Müdafiə Sənayesi Nazirliyi sisteminin işçiləri peşə bayramlarını qeyd ediblər
18.12.2013 [09:23]
Dekabrın 17-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının səkkizinci ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı günü ilə əlaqədar “Radioquraşdırma” zavodunda təntənəli mərasim keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə nazirliyin “Radioquraşdırma” zavodunun həyətində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Əməkdaşları peşə bayramı münasibətilə təbrik edən müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, müstəqillik dövründə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkənin müdafiəsini təmin edən ordunun hərbi-texniki bazasının gücləndirilməsi və kənardan asılılığın azaldılması məqsədilə müdafiə sənayesi kompleksinin yaradılması olub. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində bu gün peşə bayramını qeyd etdiyimiz Müdafiə Sənayesi Nazirliyində də qısa müddət ərzində çox böyük işlər görülüb. Nazirlik qarşısında qoyulmuş əsas məqsəd müəssisələrdə bərpa və yenidənqurma işlərinin aparılması, müasir növ silah və döyüş sursatlarının istehsalının mənimsənilməsi və onların seriyalı istehsalını təmin etmək üçün yeni istehsal sahələrinin yaradılması olub.
Nazir deyib ki, 2007-2013-cü illər ərzində müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədi ilə aparılan tikinti və yenidənqurma işləri nəticəsində 47-dən çox yeni istehsal sahəsi yaradılıb. Bunlardan 5-i 2013-cü ildə istifadəyə verilib.
MSN-in qarşısında qoyulmuş əsas prioritet istiqamətlərdən biri də tabeli müəssisələri ən müasir texnologiya və avadanlıqla təchiz etmək olub. Bu məqsədlə onlarla texnoloji xətlər, minlərlə müxtəlif dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılıb. Yeni yaradılmış istehsal sahələrində ölkənin Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin etmək üçün bütün imkan və şərait yaradılıb. Nəticədə 2013-cü ilin yekunlarına görə, istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi ötən illərlə müqayisədə dəfələrlə artıb. Bu il güc strukturları ilə bağlanmış müqavilələrin həcmi 2007-ci illə müqayisədə 33,5, 2010-cu illə müqayisədə isə 2,5 dəfə artıb. Böyük fərəh hissi ilə qeyd etmək lazımdır ki, artıq nazirliyin tabeli müəssisələrində təqribən 750-dən artıq müdafiə təyinatlı məhsul istehsal olunmaqdadır.
Nazir qeyd edib ki, dövlətimizin başçısının müvafiq sərəncamları ilə peşə bayramı günü ərəfəsində nazirliyin bir qrup əməkdaşı dövlət mükafatlarına layiq görülüb. Bütün bunlar Azərbaycan dövlətinin nazirliyin işçilərinə göstərdiyi diqqət və qayğının təzahürüdür.
Y.Camalov xüsusi vurğulayıb ki, ölkə rəhbərliyinin diqqət və qayğısını daim hiss edən Müdafiə Sənayesi Nazirliyi sistemində çalışan işçilər bundan sonra da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun yeni növ silah, hərbi texnika və döyüş sursatı ilə təmin olunması üçün bütün qüvvələrini səfərbər edəcəklər.
Digər çıxış edənlər də Müdafiə Sənayesi Nazirliyinin gördüyü işləri yüksək qiymətləndiriblər.
Sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə medallara və fəxri adlara layiq görülmüş əməkdaşlara mükafatlar təqdim edilib.
Sonda nazirliyin kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17

