8-ci səfər...
12.07.2025 [09:55]
İslahatçı, açıq və dialoqa əsaslanan siyasi sistem bu səfərlərlə daha da möhkəmlənir
Ölkəmizdə formalaşan yeni siyasi münasibətlər sistemi, yeni siyasi konfiqurasiya milli birliyimizin möhkəmlənməsinə, milli gücümüzün daha da artmasına yol açıb. Təbii ki, bütün uğurlar birmənalı şəkildə Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - dövlətimizin inkişaf strategiyası mühüm təməllərə əsaslanır. Bu gün Azərbaycanda heç bir dövlətdə rast gəlinməyəcək reallıq formalaşıb. Belə ki, ölkədə bütün sosial təbəqələrin nümayəndələri dövlət və milli maraq kontekstini ən vacib amil sayır, siyasi konfiqurasiya sağlam ideoloji tarazlığı özündə əks etdirir - milli maraqlar, dövlət maraqları ön planda tutulur, daxili siyasi mühit dövlətin milli birlik simvolu kimi çıxış edir. Beləliklə, birmənalı şəkildə demək olar ki, Azərbaycandakı mövcud sabit və təhlükəsiz siyasi durum həm də siyasi palitranın mövcud reallıqlarda dövlət mənafeyindən irəli gələn addımlara və ya fikirlərə əsaslanmasından qaynaqlanır. Siyasi mühitin milli maraqlar ətrafında sıx birləşməsi, dövlətin inkişaf hədəflərinin düzgün təhlili, strateji inkişaf yolundakı inam və etimad yeni siyasi konfiqurasiyanın üstünlüklərini tam şəkildə özündə ehtiva etmiş olur.
Siyasi dialoqun növbəti təcəssümü...
Vurğulanmalıdır ki, dövlətin siyasi mühitlə əlaqələri son illərdə olduqca vacib konturlar üzrə müəyyənləşdirilir. Xüsusilə işğaldan azad edilmiş və ötən illər ərzində yeni inkişaf mərhələsi əldə etmiş rayonlara edilən birgə səfərlər prosesin geniş ictimaiyyət üçün ştrixlərinin açıq olmasını şərtləndirir. Eyni zamanda, siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri ölkəmizdə təşviq edilən siyasi dialoq mühitinin ayrılmaz hissəsidir. Demokratik ənənələrin dərinləşməsinə xidmət edən bu təcrübə Azərbaycan cəmiyyəti tərəfindən rəğbətlə qarşılanır və fəal şəkildə dəstəklənir. Dialoq mühiti siyasi müstəvidə tərəflər arasında etibarlı və güvənli münasibətlərin formalaşdırılmasına xidmət edir. Son illər ərzində Ağdam, Şuşa (2 dəfə), Zəngilan (2 dəfə), Xocalı, Əsgəran, Xankəndi, Laçın və Cəbrayıla təşkil olunmuş bu cür səfərlər artıq müsbət demokratik ənənəyə çevrilmiş, onların reallaşdırılması isə cəmiyyətdə həmrəylik mühitinin qorunmasına, habelə xalqın intellektual potensialının səfərbər edilməsinə xidmət edir. Təsadüfi deyil ki, ölkənin siyasi ritorikasında ən çox rast gəlinən “siyasi dialoq” məfhumu, eyni zamanda, Azərbaycanın siyasi gündəliyinə də daxil olub. Ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə növbəti səkkizinci birgə səfəri də məhz ölkədə mövcud açıq iqtidar-müxalifət dialoqunun bilavasitə təzahürüdür.
Sağlam və etibarlı əməkdaşlıq mühiti...
Ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin və nümayəndələrinin, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri və qəzet redaktorlarının iştirakı ilə növbəti səfəri iyulun 10-da Ağdam şəhərinə təşkil olunub. İşgüzar və fəal fikir mübadiləsi şəraitində keçirilmiş səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Ağdamda siyasilərin qarşısında çıxış edərək demokratik ənənələrin dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində görülmüş işlər haqqında geniş məlumat verib. Sağlam və etibarlı əməkdaşlıq mühitinin siyasi sabitliyin, dayanıqlı inkişafın əsas və prinsipial göstəricilərindən olduğunu vurğulayan Administrasiya rəsmisi bildirib ki, mövcud istiqamətdə əldə edilmiş bütün uğurların əsasında məhz Prezident İlham Əliyev tərəfindən nümayiş olunan siyasi iradə dayanıb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin müasir Azərbaycan tarixinin ən qürurlu səhifəsi olduğunu bildirən Ədalət Vəliyev qeyd edib ki, bütün uğurların qorunmasında həmrəylik mühitinin müstəsna rolu var. Siyasi sabitlik, xalqın əzmkarlığı, cəmiyyətimizdə yaşanan milli həmrəylik mühiti və dönməz ali siyasi iradə Azərbaycanın inkişafının və beynəlxalq müstəvidə nüfuzunun artırılmasının əsaslarıdır.
Həqiqətən də, bu səfərlər göstərir ki, partiyalar arasında siyasi baxışlarına, ideoloji əsaslara görə fərqlər olsa da, əsas məsələlərdə - ərazi bütövlüyü, suverenlik, dövlət müstəqilliyinin qorunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi kimi fundamental mövzularda tam konsensus mövcuddur. Ağdama birgə səfər bu baxımdan yalnız siyasi həmrəylik aktı deyil, həm də regionda həyatın bərpası və quruculuq işlərinə verilən siyasi dəstəyin ifadəsidir.
Yeni Ağdamla tanışlıq...
Səfər iştirakçıları Ağdam Dəmiryol və Avtovağzal Kompleksinin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra Xıdırlı kəndində görülən inşaat işləri haqqında geniş məlumat verilib. Ağdam Muğam Mərkəzi, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi, Ağdam Konqres Mərkəzi və Ağdam City Hotel mehmanxanasında olmuş qonaqlar, eyni zamanda, İmarət Kompleksi və Cümə Məscidini də ziyarət ediblər. Bildirilib ki, Ağdamda qısa müddət ərzində görülən işlərin timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan dövlətinin iqtisadi qüdrətini nümayiş etdirir. Qeyd olunub ki, görülən işlərin sürəti və yüksək keyfiyyəti Qarabağın dünyanın ən füsunkar məkanlarından birinə çevriləcəyindən xəbər verir. Eyni zamanda, Ağdam Sənaye Parkı haqqında da geniş məlumat verilib. “Böyük Qayıdış” Proqramı çərçivəsində görülən işlər haqqında səfər iştirakçılarına məlumatların verilməsi zamanı bildirilib ki, Ağdamın turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq. Ağdamda beynəlxalq tədbirlərin keçirilməsi faktı isə bütün Qarabağın dünyanın siyasi xəritəsində nüfuzlu məkanlarından birinə çevrilməsi deməkdir.
İctimai mesaj...
Bu kimi səfərlər ictimai rəyə mühüm mesajlar verir. Cəmiyyət ölkədə siyasi qarşıdurmanın deyil, sağlam dialoqun, qarşılıqlı anlayışın və ortaq məsuliyyətin olmasını əyani surətdə müşahidə edir. Bu, xalqla hakimiyyət, partiyalarla seçicilər arasındakı inam bağlarını da gücləndirir. Milli birliyin bu formada təşviqi, gələcək siyasi sabitliyin və davamlı inkişafın ardıcıllığını təmin edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işləri fonunda ölkə daxilində siyasi güclərin koordinasiyası, həmrəyliyi strateji əhəmiyyət daşıyır. Ağdam səfəri bu mənada yalnız keçmişə hörmət deyil, gələcəyə inam və birgə məsuliyyətin rəmzi kimi də xarakterizə etmək olar. Yeni siyasi konfiqurasiya - yəni islahatçı, açıq və dialoqa əsaslanan siyasi sistem bu səfərlərlə real möhkəmlik qazanır. Eyni zamanda, digər partiyaların nümayəndələri işğaldan azad edilməmiş bölgələrdə görülən işlərlə real şəkildə tanış olmaq imkanı əldə edir.
Paralel olaraq, siyasi partiya və KİV nümayəndələrinin Ağdama birgə səfəri Azərbaycanın daxili siyasi dinamikasında milli maraqların hər şeydən üstün tutulduğunu bir daha sübut edir. Artıq 8-ci dəfə gerçəkləşən bu səfərlər həm də beynəlxalq ictimaiyyətə ölkəmizdə siyasi institutların yetkinliyini, ümummilli məsələlərdə vahid mövqe sərgiləməyi bacardığını nümayiş etdirir. Gələcəkdə bu kimi təşəbbüslərin daha geniş miqyas alması ölkədə milli həmrəylik modelinin daha da güclənməsinə, yeni siyasi mədəniyyətin oturuşmasına və Azərbaycanın strateji məqsədlərinə nail olmasına xidmət edəcəkdir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
