Xankəndidən ECO regionuna baxış
04.07.2025 [10:15]
Xankəndidə beynəlxalq əhəmiyyətli mühüm tədbir keçirilir. Söhbət 10 ölkəni bir çətir altında birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO/İƏT) üzv ölkələrin liderlərinin 17-ci Zirvə Görüşündən gedir. Burada bölgənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparılır. Zirvə Görüşü çərçivəsində həmçinin Laçında və Şuşada bir sıra tədbirlər baş tutub.
Azərbaycanın dünyada artan nüfuzu - beynəlxalq təşkilatlarda uğurlu təmsilçilik
Müstəqil Azərbaycan son iyirimi ildən artıq müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində dünyanın sayılıb seçilən ölkələri sırasında yer almağa nail olub. İqtisadi və siyasi müstəqilliyini tam təmin edən respublikamız heç bir güc mərkəzindən asılı olmayan siyasi kursa malikdir. Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətlərində daim ədalət, beynəlxalq hüquq, qarşılıqlı maraqlar prinsiplərinə əsaslanır. Biz ləyaqətlə yaşayırıq, heç kimdən kömək ummuruq, öz problemlərimizi özümüz həll edirik, həmçinin yaranan qlobal çağırışlara cavab olaraq beynəlxalq həmrəylik təşəbbüsləri irəli sürürük, digərlərinə kömək əli uzadırıq. Bütün bunlar da Azərbaycana dünyada yüksək nüfuz qazandırıb.
Müstəqil Azərbaycanın xarici siyasət kursu milli maraqlara əsaslanmaqla çoxvektorlu səciyyə daşıyır. Eyni zamanda, respublikamız əksər nüfuzlu beynəlxalq təşkilatlarda kifayət qədər uğurlu təmsilçiliyə malikdir. Ölkəmiz beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbul və icra olunmasında mühüm rol oynayır. Bu kontekstdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsini və iki il ərzində uğurlu fəaliyyətini qeyd etmək yerinə düşər. Şübhəsiz, 2011-ci il oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Sədrlik etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun məntiqi nəticəsi idi. Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirdi. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər - beynəlxalq terrorçuluqla mübarizə, Suriyadakı vəziyyət və s. mövzular aktiv müzakirə olundu.
120 dövləti birləşdirən Qoşulmama Hərəkatında (QH) Azərbaycanın uğurlu fəaliyyəti ölkəmizin beynəlxalq təşkilatlarda fəal təmsilçiliyinə daha bir nümunədir. Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin QH-da təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, ötən dövrdə təsisatda təmsil olunan dövlətlərdə Azərbaycana yüksək inam və etimad formalaşıb. Qısa zaman kəsiyində respublikamızın qurumun sıravi üzvlüyündən onun sədrliyinə yüksəlməsi bunun əyani təsdiqidir. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ölkəmizin beynəlxalq təsisata sədrliyi 2022-ci ildə bitməli idi. Ancaq Azərbaycanın səmərəli fəaliyyətinin yüksək dəyərləndirilməsinin əlaməti olaraq QH-na üzv dövlətlər respublikamızın sədrlik dövrünün daha bir il uzadılması ilə bağlı müraciət ünvanladılar. Azərbaycan isə bu müraciətə qarşılıq verərək müraciəti qəbul etdi və ona bəslənən etimadı yüksək səviyyədə doğrultdu. Respublikamızın uğurlu sədrliyi sayəsində QH-nın funksionallığı və beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı, həmçinin qurum daxilində yeni təsisatlar formalaşdı.
Heydər Əliyevin ECO-nun fəaliyyətinə verdiyi xüsusi önəm
ECO-nun əsası 1964-cü ildə qoyulub. Həmin ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən ECO-nun 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran. İƏT-ə üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm çoğrafiya, həm də istehlakçı baxımından kifayət qədər ciddi potensiala malikdir. Təşkilatın əsas məqsədi üzv ölkələrin iqtisadi əməkdaşlığını artırmaqdır.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qurduğu münasibətlər ölkənin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə tutduğu fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. Respublikamız təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir.
Qeyd edək ki, böyük siyasətçi Heydər Əliyev də zamanında ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, O, 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə İƏT-in ölkəmizdə keçirilən IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.
Xankəndi zirvəsi - Azərbaycana artan inamın ifadəsi
Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. 2023-cü il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Bu toplantılar çərçivəsində qəbul olunan qərarlar təşkilat daxilində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb. Həmin Zirvə görüşlərində Azərbaycanın təşəbbüsü ilə enerji təhlükəsizliyi, nəqliyyat bağlantılarının gücləndirilməsi, ekoloji məsələlər və davamlı inkişaf mövzularında ciddi sənədlər qəbul olunub. Bu da Azərbaycanın ECO daxilində təşəbbüskar və regional lider statusunu bir daha təsdiqləyib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət paytaxtı olaraq seçilib ki, bu da regionda turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına töhfə verəcək bir prosesdir. ECO regionun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.
Hazırda isə Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü keçirilir. Bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin Azərbaycanda baş tutması ölkəmizin təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.
Xankəndidə keçirilən Zirvə Görüşü Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkənin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək. Eyni zamanda, Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq formatlarının və layihələrin ECO məkanında həyata keçirilməsi üçün əlverişli imkanlar formalaşacaq.
Beləliklə, Azərbaycanın ECO çərçivəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş maraqları kompleks və strateji xarakter daşıyır. Bu qurumla əlaqələrin inkişafı ölkəmizin regional və beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsinə xidmət etməklə yanaşı, uzunmüddətli iqtisadi və geosiyasi məqsədlərə nail olunmasında da mühüm rol oynayır.
Genişlənən iqtisadi əlaqələr - “ECO Həftəsi” çərçivəsində 6-cı biznes forum
ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, təşkilatın strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərini daha da səmərəli edir.
Azərbaycan ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir.
Respublikamız ECO-ya üzv dövlətlərlə həm çoxtərəfli, həm də ikitərəfli formatlarda sıx əməkdaşlıq edir. İqtisadi əlaqələrin genişlənməsi məmnunluq doğurur. Cari ilin yanvar-may aylarında Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ticarət dövriyyəsi 3,5 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur. Ticarət dövriyyəsindəki artım dinamikası ikitərəfli sazişlərin genişləndirilmiş şəbəkəsi ilə davam etdirilir. Azərbaycanın hazırda təşkilata üzv beş ölkə ilə azad ticarət sazişləri, o cümlədən həm Türkiyə, həm də Pakistanla preferensial ticarət sazişləri var. Belə sazişlərin imzalanması ilə bazarlara çıxış imkanları artırılır, maneələr aradan qaldırılır və İƏT regionu boyunca ticarət daha da genişlənir.
Bu günlərdə Şuşada 6-cı ECO biznes-forumun keçirilməsi üzv dövlətlərin qarşılıqlı maraqlar əsasında iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduqlarını bir daha təsdiqləyir. Forum İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyi və ECO Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil edilən “ECO Həftəsi” çərçivəsində keçirilib. Forumda hökumət nümayəndələri, ECO-nun və digər beynəlxalq qurumların təmsilçiləri, təşkilata üzv ölkələrin ticarət və sənaye palatalarının rəhbərləri iştirak ediblər.
Forumda Azərbaycanın regionda strateji rolu, iqtisadi potensialı və regional inteqrasiya məqsədi ilə atılan addımlar haqqında məlumat verilib. Üzv ölkələrlə investisiya, enerji keçidi, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb.
Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın ECO çərçivəsində davamlı iqtisadi əməkdaşlığa sadiqliyini, təşkilatın məqsədlərinə nail olmaqda ölkəmizin dəstəyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın üzv ölkələrlə iqtisadi-ticarət əlaqələri inkişaf edir. O bildirib ki, ticarət əlaqələrindən əlavə, Azərbaycan ilə ECO-ya üzv dövlətlər arasında investisiya əməkdaşlığı əhəmiyyətli dərəcədə dəyişə bilər: “Bu il iyunun 1-nə olan məlumata görə, İƏT ölkələrindən 10 mindən çox şirkət Azərbaycanda fəal fəaliyyət göstərir.
1995-ci ildən bəri bərabər üzv dövlətlərdən Azərbaycana 22 milyard ABŞ dollarından çox investisiya qoyulub. Bu, iqtisadiyyatımızın əsas sektorlarının inkişafına töhfə verib”, - deyə İqtisadiyyat Nazirliyinin rəsmisi vurğulayıb.
Forumda ECO-ya üzv ölkələrin ticarət və sənaye palatalarının nümayəndələri transsərhəd ticarət infrastrukturunun genişləndirilməsi və investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Regional dəyər zəncirlərinin inkişafı, nəqliyyat-logistika sistemlərinin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi üçün vahid platformaların yaradılması kimi məsələlərə toxunulub. Qeyd edilib ki, özəl sektorun regional strategiyaların formalaşdırılmasında daha fəal iştirakı və dövlət-özəl tərəfdaşlığının institusional əsaslarla gücləndirilməsi önəm kəsb edir.
Enerji və nəqliyyat sahələrində aparıcı aktor
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Ölkənin zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda mühüm tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Eyni zamanda, Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Ölkəmiz bu marşrutların texniki və logistika infrastrukturunun inkişaf etdirilməsinə, regional tranzit imkanlarının artırılmasına yönəlmiş layihələrdə fəal rol oynayır. Bu baxımdan ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz kimi təşəbbüslərin reallaşdırılmasında Azərbaycanın rolu danılmazdır. Bu gün nəqliyyat sahəsində də Azərbaycanın ECO regionunda aparıcı aktor kimi çıxış etdiyini əminliklə söyləmək olar. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Zirvə Görüşündə səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.
Prezident İlham Əliyevin bu fikirləri Azərbaycan dövlətinin nəqliyyat sektoruna verdiyi strateji önəmi və region ölkələri ilə əməkdaşlığa göstərdiyi səyləri aydın şəkildə ifadə edir. Azərbaycanın multimodal nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca əlaqələrin genişləndirilməsi ECO məkanında logistik qovşaq rolunu daha da möhkəmləndirir. Bu da üzv dövlətlər arasında ticarətin asanlaşdırılması və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.
Bundan əlavə, Azərbaycan ECO çərçivəsində yaşıl enerji təşəbbüslərinə də böyük diqqət yetirir. Son dövrlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə sənəd imzalanıb. Bu təşəbbüs regionda alternativ enerji mənbələrinin səmərəli istifadəsini, enerji təhlükəsizliyinin artırılmasını və dayanıqlı inkişafın təmin olunmasını hədəfləyir. Bakıda ECO regionu üçün “Təmiz Enerji Mərkəzi”nin yaradılması ilə bağlı aparılan müzakirələr də Azərbaycanın bu sahədəki liderlik iddiasını bir daha ortaya qoyur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
