/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Avropa Təlim Fondunun gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Avropa Təlim Fondunun gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
22.02.2014 [13:26]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Təlim Fondunun (ATF) Azərbaycan üzrə yeni meneceri Franka Krestanini və Fondun nümayəndəsi Arjen Deiji ilə görüş keçirilib. Nazirlikdən verilən məlumata görə, görüşdə nazir Səlim Müslümov vurğulayıb ki, son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində sosialyönümlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunmuş milli iqtisadiyyatımız formalaşıb. “Qazanılmış uğurların daha da möhkəmləndirilməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafının sürətlənməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması nəticəsində ölkədə yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, eyni zamanda, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib”- deyən nazir ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində icra olunan layihələrin də Azərbaycanda əmək və sosial müdafiə sahəsində mütərəqqi islahatların aparılmasında mühüm əhəmiyyət daşıdığını bildirib.
Avropa İttifaqının bir agentliyi kimi fəaliyyət göstərən ATF-nun Şərq Tərəfdaşlığı ölkələrində, o cümlədən, Azərbaycanda uğurlu iş təcrübəsinə malik olduğunu qeyd edən S.Müslümov Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər aidiyyatı qurumlar, sosial tərəfdaşlar və biznes cəmiyyətinin nümayəndələri ilə sıx əməkdaşlığının ölkədə peşə təlimi sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması sahəsində aparılan islahatlar üçün önəmli dəstək olduğunu deyib. Nazir bildirib ki, ölkənin iqtisadi tərəqqisinə, müasir texnologiyaların daim genişlənən tətbiqi proseslərinə uyğun olaraq əmək potensialının keyfiyyətcə yüksədilməsi və işçi qüvvəsinin rəqabətqabiliyyətinin əmək bazarının tələbləri səviyyəsinə çatdırılması əsas prioritetlərdən biridir.
Görüşdə əmək bazarının peşə təhsili və təlimi sisteminə olan tələblərinin iqtisadiyyatın sahələrinin daha geniş şəkildə əhatə olunması ilə müəyyənləşdirilməsi, Milli İxtisas Çərçivəsinə müvafiq olaraq Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması üzrə məsləhətləşmələrlə əlaqədar gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17

