Qiymətlərin tənzimlənməsi zəruridir
10.12.2013 [09:16]
Məlum olduğu kimi, bir neçə gün əvvəl Tarif Şurası bir sıra sahələr üzrə qiymət dəyişikliyi edib. Belə ki, ümumi istehlakda payı az olan Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzinlərinin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.
Tarif Şurası, həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə baxıb və müvafiq qərar qəbul edib. Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilib. Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilib. Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunəhaqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.
Tarif Şurasının iclasında, həmçinin, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin mövcud tarifləri yuxarı tarif həddi kimi təsdiq edilib, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tariflər əvvəlki səviyyədə (ƏDV daxil olmaqla 30 qəpik/kiloqram) saxlanılıb.
Tarif Şurasının qəbul etdiyi qərara münasibət bildirən millət vəkili Zahid Oruc deyib ki, bazar iqtisadiyyatı şəraitində qiymətləri tənzimləyən siyasət hər bir ölkədə həyata keçirilir: “Əslində, bunu hökumət nümayəndələri əvvəlcədən qeyd etmişdi”.
Millət vəkili qiymət artımı ilə bağlı Tarif Şurası tərəfindən verilən izahatın məqsədəuyğun olduğunu bildirib. Onun fikrincə, bu cür qiymət artımları dövlətin mənafeyi baxımından vacibdir. Z.Oruc rabitə tariflərinin azaldılmasının əhalinin maraqlarına xidmət etdiyini deyib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev isə bildirib ki, Azərbaycan dövləti hər zaman iqtisadiyyatın inkişafını, cəmiyyətin mənfəətini prioritet hesab edir. Onun sözlərinə görə, enerji daşıyıcılarının qiyməti dünya bazar qiymətinə mütənasib olmayanda, bu tendensiya ölkə iqtisadiyyatına öz mənfi təsirini göstərir. Digər tərəfdən, qiymət artımı həm də bu resurslardan daha qənaətlə və diqqətli istifadəyə yol açır. “2007-ci ildən bu yana yeni yaradılan yanacaq-enerji komplekslərinə böyük investisiyalar qoyulub, bu sahədə böyük işlər görülüb. Eyni zamanda, bizim əsas məqsədimiz qeyri-neft sektorundan büdcənin asılılığını azaltmaq, sənayenin inkişafını daha da sürətləndirməkdir. Bunların hamısı yanacağın qiymətinin dəyişməsinə zərurət yaradan səbəblərdir. Eyni zamanda, bizdə yanacağın qiyməti son 7 ildə sabit olaraq qalıb. Hazırda bu artım zəruridir. Ölkəmizdə müəyyən istiqamətlər üzrə qiymətlərin artımı hökumətdə ciddi təhlil olunur. Yəni, tarif məsələsinə dair qərarların əsasları var, müəyyən araşdırmalar nəticəsində belə qərarlar verilir” - deyə, T.Tağıyev vurğulayıb.
Təşkilat sədri qeyd edib ki, digər tərəfdən, dünyada ən çox büdcəyə vəsait ödəyən sahələrdən biri rabitədir: “Amma Tarif Şurasının qərarına əsasən rabitə tarifləri xeyli dərəcədə aşağı salınıb. Bu mənada rabitə tariflərinin aşağı salınması əhalinin maraqlarına uyğundur. Yəni qiymət tənzimlənməsi zəruridir və bu mütəmadi olaraq həyata keçiriləcək”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33

