Bəşəriyyət üçün dialoqun 20 ili...
17.12.2025 [10:36]
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu keçirilib. 14-15 dekabrda “UNAOC: Bəşəriyyət üçün dialoqun 20 ili - Çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” şüarı ilə keçirilən forumda dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri, dini liderlər, eləcə də özəl sektor, gənclər, incəsənət, idman, akademik dairələrin təmsilçiləri və media nümayəndələri iştirak ediblər. Forum Alyansın yaranmasının 20 illiyinə və üçüncü onilliyə daxil olması münasibətilə davamlı sülhün təmin edilməsi istiqamətində gələcək fəaliyyət planının müəyyənləşdirilməsinə həsr olunub.
Forumda Azərbaycanı kimlər təmsil edib?
Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iştirak ediblər.
Forumun açılış mərasimində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud, BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya məsələləri üzrə xüsusi nümayəndəsi Migel Moratinos, İspaniyanın inklüzivlik, sosial təhlükəsizlik və miqrasiya naziri Elma Saiz Delqado və Tükiyənin keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımın çıxışları dinlənilib.
İki gün davam edən forum çərçivəsində təşkil olunan sessiyalarda “Çoxqütblü dünyada məsuliyyətli liderlik: inklüziv dialoq vasitəsilə çoxtərəfliliyin təşviqi”, “Bəşəriyyətə inam: dinlərarası dialoq sülhə və vahid bəşəriyyətə körpü kimi”, “Rəqəmsal reallıqlardan real dünyaya: dipfeyklərə, süni intellektlə idarəolunan dezinformasiyaya və yeni alqoritmlərlə gücləndirilmiş nifrətə qarşı mübarizə”, “İnsan ləyaqətinin qorunması və mənsubiyyətin təşviqi: miqrasiya hekayələrinin yenidən qurulması və şəhərlərin hamı üçün inklüziv məkanlar kimi yenidən düşünülməsi” və digər mövzular müzakirə edilib.
Şeyxülislam: Ölkəmiz işğaldan azad edilən Qarabağda dini-mənəvi irsi dirçəldir
Şeyxülislam A.Paşazadə İordaniya şahzadəsi Əlahəzrət Rim Alinin moderatorluq etdiyi “Bəşəriyyətə İnam: Dinlərarası Dialoq Sülh və Bir Bəşəriyyət yoluna aparan körpüdür” adlı plenar sessiyada çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-dualarını və ən xoş arzularını forum iştirakçılarına yetirən QMİ sədri A.Paşazadə BMT Sivilizasiyalar Alyansının iki onillik fəaliyyəti ilə özünü bəşəriyyətin mənafeyinə xidmət edən, qlobal problemlərin həllində dövlət, ictimaiyyət və din nümayəndələrinin birgə əməkdaşlığının inkişafına töhfə verən mühüm beynəlxalq platforma olaraq təsdiq etdiyini və qurumun sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə nailiyyətlərinin təqdirəlayiq olduğunu vurğulayıb.
Şeyxülislam, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışı əks etdirən dəyərli tarixi təcrübəyə, dinlərarası tolerantlıq, məzhəblərarası anlaşma modelinə malik Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O bildirib ki, Azərbaycanda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları Azərbaycan Prezidentinin müəllifi olduğu Bakı Prosesinin tərəfdaşı olan Sivilizasiyalar Alyansı ilə birgə əməkdaşlığımızın gözəl nəticələridir. A.Paşazadə Azərbaycanın BMT-nin məlum qətnamələri əsasında işğaldan azad etdiyi Qarabağda vandalizmə məruz qalmış dini-mənəvi irsini dirçəltdiyini, ölkəmizin bütün dinlərə məxsus məbədləri bərpa və yenidən quraraq bu gün bölgədə və dünya müstəvisində sülh gündəliyində fəal iştirakını, insan həmrəyliyinə xidmət edən təşəbbüslərin önündə getdiyini qeyd edib.
Azərbaycanda tolerantlıq mühiti barədə məlumat verilib
Eyni zamanda, forum çərçivəsində UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü keçirilib. Görüşdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühiti barədə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin “Müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində birgəyaşayışı ölkədə vətəndaş həmrəyliyi və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır” fikirlərini diqqətə çatdıran nazir mədəniyyətlərarası dialoqun təşviqi, multikultural dəyərlərin qorunması və mədəni diplomatiyanın beynəlxalq əməkdaşlığın inkişafında rolunu vurğulayıb.
Forumun yüksək səviyyədə təşkilinə görə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə təşəkkür edən Adil Kərimli UNAOC-un qlobal dialoq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm beynəlxalq platforma olduğunu xüsusi qeyd edib. Çıxışda Azərbaycanın UNAOC ilə əməkdaşlıq çərçivəsində dinlərarası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərə toxunulub.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib. Mərkəzin yaydığı məlumatda bildirilib ki, forum müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksəksəviyyəli platforma kimi dünya liderlərini, siyasətçiləri və ekspertləri bir araya gətirib. NGBM foruma geniş tərkibdə qatılıb. Forum boyunca Mərkəzin üzvləri müxtəlif sessiyalarda çıxış edərək, birgəyaşayış, dinlərarası və mədəniyyətlərarası dialoq vasitəsilə sülhün təşviqi, terrorizm, şəhərsalmanın inkişafı, rəqəmsal dövrdə dezinformasiyanın yaratdığı çağırışlar, süni intellektin təsiri, həmçinin çoxtərəfli dünyanın tələblərinə cavab verən liderlik modelləri barədə fikirlərini bölüşüblər.
NGBM təmsilçiləri bir sıra görüşlər keçirib
Tədbir çərçivəsində Mərkəzin Baş katibi yüksəksəviyyəli görüşlər də keçirib. O, “UNCTAD”-ın Baş katibi Rebeka Qrinspan, Türkiyənin sabiq Baş naziri və Mərkəzin üzvü Binəli Yıldırım, həmçinin BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos ilə görüşərək 2026-cı ildə keçiriləcək XIII Qlobal Bakı Forumuna hazırlıq haqqında müzakirələr aparıb. Bununla yanaşı, Mərkəzin nümayəndələri Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud ilə görüşüblər. Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2026-cı ildə keçirəcəyi beynəlxalq tədbirlər, qarşıdakı əməkdaşlıq planları və birgə təşəbbüslərin genişləndirilməsi imkanları müzakirə olunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, Prezident İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 Yanvar 23:28
Sosial
06 Yanvar 23:14
Dünya
06 Yanvar 22:49
Dünya
06 Yanvar 22:32
İqtisadiyyat
06 Yanvar 22:16
Dünya
06 Yanvar 21:57
Siyasət
06 Yanvar 21:41
Siyasət
06 Yanvar 21:37
Dünya
06 Yanvar 21:35
Dünya
06 Yanvar 21:20
Dünya
06 Yanvar 20:45
Dünya
06 Yanvar 20:31
Dünya
06 Yanvar 20:19
Hadisə
06 Yanvar 19:51
Dünya
06 Yanvar 19:30
Sosial
06 Yanvar 19:17
Sosial
06 Yanvar 18:42
Dünya
06 Yanvar 18:01
YAP xəbərləri
06 Yanvar 18:00
Siyasət
06 Yanvar 16:53
YAP xəbərləri
06 Yanvar 16:37
Hadisə
06 Yanvar 16:34
Elanlar
06 Yanvar 16:32
Siyasət
06 Yanvar 15:35
Dünya
06 Yanvar 14:46
Sosial
06 Yanvar 14:22
Sosial
06 Yanvar 14:12
Siyasət
06 Yanvar 14:06
Siyasət
06 Yanvar 14:05
Hadisə
06 Yanvar 14:02
Siyasət
06 Yanvar 13:29
Sosial
06 Yanvar 12:17
Hadisə
06 Yanvar 12:16
İqtisadiyyat
06 Yanvar 12:15
İqtisadiyyat
06 Yanvar 12:14
Gündəm
06 Yanvar 11:40
Xəbər lenti
06 Yanvar 11:30
Dünya
06 Yanvar 11:28
Dünya
06 Yanvar 11:24
Gündəm
06 Yanvar 11:19
Siyasət
06 Yanvar 10:58
Dünya
06 Yanvar 10:52
MEDİA
06 Yanvar 10:36
İqtisadiyyat
06 Yanvar 10:14
Analitik
06 Yanvar 09:57
Analitik
06 Yanvar 09:30
Analitik
06 Yanvar 09:11
Analitik
06 Yanvar 08:53
Ədəbiyyat
06 Yanvar 08:27
Gündəm
06 Yanvar 00:09
Xəbər lenti
05 Yanvar 23:36
İqtisadiyyat
05 Yanvar 23:19
Siyasət
05 Yanvar 22:52
Dünya
05 Yanvar 22:51
Siyasət
05 Yanvar 22:40
Dünya
05 Yanvar 22:18
Siyasət
05 Yanvar 21:59
Dünya
05 Yanvar 21:46
Sosial
05 Yanvar 21:17
Yeni texnologiyalar
05 Yanvar 20:53
Dünya
05 Yanvar 20:25
İdman
05 Yanvar 19:48
Sosial
05 Yanvar 19:13
Sosial
05 Yanvar 18:31
YAP xəbərləri
05 Yanvar 18:24
Sosial
05 Yanvar 18:09
YAP xəbərləri
05 Yanvar 17:33
Sosial
05 Yanvar 16:27
YAP xəbərləri
05 Yanvar 16:14
Siyasət
05 Yanvar 16:12

