Seçkilərə 2 həftə qalmış seçicilərin 86 faizi Prezident İlham Əliyevi dəstəkləyir
25.09.2013 [09:23]
Azərbaycanda prezident seçkilərində “exit-poll” keçirəcək ABŞ şirkəti seçki ərəfəsində apardığı sorğunun nəticələrini açıqlayıb
“APA Holding” MMC-nin dəvəti ilə oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll” təşkil edəcək ABŞ-ın “Arthur J. Finkelstein and Associates” (AJF) şirkəti seçki öncəsi sorğu keçirib. Şirkətin apardığı sorğunun nəticələrinə görə, seçkilərə 2 həftə qalmış seçicilərin 86%-i hazırkı Prezident İlham Əliyevi dəstəkləyir. Seçkidə hər zaman iştirak etdiyini bildirənlər arasında prezidenti dəstəkləyənlər 90,5% təşkil edir.
“Biz bu məlumatın dəqiqliyinə əminik”, - deyə “Arthur J. Finkelstein and Associates” şirkətinin icraçı direktoru Corc Birnbaum (George E. Birnbaum) APA-ya bildirib. C. Birnbaum deyib ki, Prezidentin reytinqi təkcə sürətlə artan Azərbaycan iqtisadiyyatı ilə deyil, həm də Onun güclü liderliyi ilə əlaqədardır.
“Keyfiyyətli və geniş araşdırma göstərir ki, Azərbaycanın təhlükəsizliyi və daxili məsələlər seçicilər arasında əsas prioritet təşkil edən məsələlərdir, bu da İlham Əliyevə dəstəkdə özünü göstərir. Seçicilər hesab edir ki, O, ölkəni irəli aparır və Onu qorumağa davam edəcək”, - deyə C. Birnbaum bildirib.
Respondentlərin 87%-i hesab edir ki, İlham Əliyev ölkəni terror aktlarından qoruyub, 82%-i hesab edir ki, Azərbaycanı erməni təcavüzündən qoruyub. 1 milyondan artıq azərbaycanlının didərgin düşməsi ilə nəticələnən Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı seçicilərin ağrılı problemi olaraq qalır. BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr bunu beynəlxalq hüququn pozulması kimi xarakterizə etsə də, Ermənistan işğala son qoymaqdan imtina edir.
Münaqişə seçiciləri hiddətləndirməkdə davam edir. “Azərbaycan barədə düşünəndə ağla nə gəlir?” sualına birinci cavab “Vətən”, ikinci cavab isə “Dağlıq Qarabağ” olub, bu, seçicilərin güclü vətənpərvərlik və millətçilik hisslərini ifadə edir.
Sorğunun nəticələrinə əsasən, müxalifət namizədlərinin reytinqləri çox aşağıdır.
C.Birnbaum bildirib ki, seçicilərin Prezidentin fəaliyyətini necə qiymətləndirməsi, Ona şəxsi səviyyədə qətiyyətli dəstəyin göstərilməsi və müxalifətin xalqı həyəcanlandıracaq bir namizəd irəli sürməməsi arasında qarşılıqlı əlaqə var.
Sorğu 1000-ə yaxın seçici arasında avqustun sonu, sentyabrın əvvəlində yerli araşdırma şirkəti olan Tərəqqi İnstitutu ilə əməkdaşlıq çərçivəsində keçirilib. Nisbi xəta +/- 2.77%-dir.
Qeyd edək ki, bu il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll”u ABŞ-ın “Arthur J. Finkelstein & Associates” (AJF) şirkəti həyata keçirəcək. Şirkəti Azərbaycana media tərəfdaşı olan “APA Holdinq” dəvət edib. Bununla bağlı tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, AJF seçki günü APA İnformasiya Agentliyinin sifarişi və tərəfdaşlığı ilə “exit-poll” keçirəcək, həmçinin, seçki kampaniyası dövründə sorğular təşkil edəcək, zəruri məsləhətlər verəcək.
Qeyd edək ki, AJF ABŞ-da fəaliyyət göstərən nüfuzlu şirkətdir. Bu şirkət “exit-poll”, rəy sorğuları, analiz, media strategiyası və imic məsləhətləri kimi xidmətlər göstərir. Şirkət nümayəndələri 40 il ərzində ABŞ, Kanada, İsrail və Şərqi Avropada müxtəlif siyasi kampaniyalarda məsləhətçilik edib, sorğular keçirib, strategiyalar hazırlayıblar.
Xəbər lenti
Hamısına baxElm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18

