/ / Azərbaycan cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutur
Azərbaycan cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutur
05.12.2013 [09:19]
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 4-də İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Ciampaolo Kutillo ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir səfiri təbrik edib, fəaliyyəti müddətində Azərbaycan-İtaliya əlaqələrinin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
Səfirə Daxili İşlər Nazirliyinin funksiyaları və fəaliyyət istiqamətləri, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızdakı gərgin ictimai-siyasi vəziyyət, həmin dövrdə Ermənistanın təcavüzü ilə kriminogen durumun daha da ağırlaşdığı barədə məlumat verilib, vətəndaş müharibəsi astanasında olan Azərbaycanın bu fəlakətdən xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və görülən qətiyyətli tədbirlər nəticəsində qurtulduğu, həmçinin 1996-cı ilin ortalarından başlayaraq sabitliyin bərqərar olduğu, əməliyyat şəraitinin tam nəzarətə götürüldüyü vurğulanıb.
Azərbaycanın və İtaliyanın dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini diqqətə çatdıran Ramil Usubov ötən il noyabrın əvvəllərində İnterpolun Baş Assambleyasının İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş 81-ci sessiyasında iştirakını, orada “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İtaliya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in imzalanmasını məmnunluqla xatırladıb, bu sənədin hər iki ölkənin analoji qurumları arasında əməkdaşlıq üçün yaxşı imkanlar açdığını bildirib.
Daha sonra daxili işlər naziri ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra beynəlxalq təşkilatların, inkişaf etmiş dövlətlərin, o cümlədən italiyalı mütəxəssislərin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Qeyd olunub ki, insan hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin və beynəlxalq hüquqi aktların müddəalarının daha dərindən öyrənilməsi məqsədilə Polis Akademiyasında insan hüquqları üzrə xüsusi kurs təşkil olunub. Əməkdaşların peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. Onlar müxtəlif xarici dövlətlərə təlimlər keçməyə göndərilir, təcrübəli beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə seminarlar, treninqlər, kurslar təşkil olunur. Son 4 ildə yalnız insan hüquqlarına dair ölkəmizdə və xarici dövlətlərdə keçirilən bu növ tədbirlərdə 1500-ə yaxın əməkdaş iştirak edib.
Nazir əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutduğunu bildirib, cinayətkarlıqla mübarizədə qazanılmış uğurların, sabitliyin dönməzliyinin təmin edilməsinin nəinki ölkə vətəndaşlarının, eləcə də əcnəbilərin təhlükəsiz şəraitdə yaşayıb işləmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayə yatırılmasına imkan yaratdığını vurğulayıb.
General-polkovnik Ramil Usubov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə ədalətli şəkildə həlli prosesinə verdiyi dəstəyə görə İtaliya tərəfinə minnətdarlığını bildirib.
Daxili işlər orqanlarının qarşılaşdığı problemlərdən də danışan nazir transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı növlərinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə, terrorçuluğa, qeyri-qanuni miqrasiyaya və insan alverinə qarşı mübarizənin tək bir dövlətin işi olmadığını, bu sahələrdə birgə mübarizə aparılmasının vacibliyini önə çəkib.
Səfir Ciampaolo Kutillo ətraflı məlumata görə minnətdarlığını bildirib, ölkələrimiz və xalqlarımız arasında bir sıra oxşar cəhətlərin mövcudluğunu xatırladaraq, Azərbaycanda özünü çox rahat və təhlükəsiz hiss etdiyini qeyd edib, əlaqələrin daha da dərinləşməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

