Zelenski: Azərbaycana çox minnətdarıq!
26.08.2025 [11:59]
Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindən qaynaqlanır. Prezident İlham Əliyevin 24 Avqust - Ukraynanın Müstəqillik günü münasibəti ilə bu ölkənin dövlət başçısı Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunda bildirdiyi kimi, hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir. Siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən başlıca amillərdəndir.
Öz növbəsində Volodimir Zelenski “X” hesabında etdiyi paylaşımda Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini və Ukraynaya, ukraynalılara göstərdiyi hörməti yüksək qiymətləndirdiyini vurğulayıb. “Hörmətli cənab Prezident, Ukrayna və Azərbaycan həmişə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Dost Azərbaycanın göstərdiyi humanitar və digər yardımlara görə biz çox minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - deyə Ukrayna lideri paylaşımında qeyd edib.
Müharibə fəsadları yaşayan iki dost ölkə
Azərbaycan və Ukrayna həm də oxşar taleləri bölüşən dost ölkələrdirlər. Hər iki ölkə təxminən yetmiş il ərzində eyni ittifaq dövlətinin tərkibində olub və ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliklərini bəyan ediblər.
Hazırda Ukrayna qonşu Rusiya ilə müharibə vəziyyətindədir. 2022-ci ilin fevralında başlayan müharibənin hələlik sonu görünmür. Bu amansız müharibədə Ukrayna böyük itkilərə məruz qalmaqdadır. Ölkənin suveren ərazilərinin təxminən 20 faizi Rusiyanın nəzarətinə keçib. Döyüşlər başlayandan bəri milyonlarla ukraynalı ev-eşiklərini tərk edərək xarici ölkələrdə özlərinə sığınacaq tapıblar. Avropa İttifaqı (Aİ) dövlətlərinin yardımlarına baxmayaraq, Ukrayna ordusu hələlik əks-hücum əməliyyatlarında böyük uğurlar qazana bilmir. Ölkənin ayrı-ayrı şəhərləri, o cümlədən də paytaxt Kiyev uzaq mənzilli silahlardan gecə-gündüz aramsız atəşə tutulur, evlər, mülki infrastruktur dağılır, insanlar həyatlarını itirirlər.
Azərbaycan və Ukrayna o mənada oxşar taleli ölkələrdirlər ki, müharibənin ağrı-acısı xalqımıza da yaxşı bəllidir. Respublikamız üç onillik ərzində Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qaldı. Ərazilərimizin 20 faizi işğal altına düşmüşdü, bir milyondan çox soydaşımız ən zəruri əşyalarını belə götürmək imkanından məhrum edilərək doğma yurd yerlərindən qovulmuşdu. Bu insanlar uşaqları ilə birlikdə çadırlarda, vaqonlarda, uyğunlaşdırılmış binalarda yaşamaq məcburiyyətində qaldılar. Yalnız 44 günlük müharibədə rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək işğal faktına son qoydu. Artıq qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə qayıdışı başlayıb.
Bəs Ukrayna nə etməlidir ki, işğala son qoysun? Burada nəzərlər qalib Azərbaycana yönəlir. Azərbaycan otuz ildən sonra özünün ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinə necə nail oldu? Yeri gəlmişkən, bir qədər bundan əvvəl Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Dmitri Qordon Azərbaycan Prezidentinə bu xüsusda sual ünvanladı. “Uzun illərdir ki, biz müharibə şəraitində yaşayırıq. Hazırda Ukrayna dövlətinin mövcudluğu sual altındadır. Siz qalib ölkənin rəhbəri kimi Ukraynaya nə məsləhət görərsiniz?”, - deyə jurnalist soruşub.
Dövlətimizin başçısı isə Qordonun sualına belə cavab verib: “Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik”.
Həqiqətən də, Azərbaycanın nümunəsi, keçdiyi yol unikaldır. Azərbaycanın nümunəsinin məğzi ondan ibarətdir ki, dövlətimiz, xalqımız işğal faktı ilə heç vaxt barışmadı. Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması məsələsi ölkə gündəminin mərkəzində saxlanıldı. Xalq və dövlət bu ümummilli məsələdə sıx birləşdi və biz qalib gəldik.
Dost ölkəyə göndərilən humanitar yardımlar
Zamanında müharibənin ağır fəsadlarını öz üzərində yaşamış Azərbaycan dost Ukraynanı bu çətin günlərdə tək buraxmır. İndiyədək respublikamızdan Ukraynaya bir neçə dəfə humanitar yardım göndərilib. 11 avqust 2025-ci il tarixində Prezident İlham Əliyev “Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında” növbəti Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 2,0 (iki) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb. Bu sənəd əsasında Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş yükün növbəti hissəsi avqustun 15-də Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.
Həmçinin Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu tərəfindən ukraynalı uşaqların bir qismi respublikamıza gətirilərək onlara müvəqqəti də olsa qayğı, nəvaziş göstərilib. Cari ilin avqustunda Ukraynadan ölkəmizə gətirilmiş daha 30 uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə əhatə olunublar.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59

