Köhnə siyasətin sönən sədaları
19.11.2025 [17:36]
Təəssüflər olsun və ya əksinə xoşbəxtlikdən, bu, mübahisəli məsələdir, ancaq siyasət həyatımıza artıq elə daxil olub ki, ümumi informasiya kütləsinin içərisində siyasi xəbərlər ilə yalnız sarı şou-biznes xəbərləri müqayisə oluna bilər. Əlbəttə ki, mövcud vəziyyət təsadüfi deyil. Qlobal güclərin səyləri nəticəsində sosial mühəndislik vasitəsilə müasir insanın ictimai şüuru qalmaqallara elə alışdırılıb ki, “şayiə” və “qalmaqal” ictimai həyatımızın mütləq parçasına çevrilib.
Odur ki, konkret siyasi hadisələri təhlil edən zaman qlobal tendensiyalar mütləq olaraq nəzərə alınmalıdır. Belə ki, məlumatlılıqda süni zəkaya artıq uduzan insan düşünməyi də tədricən ona həvalə etdiyi üçün yeni münasibətlər sisteminin yaranması, sadəcə, zaman məsələsidir. Əlbəttə ki, sözügedən obyektiv tendensiya siyasi münasibətlər kimi mürəkkəb bir sahədən yan keçə bilməz. Təsadüfi deyil ki, virtual məkan olan qlobal internet indi artıq real siyasətin icra olunduğu məkana çevrilib.
Bu fikirlər politoloq Asif Adilin “Köhnə siyasətin sönən sədaları” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Bilavasitə internet texnologiyalarının məhsulu olan sosial şəbəkələr müasir dövrdə sözün hərfi mənasında siyasi poliqona çevrilib. Sıravi internet istifadəçiləri ilə yanaşı, sözügedən şərti poliqonun daimi ziyarətçilərinin siyahısına artıq siyasi partiyaların üzvləri, habelə siyasi fəallar və özlərinə politoloq deyənləri də daxil etmək lazımdır. Əlbəttə ki, təşviq olunan dialoq mühitinin bu cür tendensiyaların inkişafında payı heç də az deyil.
Yanlış təsəvvürlərin formalaşmasının qarşısını almaq üçün bilməliyik ki, ölkəmizdə təqribən son 5 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti konkret bir zamanı əhatə edən hansısa şərti layihə deyil. Dialoq siyasi yanaşma və dövlət-cəmiyyət münasibətlərini tənzimləyən düşüncə tərzidir. Digər sözlərlə siyasi dialoq demokratik vərdiş və səriştələri dərinləşdirən işlək idarəçilik paradiqmasıdır.
Əlbəttə ki, dialoq mühiti zaman tələb edən mürəkkəb bir prosesdir, ancaq bu yol dayanıqlı inkişafın ideoloji zəmanətidir. Dayanıqlı və effektiv sistemin yaradılması prosesi qaçılmaz olaraq bu cür mərhələlərdən keçməlidir. Uzun müddət ərzində siyasət alverçi və “qəssabların” pənah gətirdiyi sahə olmuşdur. Məhz elə buna görə də daxili siyasət illər ərzində yalnız qalmaqal, böhtan və şantaj məfhumları ilə assosiasiya olunurdu.
Odur ki, siyasi dialoqun mövcudluğu təkcə siyasi münasibətlərin sağlamlaşdırılması deyil, o, eyni zamanda, demokratik inkişafı və vətənpərvər qüvvələrin dövlət və cəmiyyət naminə səfərbər etməsini şərtləndirən işlək mexanizmdir. Təsadüfi deyil ki, Prezidentin sözügedən siyasəti cəmiyyət, siyasi partiya və siyasilər tərəfindən aktiv şəkildə dəstəklənir. Mövcud kontekst açıq şəkildə o həqiqəti də ifşa edir ki, siyasi dialoqu “anlamayanlar” partiyaların məhz sağlam siyasi qüvvə kimi inkişafını, eləcə də cəmiyyətdə həmrəylik mühitinin yaşanmasını istəməyənlərdir. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi isə əksinə olaraq aşılanan dialoq mühitinin fəlsəfi və ideoloji leytmotividir.
Bəli, daxili siyasət haqqında danışmaq və hansısa mülahizələrin irəli sürülməsi üçün şəxsi mövqeyin bildirilməsi şərtdir. Hətta bu məsələdə belə dialoq mühiti siyasətçilərin harayına çatır. Çünki, dialoq siyasətdə münasibətləri düşmənçilikdən yayındırır və tərəfləri məhz əməkdaşlığa dəvət edir. Azərbaycana gəldikdə isə xüsusi olaraq vurğulanmalıdır ki, dialoq mühiti bilavasitə iqtidarın təşəbbüsüdür. Sözügedən amil sağlam münasibətlərin bərqərar olunması ehtimalını dəfələrlə artırır. Əks vəziyyəti biz müstəqillik illərinin əvvəllərində görmüşük, bu elə bir vəziyyət idi ki, cəmiyyət və dövlət tamamilə parçalanma və məhv olunma ehtimalı ilə üz-üzə qalmışdı. Odur ki, dialoqu “anlamayanlar” yeni dövrdə köhnə siyasəti yaşatmaq istəyənlərdir. Bəzən şahidlik etdiyimiz müxtəlif qalmaqallar da elə öz inkişaf səviyyəsində “vəhşi cəngəllik” dövründə ilişib qalmış köhnə siyasətin nadir sönən işartılarıdır.
Dialoq düşüncə tərzi bizi öyrədir ki, sağlam əməkdaşlıq mühitinə aparan yol düşmənçilikdən yox, əməkdaşlıq və sülhdən keçir. Necə ki, münaqişədə qalib gəlmiş Azərbaycan xalqı indi də öz Liderinin rəhbərliyi ilə gələcək nəsillərin rifahı naminə dayanıqlı əməkdaşlıq mühitinin yaradılması üçün davamlı sülh üzərində diplomatik səylər göstərir, eləcə də təşviq olunan dialoq mühiti daxili siyasətdə ümummilli tərəqqi naminə cəmiyyətin potensialını səfərbər etməyə xidmət edir.
Bütün təzyiq və baş verə biləcək arzuolunmaz ehtimallara rəğmən Prezident İlham Əliyev siyasi partiyaların gələcək inkişafı ilə bağlı öz seçimini edib. Dövlət başçısının məsələ ilə bağlı siyasi seçiminin məzmununu Prezidentin sözləri müəyyən edir: “Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var” (Yeni Azərbaycan Partiyasının VII qurultayı, 05.03.2021).
Ölkə Prezidentinin dayanıqlı demokratik ənənələrin formalaşması ilə bağlı olan bu cür yanaşması vətənpərvər qüvvələr tərəfindən yalnız təqdir oluna bilər. Elə buna görə də dövlət və cəmiyyətin inkişafını təmin edən, habelə milli həmrəyliyi qoruyan siyasi partiyalar aktiv şəkildə siyasi dialoqu dəstəkləyirlər. Sözügedən dəstək həm də ona görə baş verir ki, dialoq mühiti partiyaların işlək siyasi institut kimi inkişafını təmin edən önəmli amildir.
Heç şübhəsiz ki, yaşadığımız “informasiya əsri”nin öz qanunauyğunluqları mövcuddur və bütün digər sahələr kimi, siyasi münasibətlər müstəvisi də bu dövrün obyektiv tələblərini nəzərə almalıdır. Süni zəkanın inkişafı sayəsində informasiya tədricən insanın nəzarətindən çıxır və artıq özü istədiyi tendensiyanı yarada bilir. Bu mənada sevindirici haldır ki, bəzi partiyalar axının arxasınca yox, onların önündə getmək istəyirlər. Misal üçün siyasi partiyaların rəhbərlərindən biri öz müsahibəsində bildirmişdi ki, süni zəkanın partiya sədrinin müavini təyin etmək kimi məsələnin üzərində ciddi şəkildə müzakirələr aparılır. Tarixə artıq qalib xalq kimi öz adını yazmış Azərbaycan xalqı digər sahələrdə olduğu kimi müsbət demokratik təcrübələrinin inkişafında da öndə getməyə layiqdir.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

