“Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” kitabının təqdimat mərasimi keçirilib
15.10.2013 [09:39]
Oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi əsasında nəşr olunmuş “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” kitabının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, ikicildlikdə dövlətimizin başçısının son 5 ildəki fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, habelə qanun, fərman və sərəncamlar toplanıb.
Layihənin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, kitabın xalqın əbədi məhəbbətini qazanmış İlham Əliyevin yenidən Prezident seçilməsi ərəfəsində işıq üzü görməsi olduqca təqdirəlayiqdir.
Qeyd edilib ki, yeni nəşrlərdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan dövlətinin başçısı İlham Əliyevin 2008-2013-cü illəri əhatə edən ikinci Prezidentliyi dövründə ölkənin ictimai-siyasi və mədəni həyatında köklü dəyişikliklərin baş verməsi, böyük yüksəlişə nail olunması tam dolğunluğu ilə əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən İlham Əliyev mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərib, bu sahənin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib.
Vurğulanıb ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə gördüyü işlərin böyük hissəsi məhz mədəniyyət sahəsinin inkişafı ilə bağlıdır. Bu gün çox böyük fəxrlə deyə bilərik ki, zəngin Azərbaycan mədəniyyəti dünyada yüksək səviyyədə, layiqincə təbliğ olunur və maraqla qarşılanır. Azərbaycan mədəniyyətinin çoxəsrlik tarixə malik incilərinin UNESCO-nun bəşəriyyətin nadir inciləri siyahısında yer alması da təsadüfi deyildir. Bütün bu uğurların əldə olunmasında Heydər Əliyev Fondunun reallaşdırdığı mədəni layihələrin müstəsna rolu var.
Nazir layihənin reallaşmasına layiqli töhfə vermiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına və Azərbaycan Dövlət Teleqraf Agentliyinə, eləcə də bu kitabın işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, AzərTAc-ın Azərbaycan dilində informasiya baş redaksiyasının baş redaktoru Yaşar Quluzadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxış edərək ölkənin mədəni həyatında mühüm hadisə olan ikicildliyin məziyyətlərindən danışıblar.
Bildirilib ki, poliqrafik baxımdan böyük zövqlə hazırlanmış bu dəyərli kitabı vərəqləyən hər kəs Azərbaycan mədəniyyətinin keçdiyi şərəfli tarixi yola bir daha nəzər salacaq, zəngin mədəni irsimizin dünya miqyasında tanınması və təbliği istiqamətində görülmüş böyük işlərin, həyata keçirilmiş layihələrin mahiyyətini dərk edəcək.
Natiqlər Azərbaycanda mədəniyyət siyasətinin inkişafını və bu sahədə əldə edilmiş uğurları əks etdirən, Prezident İlham Əliyevin beynəlxalq tədbir və görüşlərdəki iştirak və tarixi çıxışlarını toplu halında oxucuya çatdıran, qazanılmış uğurları fotoşəkillərin “dili” ilə geniş auditoriya ilə bölüşən bu kitabı mədəniyyət tariximizin əvəzsiz salnaməsi adlandırıblar.
Prezident İlham Əliyevi yenidən dövlətimizin başçısı seçilməsi münasibətilə təbrik edən natiqlər Ona ölkə həyatının bütün sahələrinin, o cümlədən milli mədəniyyətimizin daha böyük sürətlə inkişafı naminə məqsədyönlü fəaliyyətində uğurlar arzulayıblar.
Vurğulanıb ki, toplu Azərbaycanın mədəniyyət tarixini öyrənənlər üçün zəngin məlumat mənbəyidir.
Xəbər lenti
Hamısına baxSosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49

