Azərbaycanda turizmin inkişafı regionlarda infrastrukturun tərəqqisini də təmin edir
30.12.2013 [09:23]
Prezident İlham Əliyev: Daxili turizm çox sürətlə inkişaf edir. Ancaq biz çalışmalıyıq ki, xarici qonaqlar da bu imkanlardan istifadə etsinlər
Məlum olduğu kimi, zəngin mədəni-tarixi irsə və təbii sərvətlərə malik Azərbaycanda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Eyni zamanda, turizmi ölkəmizin qeyri-neft sektorunda prioritet sahələrdən biri hesab edən Azərbaycan dövləti bu sahənin inkişaf etdirilməsinə xüsusi önəm verir. Sözsüz ki, Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi regionların infrastruktur cəhətdən inkişafını da təmin edir. Bakıdan sərhədə qədər bütün rayonlarda - Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında müasir turizm obyektləri, mehmanxanalar, kempinqlər, istirahət zonaları tikilməkdədir, infrastruktur yenilənir ki, bu proses də daxili və xarici turizmin inkişaf etdirilməsi istiqamətində mühüm addımdır.
Təbii ki, turizmin inkişafı öz növbəsində ölkəmizdə hotel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Məhz buna görə də, paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da müasir turizm obyektlərinin inşası üçün yerli və xarici iqtisadi qurumlara əlverişli investisiya mühiti yaradılıb. Bu baxımdan, respublikanın şimal-qərb bölgəsində bir sıra mühüm strateji obyektlər, beynəlxalq tələblərə cavab verən hotellər istifadəyə verilib. Xəbər verildiyi kimi, dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində “Şahdağ”, “Pik Palas” hotellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. Həmçinin, dövlətimizin başçısı və xanımı “Şahdağ” qış-yay turizm kompleksində tikintisi başa çatmaq üzrə olan yeni beşulduzlu hoteldə aparılan tikinti-quraşdırma işləri ilə də tanış olublar. Açılış mərasimində çıxış edən dövlət başçısı “Şahdağ” kurortunun yaradılmasının Azərbaycanda turizmin inkişafına xidmət göstərdiyini deyib: “Deyə bilərəm ki, dünya miqyasında, Avropada dağ xizəyi kurortları arasında “Şahdağ” artıq öz layiqli yerini tutub. Daxili turizm çox sürətlə inkişaf edir. Ancaq biz çalışmalıyıq ki, xarici qonaqlar da bu imkanlardan istifadə etsinlər. Onsuz da Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Əminəm ki, qış kurortlarına da xarici qonaqlar gələcəklər. Eyni zamanda, deyə bilərəm ki, bu layihə Qəbələ rayonunda da dağ xizəyi kurortunun yaradılmasına təkan vermişdir. Orada da artıq kurort hazırdır və xizək idman növündən istifadə etmək mümkün olacaqdır”.
Qeyd etmək lazımdır ki, Azərbaycanda turizm sahəsində reallaşdırılan ən böyük layihələr sırasında “Şahdağ” qış-yay turizm kompleksinin yaradılması özünəməxsus yer tutur. “Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanın tarixində ilk dağ-xizək kurortudur. Sözügedən layihənin reallaşdırılması ölkədə dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Kompleksin tikintisi çərçivəsində ərazidə yeni hotellər şəbəkəsinin yaradılmasına xüsusi önəm verilib. İnşası başa çatdırılan hotellərdə yaradılan şərait təsdiqləyir ki, son illərdə ölkəmizdə həyata keçirilən ən böyük infrastruktur layihələrindən olan bu kompleksin dünya standartlarına uyğun hazırlanması diqqət mərkəzindədir. “Şahdağ” qış-yay turizm kompleksinin inşası eyni zamanda, Azərbaycanda prioritet hədəflərdən olan qeyri-neft sektorunun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, ölkəmizdə turizm sənayesinin inkişafına mühüm töhfə verməklə yanaşı, həm də Azərbaycanın tanıdılması, qədim tariximizin, mədəniyyətimizin və bənzərsiz təbiətimizin təbliği istiqamətində atılan mühüm addımlardan biridir. Bütün bu amillər “Şahdağ” qış-yay turizm kompleksinin dünya turizm sənayesində əhəmiyyətini daha da artırır.
Bununla yanaşı, “Şahdağ” kurort mərkəzinin dünya standartlarına cavab verməsinə nail olmaq ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhalinin yeni iş yerləri ilə təmin olunmasında birbaşa rol oynayacaq.
Qeyd etmək yerinə düşər ki, şimal bölgəsinə səfəri çərçivəsində dövlət başçsısı Qubada “Rixos Quba Azerbaijan” otel kompleksinin açılışında da iştirak edib. Rayonda 2011-ci ilin aprelində tikintisinə başlanan və artıq istismara hazır olan “Rixos Quba Azerbaijan” otel kompleksi də həmin istiqamətdə atılan addımlardan biridir. Ölkəmizdə bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Rixos Quba Azerbaijan” oteli təkcə Quba rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Otel mükəmməl infrastruktura malikdir.
Beləliklə, qeyd etdiyimiz kimi, turizmi ölkəmizin qeyri-neft sektorunda prioritet sahələrdən biri hesab edən Azərbaycan dövləti bu sahənin inkişaf etdirilməsinə xüsusi önəm verir. Turizmin inkişaf etdirilməsi sahəsində xüsusi dövlət proqramlarının reallaşdırılması da bunu bir daha təsdiq edir. Belə ki, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində ölkəmizdə turizmin inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib. Həmçinin, Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədi ilə ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü tədbirlər həyata keçirilib. Bunlardan “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”ı xüsusi əhəmiyyətə malikdir. Bununla yanaşı, Prezident İlham Əliyev ölkəmizin sürətli inkişaf tempini və həmin il bir neçə böyük infrastruktur layihələrin tamamlanmasını nəzərə alaraq, 2011-ci ili “Turizm ili” elan edib.
Yeri gəlmişkən, “Şahdağ” qış-yay turizm kompleksində sözügedən hotellərin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev sözügedən layihənin ölkəmizin turizm sektoruna qoyulan ən böyük sərmayə olduğunu da vurğulayıb. Dövlət başçısı kompleksin tikintisinin iqtisadi, sosial sahədə əhəmiyyətinə diqqət çəkib: “Bu, eyni zamanda, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı deməkdir. Bu kurortun fəaliyyətə başlaması yüzlərlə, gələcəkdə isə minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaqdır. Burada fəaliyyət göstərən qurumlardan tələbim və xahişim ondan ibarətdir ki, yerli insanları bu işlərə daha çox cəlb etsinlər, Qusarda və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunsunlar. Yəni, bu kurortun yaradılması bir neçə məqsədi güdür. Bu, bizə qeyri-neft sektorunun, turizmin inkişafı, ölkəmizi dünyada daha da dolğun şəkildə tanıtmaq imkanlarını yaradır”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50

