demokratiya dəyərləri əsasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçən və bu yolda inamla irəliləyən bir ölkədir. Xatırladaq ki, hələ 1993-cü ildən etibarən ölkədə baş verən sosial-siyasi dəyişikliklər, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi, iqtisadi, sosial və digər sahələrdə struktur islahatları Azərbaycanda yeni siyasi-iqtisadi formasiyaya keçidi sürətləndirdi. Bu isə onu deməyə əsas verir ki, ölkəmiz demokratik inkişaf yoluna məhz Ulu öndərin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Yəni, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi cəmiyyət həyatının bütün sferalarını əhatə edir.
Müstəqilliyin ilk dövrlərində bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycan hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda yüksək nailiyyətlər əldə edib. Ulu öndərin birbaşa rəhbərliyi ilə hazırlanan və 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarının, qanunun aliliyinə əsaslanan dövlət quruculuğunun möhkəm hüquqi təməlinə çevrildi. Burada təsbit olunan vətəndaşların genişspektrli hüquq və azadlıqları Azərbaycanın demokratiya quruculuğu sahəsində inamlı mövqeyini ortaya qoydu. Beləliklə, Konstitusiyanın müddəalarında əksini tapan fikir, söz, vicdan azadlıqlarının, sərbəst toplaşmaq hüququnun reallığa tətbiqi sayəsində Azərbaycanda fikir plüralizmi, siyasi mövqe müxtəlifliyi təmin olunub.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev vətəndaşların ən müxtəlif hüquq və azadlıqlarının qorunmasına böyük diqqət yetirir. Dövlət başçısının çıxışlarının birində söylədiyi kimi: “Bizdə mətbuat azadlığı, vicdan azadlığı, bütün siyasi azadlıqlar var”.
Demokratiya və söz azadlığının göstəricisi olaraq, bu gün Azərbaycanda müxtəlif siyasi mövqeli partiyalar, QHT-lər, çoxlu sayda müstəqil və müxalifyönlü mətbuat orqanları fəaliyyət göstərir. Demokratik əsasda keçirilən seçkilər vasitəsilə vətəndaşlar ölkənin idarə olunmasında iştirak edən real qüvvəyə çevrilib. Bir sözlə, yaradılmış demokratik və plüralist siyasi mühit ölkədə siyasi mədəniyyətin formalaşmasına, siyasi mübarizənin sivil formalarının genişlənməsinə şərait yaradır.
Demokratik cəmiyyət quruculuğu prosesinin tərkib hissəsi kimi respublikada fikir və söz azadlığı da təmin olunub. Bunun ən bariz göstəriciləri olaraq, KİV üzərində senzuranın ləğv edilməsini, mətbuat orqanlarının maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün görülən çoxsaylı işləri vurğulamaq olar. Daha doğrusu, 1998-ci ildən etibarən kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının tamamilə aradan qaldırılmasından, KİV-in azad fəaliyyətinin təmin olunması üçün bir sıra qanunların qəbulundan sonra bu sahədə formalaşan mühit onu deməyə əsas verir ki, Azərbaycanda fikir və söz azadlığı mövcuddur. Bu o deməkdir ki, ölkədə hər bir mətbuat orqanı, yaxud kütləvi informasiya vasitəsi jurnalist etikası çərçivəsində istənilən məlumatı yaya bilər. Qeyd olunduğu kimi, Azərbaycanda mövcud olan hüquqi şərait də vətəndaşların fikir və düşüncələrini sərbəst ifadə etməsi üçün geniş imkan yaradır. Belə ki, Konstitusiyanın 50-ci maddəsinin 1-ci bəndində deyildiyi kimi, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Konstitusiyada, həmçinin, “irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğatın” yol verilməzliyi də öz əksini tapıb. Bundan başqa, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” və digər qanunlarla ölkədə media qurumlarının sərbəst şəkildə yaradılması və fəaliyyəti təmin edilib.
Qanunların, hüquqi bazanın mövcudluğu söz və fikir azadlığı üçün lazım olan birinci şərtdirsə, onun reallıqda təmin olunması səviyyəsi bir o qədər əhəmiyyət daşıyan digər bir mühüm məsələdir. Bugünkü Azərbaycan reallığına nəzər saldıqda ölkədəki çoxsaylı mətbuat orqanlarının müxtəlif yönlü informasiyalar, müəllif rəyləri təqdim etdiyini görmək olar. KİV-dəki bu rəngarənglik, əslində, demokratiyanın çox vacib şərti olan fikir plüralizminin bir göstəricisidir. Cəmiyyətdəki müxtəlif düşüncə və mövqelərin işıqlanması baxımından söz, fikir, mətbuat azadlığı olduqca vacibdir. Fikir çoxluğu insanlara cəmiyyət içərisində, həmçinin, mətbuatda müxtəlif məsələlərə fərqli yanaşmalar sərgiləməyə imkan verir.
Ölkədə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlərin reallaşması istiqamətində ötən əsrin 90-cı illərindən etibarən BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, habelə, aparıcı dövlətlərin təcrübəsindən istifadə olunur. Azərbaycanın insan haqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsinin və Avroatlantik qurumlarla konstruktiv əməkdaşlığının göstəricisi kimi, insan hüquqları sahəsində islahatların həyata keçirilməsi ölkəmizin xarici əlaqələrinə, xüsusən də, beynəlxalq təşkilatlarla münasibətlərinə böyük təsir göstərib.
Bundan əlavə, bələdiyyələrin, milli ombudsman aparatının yaradılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə və Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, eləcə də, digər bu kimi addımlar Azərbaycanda hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir.
Azərbaycanda vicdan azadlığı da təmin olunub. Bu səbəbdən də, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri özlərini sərbəst hiss edirlər. Hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşımaqla bərabər, xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə müəyyənləşdirilir. Qeyd edək ki, Azərbaycandakı tolerant mühit, sosial sabitlik beynəlxalq ictimaiyyətin də maraq dairəsindədir. Ölkəmizdəki stabil çoxmədəniyyətlilik və çoxkonfessiyalılıq mühiti, dövlət-din münasibətlərinin qurulması bir çox xarici ekspertlər, dövlət rəsmiləri tərəfindən nümunəvi model kimi qiymətləndirilir.
Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasının, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. Son illərdə korrupsiyaya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir.
Demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, vətəndaş cəmiyyəti quruculuğu prosesi ölkədə uğurla irəliləyir. Bu gün Azərbaycanda sürətlə artan vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı dövlətin artan dəstəyini hiss edir. Azərbaycanda QHT-lərin fəaliyyətinə verilən önəmin bariz göstəricilərindən biri bəzi dövlət strukturlarının müxtəlif tədbirlərin həyata keçirilməsində onlarla əməkdaşlıq etməsidir. Bundan əlavə, QHT-lərə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə də daim dövlət qayğısı göstərilir. Hər il QHT-lərin müxtəlif sahələr üzrə həyata keçirmək istədiyi layihələrə dövlət tərəfindən qrantlar ayrılır. Bu isə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin, qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi daşıyır.
Beləliklə, demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xətti ilə irəliləyən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla addımlayır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10

