Azərbaycan 2013: İqtisadi uğurlar
28.12.2013 [09:28]
Azərbaycanda həyata keçirilən mükəmməl makroiqtisadi siyasət yola saldığımız 2013-cü ildə inkişaf dinamikasının sürətlənməsinə səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və mükəmməl iqtisadi strategiya nəticəsində ölkəmizdə islahatların davamlılığı təmin edilib. Onu qeyd etmək gərəkdir ki, yola saldığımız 2013-cü il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildi və bununla bağlı Tədbirlər Planı hazırlandı və həyata keçirildi. “İKT ili” Azərbaycan üçün uğurla başlandı və 2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin həyatında çox əlamətdar, tarixi bir gün, böyük nailiyyət oldu. “Azərspace”in orbitə çıxarılması Azərbaycanın kosmik ölkə olduğunu təsdiqlədi və telekommunikasiya peykinin fəzaya buraxılmasından sonra ölkənin bütün ərazisində internet, beynəlxalq telefon danışıqları, televiziya yayımı və peyk xidmətlərinin keyfiyyətinin yüksəlməsi, qiymətlərin aşağı düşməsi üçün güclü zəmin yarandı.
ÜDM-in həcmi 67 milyard dollara çatıb...
Azərbaycan hökuməti nəzərdə tutulan bütün hədəflərin yerinə yetirilməsinə müvəffəq olub, qarşıdakı dövr üçün sürətli inkişafın davamlılığına əlverişli zəmin yaradıb. 2013-cü ilin ötən 11 ayının makroiqtisadi göstəricilərinin təhlilinə əsasən deyə bilərik ki, yola saldığımız il 2012-ci illə müqayisədə iqtisadiyyatın dinamik inkişafı baxımından əlamətdar il olub. İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul (ÜDM) 2013-cü ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 52,1 milyard manata çatıb. Bu, dollar ekvivalenti ilə 67 milyard dollar vəsaitdir və böyük maliyyə göstəricisi sayıla bilər. ÜDM-in çəkisində qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının payı yüksəlməkdə davam edir. Bu isə onu göstərir ki, Azərbaycan iqtidarının neft gəlirlərinin neftdən kənar sahələrin inkişafına yönəldilməsi ilə bağlı strateji planı öz müsbət nəticələrini verməkdədir. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 10 faizdən çox artıb və qeyri-neft sektoru iqtisadiyyatda dominant rol oynamaqla, gələcək inkişafın əsas iqtisadi təməllərindən biri olacağını şərtləndirir. Artıq bu mövcud tendensiya onu göstərir ki, respublikamızda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı siyasət çox uğurludur.
Sosial dövlət konsepsiyasının uğurlu nəticələri...
Azərbaycan cari ildə sosial sahədə də mühüm nailiyyətlərə imza atıb. Bu il iqtisadiyyatın bütün bölmələrində çalışan insanların gəlirlərində əhəmiyyətli artım baş verib, əməkhaqlarının, pensiya və müavinətlərin artımı davamlı xarakter alması ilə yadda qalıb. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlara əsasən, sentyabr ayından demək olar ki, bütün strukturlarda əməkhaqqı artırılıb. Əməkhaqqı artımı ilə bağlı sosial tədbirlər təxminən 3 milyona yaxın Azərbaycan vətəndaşını əhatə edib. Onların əksər hissəsi dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, təhsil sistemində (422 min nəfər) və səhiyyə sahəsində (təqribən 140 min nəfər) çalışanlardır. Həmçinin, əməkhaqlarının artırılması sosial təminat, mədəniyyət, elm, gənclər və idman sahələrində çalışanları əhatə edir. Təkcə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanları götürsək, bu, 700 min nəfəri əhatə edib. Beləliklə, 2003-cü ildən bəri 12-ci dəfə əməkhaqları artırıldı. Hazırda ölkədə orta aylıq əməkhaqqı 420 manatdan yuxarıdır. Son 10 ildə orta aylıq əməkhaqqı 6,6 dəfə artıb. Azərbaycan orta əməkhaqqı səviyyəsinə görə MDB-də Rusiya və Qazaxıstandan sonra üçüncü yerdə dayanır.
Maaş və pensiyaların məbləği artırılıb...
Sosial siyasət tədbirlərindən ən mühümü pensiyaların baza hissəsinin artırılaraq 100 manata çatdırılması oldu. Ölkə başçısının bu Sərəncamı ölkədə pensiya alan 1 milyon 209 min vətəndaşa şamil olunub. Onların ümumilikdə, əmək pensiyalarının baza hissəsi təxminən 17,6 faiz artırılıb. 2013-cü ildə sosial müavinətlər artırıldı. Belə ki, məcburi köçkünlərə yemək üçün verilən müavinətlər, həm də valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən, ailə başçısının itirilməsinə görə verilən müavinətlər və şəhid ailələrinə, milli qəhrəmanlara verilən müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Sosial müavinətlərin artımı 400 mindən çox şəxs, o cümlədən 540 min nəfər məcburi köçkünü əhatə etdi. Ümumilikdə isə, 940-950 min nəfər sosial müavinətlərin artırılmasından bəhrələnib. Bundan başqa, ölkə başçısının sərəncamları ilə yaşayış minimumunun məbləği ölkə üzrə 125 manata, ehtiyac meyarının həddi isə 100 manata çatdırıldı. Bu qərar aztəminatlı ailələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi deməkdir.
Ölkənin maliyyə imkanları yaxşılaşıb, təmkinli büdcə siyasəti yürüdülüb...
Cari ildə Azərbaycanın maliyyə qüdrəti daha da gücləndi və bunun real mənzərəsini büdcənin strukturunda görmək olar. Xərcləri 20 milyard manatı ötən və Cənubi Qafqazın ümumi büdcəsinin 77 faizini təşkil edən Azərbaycanın dövlət büdcəsinin əsas konseptual mahiyyəti respublikamızın sosial-iqtisadi inkişaf göstəriciləri və ümumi daxili məhsulun artım dinamikasının davamlılığını, ölkəmizin maliyyə sabitliyi və artım tempi ilə irəlilədiyini şərtləndirir. Respublikamızın ali maliyyə sənədi iqtisadiyyatın sosial məzmununu və investisiyayönümlülüyünü əhatə etməklə sosial-iqtisadi inkişaf, yüksək maddi rifah, ölkəmizin müdafiə potensialının və hərbi qüdrətinin artırılması, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi, məqsədli dövlət proqramlarının həyata keçirilməsinə mühüm maliyyə təminatı yarada biləcək. Eyni zamanda, hökumətin əlavə sahələrə, xüsusi olaraq sosial bölmələrə diqqət və qayğını artırmağa imkan vermiş olacaq. Həyata keçirilən güclü maliyyə siyasəti və iqtisadi inkişaf dinamikası, eyni zamanda, ixrac potensialının yüksək artımı respublikamızın maliyyə sabitliyinin möhkəmlənməsinə dərin zəmin yaradıb və eyni zamanda, valyuta gəlirlərinin çoxalmasını təmin edib. 2013-cü ilin əvvəllərindən başlayaraq ölkəmizin strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artmı baş verib və valyuta ehtiyatlarının həcmi 54 milyard dollara çatıb. Bu, orta inkişafa malik dövlətlərin müvafiq göstəriciləri sırasında ən yüksək göstəricidir. Eyni zamanda, MDB regionunda ən pozitiv inkişaf indikatorunun əlamətidir. Bu, ölkənin davamlı inkişafı üçün güclü zəmanətdir.
Milli enerji siyasəti: TAP və “Şahdəniz-2” layihəsi...
2013-cü ildə Azərbaycanın milli eneji siyasəti daha geniş və qlobal proseslərin fonunda zənginləşib, neft resurslarının diversifikasiyasının genişlənməsi və qaz bumunun başlanması ilə ölkəmizin iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə dərin əsaslar yaradıb. 2013-cü ilin iyun ayında Trans-Adriatik qaz kəməri (TAP) layihələrinə dair dövlətlərarası sazişlər imzalandı. “Şahdəniz-2” konsorsiumu ilə birgə qazın Qərbə nəqli üçün ən rentabelli, təhlükəsizlik, səmərəlilik və kommersiyaya baxımından TAP layihəsinin düzgün və yaxşı seçim olmasına qərar verildi. Bunun ardınca layihənin sürətləndirilməsində qərarlı olan tərəflər sentyabrın 18-də “Şahdəniz-2” layihəsinə sanksiya verdilər. Beləliklə, Azərbaycan və xarici neft-qaz kompaniyalarının qətiyyəti və siyasəti iradəsi nəticəsində regionun geosiyasi-iqtisadi xəritəsini dəyişən, enerji tarixinə qızıl hərflərlə yazılan ən mühüm hadisə baş verdi. Dekabrın 17-də isə dünyanın enerji tablosunda Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirən hadisə -”Şahdəniz” yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalandı. Cəmi 4-5 ay ərzində reallaşan bu faktorlar qaz resurslarının Avropa bazarlarına ixracı üçün “Cənub dəhlizi” digər boru kəmərlərinin çəkilişinin sürətləndirilməsi, digər qaz kəmərlərinin çəkilməsi və Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında liderliyi ələ alması baxımından mühüm geoiqtisadi əhəmiyyət kəsb etmiş olur.
Biznes mühiti yaxşılaşıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib...
Cari ildə sahibkarlığa dövlət dəstəyi tədbirləri gücləndirilib, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarların hüquqlarının etibarlı müdafiəsi ilə bağlı mühüm addımlar atılıb. Dövlət maliyyə fondları ilə yanaşı, bankların öz resursları hesabına sahibkarlığa kredit verilməsini stimullaşdıran mexanizmləri tətbiq edib, sahibkarların kredit institutlarına çıxışına əlverişli şərait yaradıb. Sahibkarlıq sektorunda dövlət-biznes münasibətlərinin təkmilləşdirilməsi məqsədilə iqtisadi qanunlara dəyişikliklər edilib, yeni hüquqi sənədlər qəbul olunub.
Ölkə başçısının bir neçə ay əvvəl imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Fərman sahibkarlıq fəaliyyətini təşviq etmək və inklişafına şərait yaratmaq, sahibkarlara kömək göstərmək, onlara əsassız müdaxiləni aradan qaldırmaq baxımından əhəmiyyət kəsb edir və dövlətin bizneslə əlaqədar məqsədlərini açıq şəkildə ortaya qoyur. Həmin sənəd xarici istehsalçı şirkətlərin əlverişli fəaliyyətini təmin edir, yerli və xarici investorların fəaliyyətinə geniş şərait yaratmaqla respublikamıza sərmayə qoyuluşlarının artmasına əlavə stimul yaradır. Dövlət sahibkarlara maliyyə dəstəyini artırmaqla yanaşı, onlara iqtisadi güzəştlər edir, stimullaşdırıcı vergi siyasəti həyata keçirir. Dövlət başçısının bir neçə gün əvvəl imzaladığı Sərəncama əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin tətbiqi bu sahədə ən mükəmməl siyasi-iqtisadi qərar hesab oluna bilər. Həmin qərarla aqrar sahədə çalışan sahibkarlar 2014-cü il yanvarın 1-dən daha 5 il müddətinə vergi ödənişlərindən azad olunublar. Xatırladaq ki, bu uzaqgörən siyasət 2001-ci ildən həyata keçirilir və vergilərin ləğv olunması nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçıları il ərzində təxminən 150-170 milyon manat vergi ödəməkdən azad olunurlar. Ötən 13 ildə vergi güzəştlərinin tətbiqi fermerlərə dövlət tərəfindən 1,4 milyard manat həcmində güzəşt deməkdir. Həmin vəsaitin təkrar istehsalın inkişafına yönəldilməsi isə istehsalın həcminin 4,4 dəfə artmasına səbəb olub.
2013-cü ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib...
Respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar 2013-cü ildə nüfuzlu iqtisadi tədqiqat mərkəzləri tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan yuxarı orta gəlirli, yüksək insan inkişafına malik olan ölkələr sırasına daxil edilib, regionun lider dövlətinə çevrilib. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz dünyada 46-cı, MDB məkanında isə 1-ci yerdədir. Respublikamız Dünya Bankının hazırladığı “Doing Biznes-2014” hesabatında biznesin vəziyyətinə görə, ilk dünya onluğuna daxil olub. “Standart & Poor’s”, “Moody’s” və “Fitch Ratings” kimi nüfuzlu reytinq agentlikləri tərəfindən isə Azərbaycanın reytinqi ardıcıl olaraq artırılıb və “BB+” investisiya reytinqi təyin edilib. Respublikamız Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkə kimi dəyərləndirilib.
Avropa Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, digər beynəlxalq qurumların dəstəyi əsasında Azərbaycanda biznes mühitinin vəziyyətini araşdırmaq məqsədilə aparılan monitorinq də ölkəmizin iqtisadi azadlıq səviyyəsinə görə, nikbin ölkələr qrupunda yer aldığını təsdiqləyir. Həmin sənəddə ölkəmizin biznes sektorunda müsbət dəyişikliklərin baş verdiyi, bir sıra göstəricilərin yaxşılaşdığı, ümumilikdə, respublikada iqtisadi fəallıqla bağlı nikbin gözləntilərin müşahidə edildiyi qeyd olunur.
Azərbaycan hazırda kredit reytinqinə görə, investisiya qabiliyyətinin yüksək olduğu ölkələr statusundadır. Respublikamızın beynəlxalq səviyyəli investisiya reytinqi var və bu, ölkəmizin beynəlxalq coğrafiyada potensial investor kimi imicinin möhkəmlənməsinə zəmin yaradır.
Aydın Hüseynov,
YAP Siyasi Şurasının üzvü,
YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

