TDT ağsaqqalları Bakıda toplaşdı
05.11.2025 [10:59]
Ağsaqqallar Şurasının 18-ci iclası keçirilib
Noyabrın 4-də Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının 18-ci iclası keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Cümhuriyyətini təmsil edən ağsaqqallar iştirak ediblər.
TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib ki, dövlət başçıları tərəfindən imzalanan son iki zirvə bəyannaməsində Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə, institusional və strateji inkişafına xidmət edən bir sıra mühüm maddələr qəbul edilib. Onun sözlərinə görə, bu sənədlər Türk dünyasının həm siyasi, həm də iqtisadi və mədəni baxımdan birliyini daha da möhkəmləndirəcək: “Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv kimi qəbul edilməsi, Türkmənistanın Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fonduna, eləcə də Şimali Kipr Türk Cümhuriyyətinin Türk Akademiyasına müşahidəçi statusu ilə qoşulması, Türk dövlətlərinin təşkilat çərçivəsində təmsilçiliyini əhəmiyyətli dərəcədə genişləndirib və gücləndirib”.
Şura sədri əlavə edib ki, Türk dünyasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq xəttini uzun illər uğurla davam etdirən TÜRKSOY-un hüquqi, maliyyə və kadr potensialının gücləndirilməsi istiqamətində qəbul edilən qərar da xüsusi əhəmiyyət kəsb edir. Onun fikrincə, bu addım Türk dünyasında mədəni inteqrasiyanı dərinləşdirəcək və TDT-nin beynəlxalq arenada tanınmasına mühüm töhfə verəcək.
Binəli Yıldırım, həmçinin Qəbələ Zirvəsində imzalanan “TDT Plus” formatının əhəmiyyətinə toxunaraq bildirib ki, bu yeni platforma təşkilatın qlobal əməkdaşlıq imkanlarını və beynəlxalq aləmdə tanınmasını daha da artıracaq: “Bu format mövcud müşahidəçi və tərəfdaş əməkdaşlıq modellərinə nisbətən daha çevik dialoq imkanı yaradır. Bu model sayəsində təşkilatın beynəlxalq təmas dairəsi və diplomatik fəallığı daha da genişlənəcək”.
Onun sözlərinə görə, Ağsaqqallar Şurasının təşəbbüsü ilə həyata keçirilən ortaq türk əlifbası və ortaq türk tarixi layihələri də TDT-nin ən mühüm inteqrasiya təşəbbüslərindən biridir: “Bu iki layihə ortaq mədəni irsimizin möhkəmləndirilməsi, Türk dünyasının elmi və mənəvi inteqrasiyasının dərinləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Ortaq mədəni kimliyimizin gələcək nəsillərə ötürülməsi baxımından bu qərarlar tarixi xarakter daşıyır”.
B.Yıldırım, həmçinin Qəbələ Zirvə Görüşünün yekun Bəyannaməsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mühüm bir qərarın qəbul edildiyini diqqətə çatdırıb: “Prezident İlham Əliyevin təklifi ilə üzv dövlətlər və türk əməkdaşlıq təşkilatları 1926-cı ildə Bakıda keçirilmiş Türkoloji Qurultayın 100 illiyinin qeyd olunmasına dəvət olunub. Bu tədbir türk dilləri üçün ortaq latın qrafikalı əlifbanın qəbuluna doğru ilk addım kimi böyük tarixi əhəmiyyət kəsb edir”. O vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası Türk dünyasında elmi, mədəni və mənəvi birliyin möhkəmləndirilməsində mühüm strateji missiya daşıyır və şuranın fəaliyyəti bu istiqamətdə ardıcıl şəkildə davam etdiriləcək.
Tədbirdə çıxış edən TDT Baş katibinin müavini Ömər Kocaman bildirib ki, Türk Dövlətləri Təşkilatı üzv dövlətlər arasında siyasi və təhlükəsizlik əməkdaşlığını daha yüksək səviyyəyə qaldırmaq istiqamətində ardıcıl addımlar atır. Onun sözlərinə görə, liderlərin sammitlərində, xüsusilə Qəbələ Zirvə Görüşündə regional sülh və təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub.
Ö.Kocaman vurğulayıb ki, Zirvə Görüşünün yekun Bəyannaməsində qəbul edilən qərarlar, liderlərin çıxışlarında səsləndirdikləri fikirlər təşkilatın bölgədə sabitliyin və siyasi dialoqun təşviqində getdikcə daha təsirli bir platformaya çevrildiyini göstərir: “TDT artıq iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində deyil, həm də siyasi, strateji və təhlükəsizlik istiqamətlərində fəal fəaliyyət göstərən mühüm regional quruma çevrilir. Qəbələ Bəyannaməsində də vurğulandığı kimi, Türk dövlətləri qlobal dalğalanmalar şəraitində həmrəy şəkildə hərəkət edərək yeni beynəlxalq təhlükəsizlik mühitinə kollektiv duruşla uyğunlaşmaq iradəsini nümayiş etdiriblər”. TDT rəsmisi əlavə edib ki, liderlər çoxşaxəli strateji əməkdaşlığın dərinləşdirilməsi və regional sülhün qorunması istiqamətində ortaq məsuliyyətlər götürüblər. Bu çərçivədə Türk dövlətlərinin “Dostluq və Qardaşlıq Müqaviləsi” üzərində işləri sürətləndirmək barədə razılığa gəlmələri xüsusi əhəmiyyət kəsb edir. Sammitdə, həmçinin sülh və təhlükəsizliyi təhdid edən humanitar böhranlar da daxil olmaqla yeni çağırışlar fonunda əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Ömər Kocaman, Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ildə terrorla mübarizə və koordinasiyalı təhlükəsizlik fəaliyyətlərinə həsr olunmuş ortaq hərbi təlimlərin keçirilməsi barədə təklifinin üzv dövlətlər tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının qarşıdakı mərhələdə əsas məqsədi regionda sülh, sabitlik və təhlükəsizliyin təmininə yönəlmiş ortaq strateji fəaliyyətin dərinləşdirilməsi olacaq.
İclasda, həmçinin Azərbaycan ağsaqqalı Həsən Həsənov, Özbəkistan ağsaqqalı Sodiqjon Turdiev, Qazaxıstan ağsaqqalı İkram Adırbek, Qırğızıstan ağsaqqalı Apas Cumaqulov və Şimali Kipr Türk Respublikasının ağsaqqalı Oktay Öksüzoğlu çıxış ediblər. Tədbirdə türkdilli dövlətlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, qarşılıqlı hörmət və həmrəylik prinsipləri əsasında birliyin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin, təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, eləcə də mədəni, sosial və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Ağsaqqallar dövlətlər arasında qardaşlıq əlaqələrinin inkişafının Türk dünyasının birliyinin əsas dayağı olduğunu qeyd ediblər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

